Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Bağlamaların gecikmə səbəbləri və kampaniyalar

Bağlamaların gecikmə səbəbləri və kampaniyalar

21.12.2020

Hörmətli müştərilər,


Bildirmək istəyirik ki, gömrük qaydalarına əsasən ölkəyə daxil olan bağlamaların üzərində invoys-faktura olmalıdır. Əks halda, gömrük əməkdaşlarının malın qiymətinin düzgünlüyünə nəzarət etməsi mümkünsüz olur.
Həmçinin bəyannamə yazılmadıqda və malın üzərində faktura olmadıqda, onun qiymətini sistemə daxil etmək mümkün olmur. Bunları nəzərə alaraq, bütün bağlamalarınızı bəyan etməyiniz xahiş olunur. Ələxsus, Trendyol, DeFacto, Koton, Flo, Mavi, Madame Coco kimi mağazalardan sifariş verdiyiniz məhsullar üçün bəyannaməyə əvvəlcədən faktura yükləməyiniz gərəklidir.



Son dövrlərdə tərəfimizdən gecikmələr noyabr ayının sonlarında gömrükdə məhsul çoxluğundan irəli gələn uzanmalar, yüklərin çoxluğu, daha sonrakı tarixlərdəki gecikmələr isə yuxarıda qeyd etdiyimiz səbəblərdən irəli gəlmişdir. Qısa zaman ərzində çoxsaylı sifarişlərin olması da öz növbəsində məhsulların anbara daxil edilməsi prosesini ləngitmişdir. Müstəsna olaraq bu xırda qüsurları nəzərə almağınızı və gecikmələrin olmaması məqsədi ilə deyilən tələblərə riayət etməyinizi xahiş edirik.



Dynamic Express şirkəti daima sizə yüksək səviyyəli xidmət göstərib və müştəri məmnuniyyətinə xüsusi önəm verib. Gecikmələrdən dolayı yaranan narahatlığınızı anlayırıq. Bu səbəbdən, qısa zamanda xidmət səviyyəmizi artıracağımızı və yaranmış narahatçılıqları təlafiyə etmək üçün bir çox yeniliklər, kampaniyalar həyata keçirəcəyimizi vurğulamaq istəyirik.


Odur ki, bizi izləməyə davam edin! Anlayışınız üçün hər birinizə təşəkkür edirik!