Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

2021-ci il ev dekorasiyası trendləri. Türkiyədən dekorativ əşyaların sifarişi

2021-ci il ev dekorasiyası trendləri. Türkiyədən dekorativ əşyaların sifarişi

30.01.2021

Evinizə dekorativ əşyaları Dynamex vasitəsi ilə Türkiyədən çox rahat şəkildə sifariş edə bilərsiniz. 

 

2020 ilində Covid-19 virusunun bütün dünyada yayılması ilə birlikdə dünyanın əksər ölkələrində əhali evlərdə uzun vaxt qalmağa, evdən işləməyə, evdə əylənməyə, qısacası bütün həyat fəaliyyətlərini evdən davam etdirməyə məcbur vəziyyətə gəlmişdir. İnsanların evdə bu dərəcə uzun vaxt keçirməsi evlərin dizaynının xüsusiylə də interyer dizaynın əhəmiyyətini ortaya çıxarmışdır. Evdən işləyən vəya əksər vaxtını evdə keçirən şəxslər üçün evlərin daxildən funksional və eyni zamanda canlı və fərah hiss etdirməsi iş və gündəlik fəaliyyətlərdə olduqca böyük əhəmiyyətə sahibdir. Evin daxildən funksionallığı və canlılığı evdə olan əşyaların düzgün seçilməsi və istifadəsi ilə mümkündür. 

Türkiyənin bir çox onlayn mağazasından ev üçün istənilən tələbi qarşılayan, bol çeşidli ev əşyaları əldə edə bilərsiniz. Yazının davamında isə faydalı olacağını düşündüyümüz onlyan mağazalar və nümunələr qeyd ediləcəkdir. 

2020 ilini bütövlüklə əhatə edən Covid-19 pandemisyasının 2021-ci ildə tamami ilə bitməsi gözlənilməsə də günlük həyatlarımız müəyyən qədər normala dönəcək və bu zaman insanların keçmişin ağır abu havasını üzərindən atmaq və yenilənmək üçün yeni yaşayış sahəsi dizaynlarına və müəyyən funksional və dekorativ əşyalara ehtiyacı olacaq. Bu əşyalara daha dərindən baxmadan əvvəl interyer dizaynerlər tərəfindən qeyd edilən ilin trend rənglərinə nəzər yetirə bilərik.

2021 Trend Rəngləri

Bu ilin trend rəngləri arasında sakit pastel tonlar əsasən boz və mavi tonlar və isti, daha canlı və parlaq tonlardan ibarət kombinasyalar yer almaqdadır. İlin trendləri boz və canlı sarı rəngləri güç və motivasiya qaynağı olaraq evlərin dizaynında istifadə edilir.

Turkiyeden dekorativ esyalarin sifarisi

Tablolar

2021-ci ildə ev dekorasyaları arasında trendlər arasında ilk yerlərdən birini tablolar təşkil etməkdədir. Zərif və sadə eyni zaman da izlədikdə sizə ilham verəbiləcək tablolar evinizin gözəlliyinə gözəllik qatacaq. Covid-19 ərzində bir çox iş sahəsində çalışan insanların işlərini evdən remote olaraq görmələri və freelance işləyən insanların sayısının hər ötən gün artması da evlər də bu tərz dekorativ əşyaların vacibliyini artıran səbəblərdəndir. Əsasən də evdən işləyən və yaradıcı sahədə iş görən insanlar üçün bu tablolar olduqça yararlı bir ilham qaynağı ola bilər. 

Türkiyədən dekorativ əşyaların sifarişi

Saxsı Qablar

Ev dekorasyasında istifadə edilən digər bir əşya isə bitkilər üçün saxsı qablardır. Bitki və saxsı qablarda olan dekorlar evə canlılıq və fərahlıq qatacaq. Bitkilər evə daha canlı bir ruh qatacaq və sizi təbiətə yaxın hiss etdirəcək.

Turkiyeden dekorativ esyalarin sifarisi

Dekorativ Şamlar

Evinizə gözəllik qatacaq digər bir əşya isə dekorativ şamlardır. Evi aydınlatmada və yaşayış məkanına xüsusi abu hava qatmaq üçün istifadə edilənən bu məhsullar istehlakçılar tərəfindən ən çox maraq çəkən dekorasiylar arasındadır.

Turjiyeden dekorativ esyalarin sifarisi

Dekorativ Yastıqlar

Ev dekorasyaları arasında son nümunəmiz isə evdə rahatlığı sevənlər üçün dekorativ yastıqlardır. Dekorativ yastıqlar rəngi və maraqlı görünüşləri ilə evə gümrahlıq və rahatlıq bəxş edirlər. 

turkiyeden dekorativ esyalarin sifarisi

Türkiyədən dekorativ ev əşyaları sifarişi

Ev üçün dekorativ əşyaları əldə etmənin ən sərfəli üsülu isə Türkiyənin onlayn mağazalarından yüzlərcə çeşid arasından seçdiklərinizi Dynamex vasitəsi ilə əldə etməyinizdir. Bunun üçün sadəcə onlayn mağazada məhsulu seçib səbətə əlavə etdikdən sonra ünvan bölməsinə Dynamex şəxsi kabinetinizdə yer alan “xaricdəki ünvanlarım” bölməsində qeyd olunmuş adresi və müştəri kodunuzu daxil etməlisiniz. Sifarişiniz Türkiyə daxili kargoya verildikdən sonra isə Dynamex saytında bağlamanızı bəyan etməlisiniz. Qeyd edək ki, istehlakçılar aylıq 300 dollar çərçivəsində xarici ölkələrdən vergisiz sadəcə sadələşmiş bəyannamə dolduraraq məhsulların alışını həyata keçirə bilərlər. 

 

Ümid edirik ev dekorasyaları haqqında blogumuz sizlər üçün maraqlı və fayadalı olmuşdur. Aşağıda isə ev dekorasyası üçün məhsullar əldə edə biləcəyiniz onlayn mağazaların nümunələri yer almaqdadır.

Trendyol.com

Amazon.com.tr

Hepsiburada.com

ikea.com.tr

N11.com.tr

koctas.com.tr