Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Anbarda saxlanma şərtlərinə dəyişiklik

Anbarda saxlanma şərtlərinə dəyişiklik

24.12.2020

Son zamanlarda dünyada və ölkəmizdə onlayn alış-verişə qarşı istehlakçıların artan marağı və 2019-cu ilin sonu 2020-ci ildə dünyada yayılan COVID-19 virusunun insanların günlük həyatına qarşı olan ciddi təsirinin də nəticəsində onlayn ticarətə üstünlük verənlərin sayı  Noyabr endirimləri ilə pik həddinə çatmışdır. Gözləniləndən daha çox olan sifarişlərin ölkəyə daxil olmasında və gömrük keçidlərində yoxlanışı zamanı normal vaxtlara nəzərən müəyyən gecikmələr qeydə alınmışdır. Bu gecikmələrin əsas səbəbi bir çox müştərinin saytımızda bəyannamə doldurarkən faktura məlumatlarını əksik qeyd etməsi və bunun nəticəsində bağlamalarının dəyərinin müəyyənləşdirilməsi prosesinin daha çox vaxt tələb etməsidir.  Bununla birlikdə artan sifariş sayı və pandemiyanın təsiri ilə müştərilərin sərbəst hərəkətlərindəki məhdudiyyətlər anbarımızda sıxlıq yaranması ilə nəticələnmiş və bu müştərilərimizin etirazına səbəb olmuşdur.

 

Bildiyiniz kimi Bakı anbarında yaranmış sıxlığı aradan qaldırmaq, yeni bağlamaları Bakı anbarına qəbul edə bilmək üçün, son günlər aktiv şəkildə kampaniyalar həyata keçiririk. 22.12.2020 tarixində məhsulu Bakı anbarında olan istifadəçilərə 1000 pulsuz kuryeri sifarişi limitindən cəmi 513 nəfər, 23.12.2020 tarixində məhsulu Bakı anbarında olan istifadəçilərə 2000 pulsuz kuryeri sifarişi limitindən isə cəmi 596 nəfər istifadə etmişdir. Yaşanan gecikmələrin qarşısını almaq və yeni bağlamaların vaxtında müştərilərə təhvil vermək üçün 25.12.2020 tarixindən etibaran Bakı anbarında saxlanc şərtlərinə aşağıdakı dəyişiklikləri tətbiq edilməyə başlanacaqdır:

-Bakı anbarında bağlamaların saxlama müddəti 3 günə endirilir

-3 gündən sonra məhsul saxlanc üçün ana depoya göndəriləcək

-Şəxsi kabinetinizdə depoya göndərilmiş məhsulların qarşısında “Ana depoda” statusu əks etdiriləcək

-Müştəri ana depoya göndərilmiş məhsulunu Şəxsi kabinetində “Bakı anbarına qaytar” bölməsindən anbara geri qaytara bilər

-Məhsullar 2 gün müddətində ana depodan bakı anbarına geri qaytarılacaq

-Müştəri geri qaytarılan məhsul haqda SMS bildiriş alacaq

-SMS bildiriş alındığı andan məhsul Bakı anbarında 24 saat saxlanılacaq.

-Bakı anbarına geri qaytarılıb, 24 saat ərzində təhvil alınmayan məhsullar üçün müştəri daşınma haqqının 2(iki) mislini ödəməlidir.  

Xatırladaq ki, sadalanan dəyişiklikləri etməyimizin səbəbi, anbarda yaranmış sıxlığı aradan qaldırıb, növbəti bağlamaları Bakı anbarına qəbul edib, qısa zamanda sahiblərinə təhvil verməkdir. Məhsulunuzu kuryer vasitəsi ilə sifariş edərək, Bakı anbarımızdan təhvil alaraq, digər müştərilərin bağlamalarının qısa zamanda təhvil verilməsinə kömək edəcəksiniz. Anlayışınız üçün təşəkkür edirik.