Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Başqa bir şəxs bağlamanızı necə təhvil ala bilər?

Başqa bir şəxs bağlamanızı necə təhvil ala bilər?

11.07.2020

Əziz müştərilər, məhsullarınızın təhlükəsizliyi səbəbilə bağlamaların təhvil alınma qaydasında sizlər üçün yenilik etdik!

Bağlamanızı Sizin əvəzinizə başqa şəxs təhvil aldığı zaman, saytımızdakı “Etibarnamələr” bölməsində həmin şəxsə dair məlumatların daxil edilməsi mütləqdir. 

 


Etibarnamələr bölməsinə məlumatları əlavə olunan şəxs bağlamanı təhvil alan zaman təqdim etməli olduğu sənədləri nəzərinizə çatdırırıq.

 

  • Şəxsiyyət vəsiqəsini və ya onun surətini (və ya skan versiyasını)

  • Müştəri kodunu 

 

Məqsədimiz bağlamalarınızın tam təhlükəsizliyini təmin etməkdir

Etibarnamə əlavə etmək üçün:⁣

  • Dynamex.az saytına daxil olun⁣;

  • Sol menyudan "Etibarnamələr" bölməsini seçin⁣;

  • Yeni Etibarnamə əlavə et düyməsinə klikləyərək şəxsin məlumatlarını daxil edin.


Artıq bağlamalarınız daha da güvəndədir!