Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

2023-cü ilin Qış Trendləri

2023-cü ilin Qış Trendləri

25.01.2023

2023-cü ilin Qış Trendləri

2023-cü ilin qış dəbi artıq görənləri heyran edir. Bildiyiniz kimi, hər il müxtəlif zövqlərdə geyimlər hazırlanır və modasevərlərə təqdim olunur. Bu il qış modası çox fərqlidir və davamlı olaraq yeni modelləri ilə hər kəsi heyran edir. Gəlin 2023-cü il üçün xüsusi qış modasına daha yaxından nəzər salaq!

Holoqrafik naxışlar, toxunma parçalar, dar siluetlər və parlaq detallar! 2023 qış qarderoblarında yunlar, kaşelər və dərilər ön plandadır. Dizaynlara üçüncü bir ölçü əlavə edən holoqrafiya sənəti soyuq fəsillərin bizdə yaratdığı hissləri təcəssüm etdirir. David Komanın 2023 qış podiumunda yüksələn holoqrafik naxışlı çəkmələri diqqət mərkəzindədir. Dar siluetlər çoxdan “köhnəlmiş” hesab edilsə də, onlar 2023-cü ilin qış mövsümündə geri qayıdırlar. Hər mövsüm zamansız olmağı bacaran şəffaf görünüşdə olan məhsullar bu ilin trendləri arasındadır. Mövsümə yenilənmiş yeni forması ilə daxil olan parça pencək və don modelləri podiumlarda diqqət çəkir. Qış havasını hiss etdirən şəffaf və tüklü detalları olan koftalar bu mövsümdə tələb olunan parçalar arasındadır. Dynamex ilə 2023-cü ilin qış dəbini yaxından hiss edin! Siz sürətli çatdırılmanın rahatlığını, bizimlə görəcəksiz. 

Dynamex ilə zərifliyinizə zəriflik qatın!  

Bu il dizayn edilən rəngli panço modelləri gənc qızlar tərəfindən çox bəyənilir və onlar rəngli ponçolara daha çox üstünlük verir. Bu məhsul ilə əla kombinlər yarada bilərsiniz. Yeni mövsümdə populyar olan məshullar arasında dizayn edilən kardiqanlar və gödəkçələr də yer alır. Xüsusilə dəbdəbəli çiyin modellərinin istifadəsi kardiqan və gödəkçələri zirvəyə çıxarıb. Geyim kombinlərində gözəl gödəkçə və ya pencək seçərək zərifliyinizə zəriflik qata bilərsiniz. Dynamex-lə seç, sifariş et, sərfəli tariflə sənə gəlsin! Dynamex ilə sifariş sizə güvən və vaxt qazandıracaq. Sürətli və Sərfəli Sifariş Dynamex-lə mümkündür! 

Bu mövsüm açıq rənglər dəbdədir!  

Açıq rənglərdə geyinənlərə xoş xəbərimiz var! Bu mövsüm açıq rəngli məhsullar dəbdədir! Moda dünyasının sevimli rəngi olan bej, Versace podiumunda yer alır və parlaqlıq dozasını artırır. Qarderobunuzda 2023 qış mövsümünə ən şəffaf rəng tonlarından olan bej rəngə yer açın. Qış geyimlərində keçən il tünd rəngli modellərə üstünlük verilmişdi, bu il isə açıq rənglər daha çox ön planda olacaq. Bu ilin trend rənglərindən olan bej ilə dəbli görünüşünüzü ön plana çıxara bilərsiniz. Bej rəngi ilə yanaşı torpaq tonlarından da istifadə edə bilərsiniz. Xüsusilə göz makiyajınızda ilin dəb rəngləri olan torpaq tonlarından istifadə etməyiniz məsləhət görülür. Bej şalvarlar, çəkmələr, sviterlər, köynəklər diqqət çəkəcək. 

Siz Dynamex ilə 2023 qış trend məhsullarını sürətli şəkildə əldə edə bilərsiniz. Elə isə indi Dynamex ilə sifariş etməyə tələsin!  Sifarişləriniz bizimlə sürətli gəlsin!