Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

2021 Qış Trendləri

2021 Qış Trendləri

31.12.2020

Qış qarderobunuzu yeniləməyi düşünürsünüz? Yeni gödəkçə, palto, balonka sifariş verməyi planlaşdırırsınız? O zaman 2021-ci ilin qış trendləri ilə yaxından tanış olmağın əsl vaxtıdır! Bu bloqumuzda 2021-ci ildə gözlənilən qış trendləri ilə bağlı ehtiyacınız olan bütün məlumatları alacaqsınız.

 

Əmin olun ki, rahatlıq artıq bütün mövsümlərin trendləri üçün əsas faktora çevrilib. Dar geyimlər, hündür dabanlıqlar artıq əvvəlki kimi dəbdə deyil. Yalnız sadə, rahat zövqlə seçilmiş geyim, ayaqqabı və aksesuarlar sizə trendlərlə ayaqlaşmağa kömək edəcək.

 

Qarderobu yeniləyərkən siz də üst geyimlərindən başlayırsınız? O zaman biz də ilk gödəkçələrdənbalonkalardan danışacayıq.

Oversize paltolar

İlk öncə xatırlayaq ki, oversize sahibinin əyninə bir neçə ölçü böyük görünəcək şəkildə hazırlanmış geyim stilidir. Son illər trendlərdə olan oversize geyim stili, 2021-ci ilin qış trendlərində də stabil olaraq dəbdədir. Bu qış isə oversizə paltolar xüsusən dəbdə olacaq. Oversize paltoların trenddə olmasını minimalizmin son illər məhşurlaşmağı ilə, həmçinin paltoların bir geyim növü olaraq eleqant olması ilə açıqlayırlar. Oversize paltoların sadə və eleqant obrazını daha da vurğulamaq üçün, mütəxəssislər neytral rəngli sviterlərklassik cins şalvarlarla obrazı tamamlamağı məsləhət görürlər.

 

qis-trendleri-oversize-paltolar

 

Sırıqlı paltolar və balonkalar

 

Sırıqlı teksturası olan balonkalar və paltolar zahirən bir növ ədyal, yorğanı xatırladır. Bu stildə olan geyimlərin trendə düşməsinin səbəbini mütəxəssislər istehlakçıların sırıqlı geyimlərdə xüsusi, yatarkən, dincələrkən hiss etdiyimiz komfortu, rahatlığı tapması ilə izah edir. Bu trenddən müxtəli cür istifadə edilir – bəzi istehsalçılar sırıqlı, kəmərli, uzun paltolar, bəziləri isə sırıqlı, qısa gödəkçələr istehsal edir. Buna baxmayaraq, sırıqlı teksturalı geyimlərin bütün növlərinin 2021 qış trendlərinin ayrılmaz hissəsi olacağı dəqiqdir.

 

qis-trendleri-siriqli-paltolar-balonkalar

Süni xəzdən palto-xalatlar

Süni xəzdən olan, yumşaq xalat-paltolar dəb sevərlərin ürəyində hələ uzun müddət əvəzedilməz yerini tutacaq. 2021 qış trendləri də istisna deyil. Xatırlayırsınızsa, daha öncə rahatlığın hələ uzun müddət dəbdə olacağını söyləmişdik. Həmçinin sırıqlı geyimlərin populyarlığını da yorğan, ədyalı xatırlatdığı üçün və onların rahatlıqla assosasiya olunması ilə açıqlamışdıq. Bəs yataqdan daha çox rahatlıqla assosasiya olunan ikinci nə var? Bəli, yumşaq, rahat xalatlar. Bu səbəbdən xalat-paltolar 2021 qış trendlərində də aktual olacaq. Lakin, bu dəfə də diqqət yetirməli olduğunuz məqam var. Modelyerlər 2021-ci il qış trendlərində məhz uzun, kəmərli xalat-paltoların trenddə olacağını vurğulayırlar.

 

qis-trendleri-suni-xezden-palto-xalatlar

 

Dəri balonkalar

 

Balonka kimi tanıdığımız həcmli dəri gödəkçələr artıq bir neçə mövsümdür ki, dəb aləmində öz layiqli yerini tutur. Eləcə də 2021-ci ilin qış trendlərində bu populyarlığın azalmayacağı dəqiqdir. Lakin, bu il məhz süni dəridən olan balonkaların xüsusən dəbdə olacağı gözlənilir. Modelyerlər bunu dəri geyimlərin müxtəlif geyimlər, stillərlə harmonik görünməsi və istənilən stilə əlavə eleqantlıq qatması ilə izah edirlər.

 

qis-trendleri-deri-balonkalar

 

Həcmli gödəkçələr

 

Həcmli, brutal gödəkçələr – 2021 qış trendlərinin daha bir ayrılmaz parçası. Modelyerlər həcmli gödəkçələrin bu ildən trendə düşəcəyini, həcmli gödəkçələrin uzun boğazlı sviterlər, klassik köynəklər cinslər ilə xüsusi harmoniya yaradacağını vurğulayırlar.

 

qis-trendleri-hecmli-godekceler

 
Saçaqlı üst geyimləri

 

Əgər öz ekstra-ordinar stilinizlə kütlədən seçilməyi xoşlayırsınızsa, fərqli siluetləri, fakturaları sevirsinizsə, sizə bu işdə saçaqlı gödəkçələr və paltolar kömək edəcək. Obrazınızı hansı saçaqlarla bəzəyəcəyiniz elə də fərq etmir. Modelyerlər 2021 qış trendlərində istənilən növ saçaqlı geyimlərin populyar olacağından əmindirlər.

 

qis-trendleri-sacaqli-ust-geyimleri

 

Gödəkçələr, paltolar haqda danışıb onların altında qalacaq sviterlər, kardiqanlar haqda unutmaq olmaz. Axı biz sadəcə küçədə zövqlü, trendlərə uyğun geyinmək istəmirik.

 

2021 qış trendlərinin iki ayrılmaz hissəsi isə vinta stilli qısa kardiqanlarhəcmli qolları olan sviterlərdir. Düşünməyin ki, qısa kardiqanlar yalnız gündəlik geyimlərlə yaxşı uyğunlaşır. 2021 qış trendlərində kardiqanların istər cins şalvarlar, istər idman stili, istərsə də ətəklərlə bir-birini əla tamamlayacağı dəqiqdir. 2021 qış trendlərinin yeni qatılacaq dəb nümunəsi isə həcmli qolları olan sviterlər və koftalardır. Burda məsələ son dərəcə sadədir – bu tip sviterlər rahat olmaqlarına rəğmən, həm də kifayət qədər qeyri-adi görünürlər.

 

qis-trendleri-kardiqanlar-hecmli-qollari-olan-sviterler