Xidmətlər

Təklif etdiyimiz xidmətlərdən yararlanaraq onlayn sifariş etməyə tələsin!

Sifariş Et
Sifariş Et

Məhsulu siz seçirsiniz, linkini göndərirsiniz, ödəniş edirsiniz, sifariş tərəfimizdən yerinə yetrilir. Bu xidmət üçün komissiya haqqı 5% təşkil edir. Bu xidmət yalnız Türkiyədən olunan sifarişlərdə keçərlidir.

Bağlamaların Daşınması
Bağlamaların Daşınması

Dynamic Express olaraq Türkiyədən və Amerikadan bağlamaların sürətli şəkildə daşınmasını həyata keçiririk,Türkiyədən bağlamaların göndərişi hər gün həyata keçirilir.

Ödənişsiz Sığortalama
Ödənişsiz Sığortalama

Anbarlarımıza daxil olan bütün bağlamalar ödənişsiz olaraq sığortalanır. Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq. Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlarlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.

Online Kuryer Sifarişi
Online Kuryer Sifarişi

Bu xidmət vasitəsilə Bakı anbarımıza daxil olan bağlamarın birbaşa evinizə çatdırılmasını həyata keçiririk. Kuryer sifarişinin online olaraq aparılması isə işinizi daha da asanlaşdıracaqdır.

Online Poçt Sifarişi
Online Poçt Sifarişi

Azərbaycanın hansı bölgəsində olmanızdan asılı olmayaraq, bağlamarınızı sizə çatdırırıq. Online poçt sifarişi vasitəsilə vaxtınıza qənaət edə bilərsiniz.

Geriqaytarılma xidməti
Geriqaytarılma xidməti

Yanlış və ya defektli gələn məhsulların geri qaytarılması bizimlə həm daha sərfəli, həm də asandır.

Kapıda Ödeme
Kapıda Ödeme

Bu xidmət sizə Türkiyənin bank kartları ilə ödəniş etmək mümkün olmayan saytlarından alış-veriş etməyə imkan yaradır. Xidmət haqqı 5% təşkil edir.

Operativ müştəri xidmətləri
Operativ müştəri xidmətləri

Suallarınızı cavablamaq və yaranmış problemləri aradan qaldırmaq məqsədilə müştəri xidmətlərimiz operativ olaraq fəaliyyət göstərir.

Ödənişsiz İadə Xidməti
Ödənişsiz İadə Xidməti

Dynamex Express şirkəti vasitəsilə daşınan ,iadə şərtlərinə uyğun olan məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir. Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır. Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur.