Şəxsi məlumatlara dair gizlilik siyasəti (bundan sonra – Gizlilik siyasəti)
 
"Dynamex.az" saytın istifadəsi zamanı İstifadəçi haqqında ala biləcək bütün məlumatlara tətbiq edilir.
 
 
1 ÜMUMİ MÜDDƏALAR
1.1. İstifadəçinin "Dynamex.az" saytından istifadə etməsi bu Gizlilik Siyasətinin və İstifadəçinin fərdi məlumatlarının emalı şərtlərinin qəbul edilməsini nəzərdə tutur.
 
1.2. Gizlilik Siyasəti şərtləri ilə razılaşmadığında, İstifadəçi "Dynamex.az" saytından istifadə etməsini dayandırmalıdır.
 
1.3. Bu Məxfilik Siyasəti yalnız "Dynamex.az" saytına aiddir. "Dynamex.az" saytında istifadə olunan üçüncü şəxslərin saytlarına və internet mağazalarına keçidlərə məsuliyyət daşımır.
 
1.4. "Dynamex.az" administrasiyası saytının İstifadəçisi tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır.
 
 
 
2 MƏXFİLİK SİYASƏTİNİN PREDMETİ
 
2.1. Bu Gizlilik siyasəti "Dynamex.az" saytının sorğusu əsasında İstifadəçinin təqdim etdiyi şəxsi məlumatların qorunması öhdəliklərini icra edir.
 
2.2. Gizlilik siyasəti çərçivəsində emal olunacaq məlumatlar "Dynamex.az" saytındakı qeydiyyat formasının doldurulması yolu ilə əldə olunur. Onlar aşağıdakı bəndləri əhatə edir:
 
  • İstifadəçinin adı, soyadı, atasının adı;
  • İstifadəçinin əlaqə telefonu;
  • Elektron poçt ünvanı (e-mail);
  • Şəxsiyyət vəsiqəsinin məlumatları
  • Yaşayış ünvanı
 
2.3. Hər bir yuxarıda qeyd olunmayan şəxsi məlumatların (ödəniş kartları, əməliyyat tarixçəsi, istifadə olunan brauzer və əməliyyat sistemi) gizliliyi təmin edilir.
 
3 MƏLUMATLARIN TOPLANMASI MƏQSƏDİ
 
3.1. İstifadəçinin şəxsi məlumatlarını saytın Administrasiyası aşağıdakı məqsədlərlə istifadə edə bilər:
 
  • Məsafəli alqı-satqı əməliyyatının rəsmiləşdirilməsi üçün "Dynamex.az" tərəfindən İstifadəçinin identifikasiyası.
  • İstifadəçiyə Dynamex.az” saytın resurslarından istifadə hüququnun verilməsi.
  • İstifadəçi ilə operativ əlaqə saxlanılması, müəyyən xidmətlərin göstərilməsi, sorğu və ərizələrin emalı, Dynamex.az” saytından bildirişlərin göndərilməsi.
  • Fırıldaqçılığın qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi üçün İstifadəçinin olduğu yeri müəyyən etmək.
  • İstifadəçi tərəfindən verilən məlumatların düzgünlüyünü təsdiq etmək.
  • İstifadəçi tərəfindən şəxsi kabinetin yaradılması təsdiqini almaq
  • İstifadəçiyə sifarişlərin statusu haqqında məlumat vermək.
 
4 TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
 
4.1. İstifadəçi borcludur:
 
  • "Dynamex.az" Saytından istifadə üçün lazım olan şəxsi məlumatları təqdim etmək.
  • Həmin məlumatların dəyişiklikləri haqqında vaxtında məlumat vermək.
 
4.2. Saytın administrasiyası borcludur:
 
  • Yalnız 3-cü bəndə müvafiq məqsədlərlə İstifadəçinin təqdim etdiyi məlumatlardan istifadə etmək
  • İstifadəçinin şəxsi məlumatlarını müvafiq qaydada qorunmasını təmin etmək
  • Gizliliyi qorumaq məqsədi ilə informasiyanın mübadiləsi qaydalarına əsasən, ehtiyat tədbirlər görmək.
 
4.3. Digər müddəalar
 
  • Sifariş olunan bağlamanın “Daşıyıcı”nın ofisinə daxil olması barədə Sifarişçiyə məlumat verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində Sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (sıfır manat, 50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.
  • Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz
  • Sifariş olunan mal sınan əşyadırsa, təhvil alınarkən bağlama Sifarişçi tərəfindən açılmalı və əşyanın salamatlılığı yoxlanılmalıdır. Sifarişçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı” məsuliyyətdən azad ediləcək.
  • Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 2 (iki) ay ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.
  • Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
  • Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
  • Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
  • Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır.
  • Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiyacgeri qaytarılmır.
  • Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə “Daşıyıcı”nın məsuliyyət daşımadığını qəbul edir.
  • Qaydalara riayət etməyən və qadağan olunmuş malların daşınmasını sifariş verən sifarişçinin qeydiyyatı məlumatlandırmadan sonra davam edəcəyi təqdirdə bloklanacaq.