Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Bütün suallarınızı cavabladıq !

Bütün suallarınızı cavabladıq !

20.03.2021

1.Bəyannamə nədir və necə əlavə edilir ?
-Xarici anbara sifarişçi adına gələcək bağlama ilə bağlı şirkətə və Dövlət Gömrük Komitəsinə vətandaş adına göndərilən bağlama haqqında sadələşdirilmiş bəyan formasıdır.Dynamex hesabınıza daxil olaraq “Bəyan et” tıklayıb bu prosesi icra edə bilərsiniz.Daha ətraflı linkdə : 



2. Smart Customs nədir və tətbiqdə bəyan etmək məcburidirmir ?
Azərbaycan Dövlət Gömrük komitəsinin 1 yanvar 2021ci ildə təqdim etdiyi qərara əsasən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Daha ətraflı linkdə : 



3.Öz adınıza mobil nömrə mövcud olmadıqda nə etməli ?
Əgər öz adınıza olan mobil nömrə yoxdursa,video vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.Bu zaman isdifadəçinin şəxsiyyətinin təsdiq edilməsi məqsdilə səsli video yazı aparılır.Daha ətraflı linkdə : 



4. “Tracking İD” nədir və DT kod nə zaman qeyd olunur ?
Trek nömrə bağlama xarici anbara çatdırılanadək onu izləməyə imkan yaradır. Trek nömrə unikal olur və hər bağlama üçün ayrılıqda verilir. Bağlamanızı izləmək üçün yerli kuryer şirkətlərinin saytlarına daxil olaraq trek nömrəni qeyd etməlisiniz.
-“DT*****” kod isə bağlamanız Xarici anbar statusunda əks olunduqdan sonra dynamex hesabınızda bəyannamədə əks olunur.



5.Smart Customs tətbiqində bəyan etdikdən sonra Dynamex hesabda bəyan etmək lazımdırmı?
Qeyd etmək istərdik ki isdifadəçi sifarişlərinizi özü edərkən ilk öncə Dynamex hesabında bəyan etməlidir.Bağlama hesabda əks olunduqdan sonra Smart Customs tətbiqində bəyan etmək tələb olunur.



6.”Mənim üçün sifariş et” xidməti nədir və necə isdifadə olunur ?
Bu proses Türkiyədən istənilən məhsulun alınmasına xidmət edən kompleks servis xidmətidir. Bu tip sifariş zamanı biz sizin adınızdan Türkiyə internet-mağazasından sifariş edirik.  Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 5% təşkil edəcək, Azərbaycana daşınma xidmət haqqı bu məbləğə daxil deyil.Daha ətraflı linkdə : 

7.”Təcili sifariş et” xidmətindən isdifadə etdikdə sifarişlər neçə müddətə gəlir?
Təcili sifarişlər Standard sifariş növbəsindən çıxarılaraq daha tez icra olunur.Bu xidmətin sifarişlərin Bakı anbarına çatdırılması ilə bağlı hər hansı üstünlüyü mövcud deyil.

 

8.Etibarnamə necə isdifadə olunur ?
Əgər Siz öz hesabınızda Bakı ofismizdə olan bağlama(lar)ınızı yaxınlaşıb, təhvil ala bilmirisinizsə, bu zaman başqa bir şəxsə Sizin adınıza bağlamanı təhvil alması üçün etibarnamə verə bilərsiniz.


9. Müraciətlər bölümünə nə vaxt daxil olunmalıdır ?
Əgər sizin hər hansı bağlama ilə əlaqəli sualınız və ya hər hansı problemliminiz mövcuddursa bu bölümə daxil olaraq bildirə bilərsiniz.




10.Kuryer və Azərpoçt sifarişləri necə edilir ?
Dynamex şəxsi hesabınıza daxil olaraq Bakı ofisi statusu qeyd olunan bağlamanız üçün “Kuryer sifarişi” və ya “Azərpoçt sifarişi” edə bilərsiniz. Daha ətraflı linkdə : 


11.Daşınma haqqı hansı üsulla hesablanır?

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının metrik standartlarına uyğun olaraq daşınan yüklərin çəkisi bağlamaların ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

1. Fiziki çəki 

2. Həcm çəkisi 

Hər iki göstərici hesablanır hansı daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanır. Nəzərinizə çatdırırıq ki, Türkiyədən geyim, 2 ədəd ayaqqabı və əl çantalarının daşınma haqqı yalnız fiziki çəkisi əsasında hesablanır. Ayaqqabı 2 ədəddən çox olarsa, daşınma haqqı həcm çəkisinə əsasən hesablanacaqdır.Hər hansı bir uzunluq gösətiricisi 60 sm və daha çox olan bağlamaların daşınma haqqı həm həcm çəkisi, həm də fiziki çəkisi hesablanacaq, hansı çəki göstəricisi daha çox olarsa, daşınma haqqı o çəki əsasında hesablanacaqdır.

Hesablanma qaydasını nəzərinizə çatdırırq.

En (sm) x Uzunluq (sm) x Hündürlük (sm)/6000 = Həcm çəkisi (kq)

 

12. Sifariş anbara təhvil verilib sadəcə sistemdə əks olunmur, nə etməliyəm?

Bağlamalar Türkiyə daxili kargoya verildikdə saytımızda bəyan edilməlidir. Bağlama düzgün bəyan edildiyi təqdirdə 48-72 iş saatı ərzində xarici anbar statusu alır. Qeyd olunan zaman ərzində bağlamanız sistemdə əks olunmadıqda bağlamanın teslimat detaylarını bizə sosial media üzərindən və ya [email protected] mail adresinə sorğu yönəldərək araşdırılmasını tələb edə bilərsiniz.

 

13. Bağlamalar nə qədər müddətə Bakı ofisinə daxil olur ?
Bağlamalar çərşənbə və şənbə günləri həyata keçirilən reyslərlə göndərilir. Bağlamalar  Azərbaycana göndərildikdən sonra 3-5 iş gün ərzində çatdırılır. Bağlamalar təhvilə hazır olan zaman Şəxsi hesabınızda “Bakı ofisindədir” bölməsində əks olunur və müştərilərə SMS bildirişi göndərilir.



14.Bakı anbarında bağlamaların saxlanma müddəti nə qədərdir?
Bakı ofisində bağlamalar anbarda 15 gün ödənişsiz olaraq saxlanılır. 15 gündən sonra hər gün üçün daşınma haqqının 3%-i hesablanır. Anbarda saxlamayla bağlı ödəniş miqdarı minimum 0.20 AZN təşkil edir.

 

15. Geri qaytarma xidmətinin ( "İade") qaydaları

Şirkətimiz bağlamaların geri qaytarma xidməti təklif edir.Xidmət qaydalarını nəzərinizə çatdırırıq: Dynamex Express şirkəti "Mənim üçün Sifariş Et" xidməti ilə əldə edilən məhsullları tam ödənişsiz geri qaytarılmasını həyata keçirir. Dynamex Express şirkəti vasitəsi ilə yalnız daşınması həyata keçirilən bağlamaların qaytarılması isə ödənişli əsaslarla həyata keçiriləcəkdir. Qaytarılma tarifi daşınma tariflərinə görə bağlamanın çəkisi əsasında müəyyən edilir. 

Şərtlər: 

Bağlama yalnız səhv məhsul göndərilən zaman, məhsul zədəli, qüsurlu (Qüsur ofisdə aşkarlanmalıdır.) olduqda, rəngi və ya ölçüsü səhv gələrsə, geri qaytarılır. 

Qeyd: Bağlama geri qaytarılma üçün Bakı ofisinə daxil olduğu gündən etibarən növbəti 2 iş gün ərzində məhsul ofisi tərk etmədən yoxlanılarsa və yuxarıda qeyd edilən hallardan biri aşkarlanarsa, faktura sənədi ilə qəbul olunur. 

Yuxarıda qeyd olunan şərtlərə əməl olunmazsa, bağlamaların satıcıya geri göndərilməsi həyata keçirilmir.Geri qaytarılma yalnız satıcı mağazanın qaytarma şərtləri daxilində həyata keçirilir.


16. Bağlamanın daşınma haqqının ödəmə üsulları :
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə Dynamex.az saytından onlayn, ofisdə nağd və ya POS-terminal vasitəsi ilə həyata keçirilə bilər.


17. TL və Dollar (USD) balansı fərqləri nədir?
TL balansı "Mənim üçün sifariş et" xidmətindən istifadə etmək istəyən müştərilərin  saytımıza yerləşdirdikləri linklərdə qeyd olunan məhsulların ödənişinin edilməsi üçündür.USD balansı daşınma haqqı və kuryer sifarişlərinizin ödənişinin edilməsi üçündür. Qeyd edək ki, daşınma haqqı həm nağd həmçinin onlayn olaraq yerinə yetirilə bilir.Həmçinin bu balanslar arasında transfer mümkün deyildir. Balansınızda olan pulun geri qaytarılması üçün isə [email protected] mail adresinə sorğu ünvanlamanız tələb olunur.


18. 300 dollar limiti nədir ?
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.Xahiş edirik, sifariş verərkən diqqətli olun!


19. Problemlərlə bağlı mail ünvanına yönləndirilən məsələlər neçə müddətə həll edilir?
Mail vasitəsi ilə problemli şöbəyə yönləndirilmiş məsələlər 2 həftə- 1 ay ərzində araşdırılıb, həll edilir.Daha sonar müştərilərə geri dönüş edilir.


20.Bağlama birləşdirilməsi xidməti mövcuddurmu?
Hal-hazırda bağlamaların çəkisi standart tariflərə uyğun olaraq hesablanılır.Bağlamaların birləşdirilməsi xidməti mövcud deyil.