Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Bəyannamə doldurulduğu zaman

Bəyannamə doldurulduğu zaman "Tracking ID" bölməsinə hansı kod yazılmalıdır?

21.07.2020

Azərbaycan kartlarını qəbul edən onlayn alış-veriş saytlarından özünüz sifariş etdiyiniz zaman bağlamanın qısa zamanda hesabınıza əlavə olunmasını və sürətli şəkildə çatdırılmasını istəyirsinizsə, bağlama mütləq bəyan olunmalıdır. ⁣

Bəyannamə bağlama kargoya verildikdən anbara təhvil verilənə qədər olan müddətdə doldurulmalıdır!

Bəyannamə doldurulduğu zaman “Tracking ID” bölməsinə yazılması lazım olan kodu əldə etmək üçün onlayn mağazadan asılı olaraq “KARGO TAKİP” və ya “KARGOM NEREDE?” yazılan bölməyə keçid edin.⁣

Yeni açılan pəncərədə “GÖNDERİ NUMRASI”-nı görəcəksiniz. ⁣

Qeyd edək ki, bəyannamə “Trek nömrəsi”, “Gönderi numarası”, “Kargo takip numarası”, “Barkod numarası”, “Taşınma İrsaliye numarası” ilə bəyan oluna bilər. ⁣

Qeyd olunan izləmə nömrələri hər bir bağlamaya individual olaraq təyin olunur və bağlamanın statusu haqqında məlumat almaq imkanı yaradır.⁣

Bağlama “sipariş numarası” və ya “teslimat numarası” ilə bəyan oluna bilməz‼️⁣


Bağlamınızı vaxtında bəyan edin və tezliklə əldə edin