Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

6pm.com-dan Azərbaycana sifariş və çatdırılma – Dynamex.az

6pm.com-dan Azərbaycana sifariş və çatdırılma – Dynamex.az

23.07.2021

6pm-dən Azərbaycana sifariş mümkündürmü? 6pm.com-dan Azərbaycana sifariş şərtləri nədir? 6pm Amerikadan Azərbaycana çatdırılma edirmi? 6pm-dən Azərbaycana çatdırılma qiymətləri necədir?

 

6pm sifaris | 6pm catdirilma | 6pm Azərbaycana sifariş | 6pm Azərbaycana çatdırılma | 6pm geyim sifarişi | 6pm Azerbaycan

 

6pm haqqında qısa məlumat

2007-ci ildən bəri müştərilərinə fəaliyyət göstərən 6pm.com onlayn alış-veriş saytı, əsasən Amerika daxilində xidmət göstərir. Amerikanın onlayn alış-veriş bazarına minlərlə yeni üslub gətirən və moda dünyasının aparıcı liderlərindən birinə çevrilən alış-veriş saytı, hər gün “Daily discount” və “Best deals” kampaniyaları keçirir. Siz əmin ola bilərsiniz ki, Amerikanın ən dəbli alış-veriş saytlarından biri olan 6pm.com onlayn mağazasından siz boş səbətlə çıxmayacaqsınız.

 

6pm.com Azərbaycana çatdırılma edirmi?

Ümumi olaraq, 6pm.com saytı Amerika daxilində çatdırılma edir. Lakin siz Amerikaya səfər etməyinizə gərək qalmadan, evdən çıxmadan, vaxtınıza və pulunuza qənaət edərək kargo şirkətinin köməkliyi ilə istədiyiniz məhsulu 6pm.com saytından sifariş edə və qısa müddət ərzində bağlamanızı Azərbaycanda təhvil ala bilərsiniz.

 

Kargo şirkəti bağlamanı neçə günə gətirir?

Dynamex kargo Amerikadan çatdırılmanı operativ və münasib qiymətə edir. Belə ki, sadəcə Amerika ünvanımızı 6pm saytında qeyd edərək istədiyiniz məhsulu sifariş edə və bağlamanın qısa zamanda Azərbaycana çatacağından əmin ola bilərsiniz. Dynamex kargo şirkəti Amerikadan Azərbaycana çatdırılmanı 6 iş günü ərzində icra edir. Daşınma qiymətləri səhifəmizdə Amerikadan Azərbaycana çatdırlma qiymətləri qeyd olunmuşdur.

 

6pm.com saytından sifariş qaydası - TƏLİMAT

Addım-addım təlimat: 6pm.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et

Bunu etmək üçün əvvəlcə dynamex.az saytında qeydiyyatdan keçin.  Əgər qeydiyyatınız varsa, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq 6pm.com saytında qeydiyyatdan keçmək üçünQeydiyyatlinkinə daxil olun.  Açılan pəncərədə “Create your 6pm account” bölməsinə daxil olun. Bununla siz artıq 6pm hesabı yaratdınız.

 

6pm saytındaAdd a new shipping addresslinkinə daxil olaraq 6pm.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Amerika ünvanı səhifəmizdə bütün məlumatlar qeyd olunub.

Təbriklər, sizin 6pm və dynamex hesablarınız alış-veriş üçün hazırdır.

 

Alış-verişə başlamaq vaxtıdır!

Nəzərə alaq ki, siz 6pm.com saytında məhsulu səbətə atdınız və sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınıza və bağlamanı bəyan edək.

Bundan sonra siz dynamex.az şəxsi hesabınızdaBəyan etlinkinə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.

 

Ölkə = ABŞ

Tracking İD = 6pm.com-dan sizə təqdim olunan izləmə kodu

Mağazanın adı = 6pm

Kateqoriya = 6pm.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Geyim)

İnvoys qiyməti = 6pm.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət

İnvoys yüklə = 6pm.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.

Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)

 

Güvənli və xoş alış-verişlər!