Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

2020 makiyaj trendləri – Gözəlliyin 8 sirri

2020 makiyaj trendləri – Gözəlliyin 8 sirri

08.06.2020

2020-ci il makiyaj trendləri ilə tanış olmağa və görünüşünüzdə cazibədar bir dəyişiklik yaratmağa hazır olun. Parlaq bir dəri, parlaq dodaqlar yumşaq rəng tonlarının hakim olacağı bu ilə uyğun gözəllik tövsiyələri ilə dolu 8 makiyaj trendini sizlərə təqdim edirik.

 

Yeni makiyaj trendlərinə hazırsınızmı? 2020-ci il trendlərinə nəzər saldıqda hər şeyin təbiiliyə geri döndüyünü görürük. Xüsusilə makiyaj və gözəllik sahəsindəki bu təbiiliyə dönüş ilin ən diqqət çəkən trendlərindən biri olacaq. Hər şeyin daha yüngülyumşaq tonlarda olduğu bir il keçirəcəyik. Az miqdarda parlaqlıq və rənglər olsa da, bu il də “Makiyaj Yoxmuş kimi Makiyaj” görünüşü populyarlığını qoruyur. Dərinizin işıltısı ilə qürur duyacağınız bu ilin 8 makiyaj trendini və gözəllik sirrlərini aşağıda görə bilərsiniz.

 

1) Üz Dərisinin Təbii Görünüşü

 

təbii-üz-görünüşü

 

Son zamanlarda olduqca məşhur olan No Makeup Makeup (Makiyaj Yoxmuş kimi Makiyaj) trendi bu il də davam etməkdə və təbii görünüş öz populyarlığını qorumaqdadır. “Less is more” cərəyanı həyatın hər sahəsinə öz təsirini göstərir və bu təsir makiyaj və gözəllik sahəsinə də yansıyır. Az məhsul ilə təbii və canlı görünüşün əsas olduğu bu cərəyanda dəri qulluğunun da əhəmiyyətli rolu vardır.

Az miqdardayüngül strukturlu məhsullar istifadə edərək qazanılan bu görünüşdə makiyaj əvvəli və sonrası dəri qulluğu mütləqdir. Hətta dəriyə qulluq edən və onun nəmliliyini təmin edən məhsullar bu trendin ən populyar məhsullarıdır. İsti aylarında daha da həssaslaşan üz dərisi üçün qulluq sirlərinə bələd olmaq istəyirsinizsə, Yayda üz dərisinə qulluq bloqumuzu oxuya bilərsiniz.

 

 

 

2) Parlaq və İşıltılı Üz Makiyajı

 

parlaq-üz-makiyajı

 

Parlaq və sağlam görünən bir dəri hər kəsin arzusu olmaqla yanaşı, son zamanlar dəbə çevrilmişdir. Son bir neçə ildə məşhur olan mat məhsullar bu trend vasitəsilə bir müddətlik unudulacaq. Beləcə, qüsurları gizləyən, dəriyə canlılıq və işıltı verən, üzdə qalın və ağır təbəqə yaratmayan tonal kremlər, BB/CC kremlər və dəri qulluğuna yönəlik makiyaj məhsulları ön plana çıxır.

Qapadıcı və ağır tonal kremlər yerinə, nəmləndirici, su əsaslı, yüngül və maye tonal kremlərdən istifadə dərinizin tonunu bərabərləşdirir və ona biraz da parlaqlıq qatır. Beləliklə, dəriniz makiyajsız görüntü qazanır.

Tonal krem çeşidləri ilə bağlı suallarınız yaranıbsa ətraflı məlumatı Dəri tipi və ehtiyacına görə tonal krem növləri adlı məqalədən əldə edə bilərsiniz.

 

 

3) Öncə Haylayter

 

2020-ci il olduqca fərqli bir makiyaj metodu ilə qarşımızdadır. Adətən tonal kremdən sonra istifadə olunan haylayterlər, bu il baza olaraq istifadə olunur. Maye haylayterləri almacıq sümüklərinizə, burun və alnınıza çəkdikdən sonra üzərini yüngül strukturlu tonal krem və ya BB/CC krem ilə tamamlayın. Beləcə, çox daha təbii bir işıltı və parlaqlığa sahib olacaqsınız.

Diqqət edilməsi gərəkən nüans isə bu cür parlaq üz makiyajı edərkən, göz makiyajınızı daha sadə etməkdir. Əks halda makiyajınız təbii görünüşdən uzaqlaşaraq, ağır makiyaja çevriləcəkdir. Parlaq üz makiyajının ən yaxşı köməkçisi isə çəhrayı tonlardakı ənliklərdir. Bu tonlardakı ənliklər görünüşünüzə sağlamlıq qatacaq.

 

 

4) Təbii Qaşlar

 

tebii-qaslar

 

Təbii makiyaj dəbi, şübhəsiz ki, qaşlara da öz təsirini göstərir. İncə qaşlar yerini dağınıq, təbiidaranmış qaşlara buraxır. Qaş tuşlarının, qələmlərinin və gellərinin əsas rol oynadığı bu trenddə yuxarı doğru daranmış qaşlar populyarlığını qoruyur. Təbii qaş trendi ilə daha enerjili və dolğun baxışlara sahib olacaqsınız.

 
 

5) Həcmli və Dolğun Kirpiklər

 

hecmli-kirpikler

 

Ən sadə, ən təbii makiyajları belə mükəmməl göstərən həcmligur kirpiklərdir. Tuşlar ilə forma verilən, dənə-dənə ayrılan kirpiklər makiyajı tamamlayan ən gözəl detaldır. Tuş kifayət etmirsə, qısa və seyrək kirpikləriniz varsa, kirpik lifting proseduru ilə gur kirpiklərə sahib ola bilərsiniz.

 

 

6) Rəngli və Mat Göz Makiyajı

 

rengli-ve-mat-goz-makyaji

 

Açıq bənövşəyi, sarı, narıncı, şaftalı, açıq cəhrayı və mint yaşılı rəngli göz kölgələri... İsti və canlı bir görünüş verən bu rənglər ilə edilən göz makiyajı bu sezonun trendlərindəndir. Unudulan və uzun zamandır istifadə edilməyən bu pastel canlı rənglər bu günlərdə yenidən məşhurluq qazanır.

 

 

7) İşıldayan Dodaqlar

 

isildayan-dodaqlar

 

Uzun müddətdir istifadə etdiyimiz və hələ də istifadəsinə davam etdiyimiz mat rəngli dodaq boyaları da yavaş-yavaş unudulmağa üz tutur. İşıltılıparlayan görünüşə sahib dodaqlar bu ilin trendidir. Torpaq tonlarında, qırmızı və çəhrayı dodaqlara təbii rəngi olduğu hissini verən dodaq boyaları və parlaq blesklər sezonun əvəzolunmaz parçalarındandır.

Bu sezon bütün dodaq boyası tonlarını parlaq görəcəyik. Xüsusilə torpaq və nude tonlarında diqqət çəkən parlaq dodaq boyaları dodaqlarınıza şüşə kimi parlayan bir işıltı qatacaq.

 

 

8) Unikal Layner

 

unikal-layner

 

Hər dəfə yeni trendlərə uyğun olaraq rəngi və çəkilmə şəkli dəyişsə də, əsla məşhurluğunu itirməyən makiyaj məhsulları, şüphəsiz ki, laynerlərdir. Bu il klassik layner görünüşündən əlavə, yeni və unikal layner çəkmək formaları ön plana çıxır. Göz qapaqlarına qədər uzanan cizgilər, kirpiklər arasında əlavə olunan kiçik nöqtələr, təsadüfi fırça toxunuşları...

 

Forma müxtəlifliyi ilə yanaşı, müxtəlif rəngli laynerlərin istifadəsi də bu il diqqət çəkməkdədir. Fərqli qalınlıqlarda formalar, kəskin xəttlər, müxtəlif rənglər ilə bu yeni layner formalarından istifadə edərək özünüzəməxsus stil yarada bilərsiniz.


Budur, artıq yeni makiyaj trendləri haqqında ətraflı məlumatınız var. İstifadə edəcəyiniz məhsulların yüngül struktura malik olmasına və sizə təbii görüntü bəxş etməsinə diqqət edərək cəzibədar bir stilə sahib ola bilərsiniz.