1. Əgər siz öz kartınızla məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan qeydiyyatdan(clickable) keçməlisiniz. Sifariş zamanı mağazanın sizdən tələb etdiyi ünvan hissəsinə, xaricdəki ünvanımızı qeyd edirsiniz. Ətraflı məlumatı Xaricdəki ünvanlarım(clickable) bölməsindən əldə edə bilərsiniz. Sonra isə xarici saytlarda keçərli olan bank kartı vasitəsi ilə ödənişi edərək, sifarişi tamamlayırsınız.
  2. Müxtəlif ödəniş vasitələrindən istifadə edərək, balansınızı artırın. Müxtəlif ödəniş sistemlərinin rəsmi internet səhifələrində Visa və ya Mastercard istifadə edərək yaxud terminallar vasitəsilə nağd ödənişlə. Ödəmə üsulları haqqında ətraflı məlumat(clickable).
  3. Sifarişi saytımızdakı şəxsi kabinetinizə əlavə edin. Sifariş etmək üçün məhsulun keçid ünvanını köçürmək, rəngini, ölçüsünü, miqdarını qeyd etmək lazımdır. "Sifariş" formasını doldurub "Yadda saxla" düyməsini basın.
  4. Sifarişlə əlaqəli bütün əməliyyatlar şəxsi hesabınızda göstərilən elektron ünvana göndərilir.
  5. Sifarişi emal etdikdən sonra, məhsulun dəyəri və xidmət istədiyiniz qaydada ödənilir. Balans manat, dollar və ya avro ilə artırıldığı zaman, vəsaitlər alınan günün məzənnəsi ilə məhsulun satıldığı pula biriminə konvertasiya olunur.
  6. Ödəməni qəbulməhsulların satıcısı ilə əlaqə saxlayır, onların mövcudluğunu təyin edilir və sizin üçün sifariş olunur.
  7. Sifariş edilən məhsul satıcıda mövcud deyilsə, sizeə məlumat verildikdən sonra, ödənilən pul dərhal balansınıza qaytarılacaq ya da məhsulun təkrar stoklara gəlməsi gözlənilir. Mövcud olmayan məhsulu başqası ilə əvəz edə bilərsiniz.etdikdən sonra sifariş emal üçün sifariş etdiyiniz ölkənin ofisinə göndərilir və operatorlarımız
  8. Sifarişiniz anbarımıza daxil olduqdan sonra məhsulların keyfiyyəti və uyğunluğu yoxlanılır, bağlamanın çəkisi, qablaşdırma və Azərbaycana çatdırılma xərcləri hesablanır. Alınan məbləğ istədiyiniz ödəniş vasitəsilə ödənilir. Aparılan əməliyyatlar haqqında bütün məlumatlar şəxsi hesabınızın "Ödəniş tarixçəsi" bölməsində qeydə alınır.
  9. Sizin bağlamanıza nömrə təyin olunacaq və 3-5 iş günü ərzində göndəriləcək. İnternet vasitəsilə məhsulunuzu izləyə bilərsiz.(çatdırılma üsulundan asılı olaraq).
  1. Səhifədə göstərilən məhsulun qiyməti (TL).
  2. Xidmət haqqımız 5% (minimum yoxdur).
  3. Onlayn mağazadan anbarımıza çatdırılma xərcləri. (iç kargo bedeli)
  4. Türkiyədən Azərbaycana çatdırılma qiyməti.
  5. Çəkisindən asılı olmayaraq bağlama fiziki çəkiyə görə hesablanır.Sifariş olunan bağlamanın çatdırılma haqqı 2 meyar üzrə (çəki və həcm) hesablanır. Sifarişçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparır. Həcm meyarına əsasən ödəniş aparılan zaman en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.
  6. Sifarişin dəyəri bir ay ərzində 1 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.
Sifarişin əldə edilməsi ödənişdən sonra təqribi 7 gün təşkil edir, bu sifariş olunan məhsulların sayından və həcmindən asılıdır. Sifarişinizi kuryer vasitəsilə birbaşa ünvanınıza yaxud birbaşa ofisimizdən əldə edə bilərsiniz. Bağlamanı kuryer vasitəsilə aldığınız zaman əlavə olarak 3 və 7 Azn arasında ödəniş olacaqdır.
  1. Məhsul mövcud olmadıqda, sifarişə hər hansı digər məhsulu əlavə edə bilərsiniz.
  2. Biz 100% əvvəlcədən ödəmə şərti üzərində çalışırıq. Sifarişdən sonra balansınızda qalan vəsaiti yeni sifarişdə istifadə edə bilərsiniz.
  3. Biz hüquqi şəxs olaraq, əməliyyatların şəffaflığını və üzərimizə düşən bütün öhdəlikləri təmin edilməsinə zamin dururuq.
  4. Sifariş olunan bağlamanın “Daşıyıcı”nın ofisinə daxil olması barədə Sifarişçiyə məlumat verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində Sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (sıfır manat, 50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı” qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.
  5. Bağlamalar təhvil alınarkən ödənişi tam formada bütün bağlamalar üçün olunmalıdır
  6. Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz
  7. Sifariş olunan mal sınan əşyadırsa, təhvil alınarkən bağlama Sifarişçi tərəfindən açılmalı və əşyanın yararlığı yoxlanılmalıdır. Sifarişçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı” məsuliyyətdən azad ediləcək.
  8. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 2 (iki) ay ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.
  9. Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
  10. Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
  11. Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır.
  12. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
  13. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır.
  14. Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri qaytarılmır.
  15. Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır:
  • Məhsul satıcı firmanın balansında tükəndikdə;
  • Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə
  • Müştəri sifarişdən imtina etdikdə;
  • Satıcı firma tərəfindən sifariş ləğv edildikdə.
     
    - Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə “Daşıyıcı”nın məsuliyyət daşımadığını qəbul edir.
    - Qaydalara riayət etməyən və qadağan olunmuş malların daşınmasını sifariş verən sifarişçinin qeydiyyatı məlumatlandırmadan sonra davam edəcəyi təqdirdə bloklanacaq.
    1. Gözlənilir – dərhal ödəniş edildikdən sonra.
    2. Təsdiqləndi – məhsul mağazadan alınıb.
    3. Ləğv edildi - məhsul mağazada mövcud deyil.
    4. Xarici Anbarda - sifariş xarici anbara çatdırılıb.
    5. Göndərildi - sifarişiniz Azərbaycana göndərilib. (İnternet vasitəsilə bağlamanızı izləyə bilərsiz).
    6. Çatdırıldı – Bağlama Azərbaycan anbarına daxil olub, sizə bu barədə sms daxil olacaq. Məhsulu ofisimizdə təhvil alacaqsınız və yaxud kuryer vasitəsilə birbaşa ünvanınıza çatdırılacaq. (Çatdırılma növündən asılı olaraq).
    7. Tamamlandı – yəni Sifariş tarixçəyə düşdü.
    1. Visa və Mastercard bank kartları
    2. Ödəniş terminalları (POS)
    3. Bank köçürmələri
    4. E-manat (Yakında)
    • Məhsul axtarışında məsləhət və yardım;
    • Kredit kartımızla mağazalarda sifarişlərinizi ödəmək;
    • Mağazalarla danışıqlar (sifariş vermək)
    • Anbarımızda sifarişlərin saxlanması (2 aya qədər);
    • Türkiyədən göndərilmə
    Sifarişlərinizin maneəsiz və vaxtında Gömrük rəsmiləşdirilməsi və nəzarətindən keçməsi, sifarişi verdikdən sonrakı ən qısa müddət ərzində təhvil verilməsi üçün bəyannamənin doldurulması vacibdir.

    1. Canlı heyvanlar
    2. Qida məhsulları
    3. Radioaktiv maddələr
    4. Batareyalar
    5. Spirtli içkilər
    6. Hər cür silah növləri
    7. Partlayıcı maddələr
    8. Tibbi məhsullar
    9. Maşın yağları
    10. Bitki və toxumlar
    11. Gizli kameralar
    12. Zinyət əşyaları
    13. Müxtəlif dərmanlar
    14. Hover board skuterlər
    15. Narkotik və psixotrop maddələr 

    Dynamic Express şirkəti ilə çatdırılan bağlamalar tam ödənişsiz geri qaytarılır.Əgər bağlamanız zədəli, defektli, rəngi və ölçüsü səhv gələrsə, yalnız o zaman bağlama geri qaytarılır.Geri qaytarılma sifarişi bağlama Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 3 iş gün ərzində qəbul olunur.Qeyd etmək istəyirik ki, yuxarida qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.