Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Bu yay nələr dəbdə olacaq?
10.06.2020Bu yay nələr dəbdə olacaq?
Öz stilini modadan ayırmayan qadınlar artıq indidən yay trendlərini araşdırmağa başlayıblar. Nələr dəbdən düşəcək və nələr bu yay dəbdə olacaq sualları yavaş-yavaş öz cavabını tapmağa başlayıb. Podiumlardan çıxıb qarderoblarınıza girəcək 2020 yaz-yay trendlərini sizlər üçün araşdırdıq. Dəblə ayaqlaşmaq və trendləri qaçırmamaq üçün daha münasib qiymətə istədiyiniz geyim növünü Dynamic Express ilə Türkiyədən online sifariş edə bilərsiniz.
Bloqumuzda tanış olacağınız trendlər:
-
Şortsuz yay olar?!
-
Yay və Qara?!
-
Hər yer noxudu printli!
-
Gözlər qamaşır!
-
Qollar qısa!
-
Təbiətlə addımla!
-
Cinslər geri dönür!
-
70lərə hörmətlə!
-
Pambıq kimi!
Şortsuz yay olar?!
Yay yalnız bikini və gözlüklərdən ibarət deyil. Mövcud vəziyyət bitdikdən sonra gedəcəyimiz yerlər haqqında xəyal qurarkən geyinəcəyimiz və almağımız lazım olan paltarları düşünməyi unutmayaq. Və ən əsası, bermuda şortları da bu siyahıya daxil edək. 2020-ci ilin trendlərinə daxil olan bermuda şortlar dizdən müəyyən uzunluqda aşağı və ya yuxarı və diz boyu şortlardır. Mövsüm endirimlərindən yararlanaraq Hepsiburada.com saytından zövqünüzə və dəbə uyğun bermuda şortlarını sərfəli qiymətə Türkiyədən online sifariş edə bilərsiniz.
Bununla yanaşı, qısa bol ətək şortlar da dəbdən düşməmiş, rahat gəzə, qaça və rəqs edə bilməniz üçün bu yayın trendlərində yer almışlar.
Yay və Qara?!
Siz də belə düşünənlərdənsiniz? Elə isə diqqətlə oxuyun, bəli, bəli, 2020 yaz-yay trendlərinə daxil olan parçalardan biri də qara rəngli geyimlərdir. Bu yay üçün “Black is the new White” desək heç də yanılmarıq. Qara rəngin hər nə qədər yay üçün idel olmadığı düşünülsə də, nəfəs alan fərah parçalar ilə önümüzdəki yay qara rəngin hakimiyyəti ilə keçəcək.
Hər yer noxudu printli!
Qarderobunuzda yer açmanız gərəkən digər geyim növü noxudu printli, xallı və ya “puantiyeli” adlandırdığımız parçalardır. Noxudu printlərin hər daim var olduğunu bilirik, payız-qış dönəmində də olduqca trend olan bu naxışlar yaz-yay mövsümündə də bizlərlə olamağa davam edəcək! Bəziləri üçün gözalıcı olan, bəzilərinin isə heç cür zövqünü oxşamayan xallı geyimlər bu yay çoxunun qarderobundan öz yerini tutacaq.
Gözlər qamaşır!
Əgər soruşsanız ki, bu yay hansı rənglər dəbdədir? Cavabımız: “Mənə bax rəngləri” olardı. Beləliklə, yay boyunca hətta mövsümün sonunda da neon rəngləri görməyə indidən hazır olmaqda fayda var. Bacardığınız qədər canlı rənglərə yer verməyə çalışın, bunun sayəsində dəbə və trendlərə uyğun kombinlər hazırlamaq sizin üçün su içmək qədər sadə olacaq.
Bloqumuzu oxuduqca ağlınızdakı kombinlərin kifayət qədər çox olduğunu bilirik. Neon geyimləri münasib qiymətə əldə etməniz üçün Trendyol online sifariş saytında sizlər üçün bu kateqoriyaya aid məhsulları bir araya yığdıq. Daxil olub zövqünüzə uyğun kombini özünüz yarada bilərsiniz. Xanımlar, bu yay da şans sizdən yanadır, geyiminizlə bütün gözləri öz üzərinizə çəkəcəksiniz!
Qollar qısa!
Özünə xas kombinləri ilə xariqələr yaradan xanımlar, 2020 yay kombinlərinə qolu qısa jiletləri də əlavə edin! Yaz və yay boyu dəbdən düşməyən dəri, cins, smokinq və retro üslubda gödəkçələr daima parlaq bir görüntü sərgiləmənizə kömək olacaq. Jilet seçimlərinizi uyğun şalvar, ətək və köynəklərlə kombinləyə bilərsiniz.
Təbiətlə addımla!
Ana təbiətin gözəlliyindən ilhamlanan stilistlər 2020 yaz-yay kolleksiyalarında tropik yarpaqlardan ekzotik çiçəklərə qədər bütün floraya yer veriblər. Bu sizə hətta şəhərdə də özünüzü təbiət qoynunda hiss etmək imkanı yaradacaq.
Cinslər geri dönür!
Dar cinslər tarixə gömülsə də gündəlik cinslər yamaqları, cırıqları, güpürləri və bir çox başqa elementlər ilə 2020 yaz-yay dəb trendləri arasında özünə yer tapır. Cins dedikdə ağıllara yalnız cins şalvarlar gəlməsin, bu trendə cins paltarlar, ətəklər, jaketlər, köynək və hətta çantalar da daxildir. Videodan fərqli brendlərin 2020 yaz-yay cins podiyum geyimlərini izləyə bilərsiniz.
70-lərə hörmətlə!
Hər mövsümdə olduğu kimi 2020 yay mövsümündə də 70-lər öz sözünü deyəcək. Hər il bir əvvəlkindən daha çox dəbdə olan, əsla trendlərdən düşməyəcək parçalar arasında yer alan 70lər bu yay azad ruhlu qadınların görünüşünü yansıtacaq. 70lərə aid dəstlər sanki keçmişə aid deyil də vitrinlərdə ilk dəfə görülmüş kimi məşhur olacaq. Odur ki, bu yay şəhərdə özünüzü 70-ci illərdəki kimi hiss etsəniz, təəccüblənməyin.
Pambıq kimi!
Hər kəsin qarderobundan ən az bir dənə ağ rəngli geyim olur. Çünki qadınlar ağ rəngin həm saflığı, həm də yetkinliyi təmsil etdiyinə düşünürlər. Əslində yay fəslində ağ rəngin dəbdə olduğu heç də təəccüblü deyil. Lakin bu dəfə əlavə olunan əl əməyi, göz nuru dantel və ya krujeva detallar ağ parçaları hər ortama uyğunlaşdırmağa kömək edəcək.
Təbii ki, bəzi 2020 yaz-yay trendləri sizi məmnun etməyə bilər, zövqlər fərqlidir və mübahisə mövzusu olmamalıdır. Lakin trendlər haqqında müəyyən fikirlərə sahib olmaq sizi daha uğurlu kombinlərə apara bilər. Trendləri araşdırmaq üstəlik bir-bir mağazaları gəzib istədiklərinizi tapmaq sizə çox vaxt alıcı və çətin görünürsə, siz online seçin, sifariş edin, Dynamic Express çatdırsın!
Hələ bu harasıdır?! Üstəlik, sizlər üçün online mağazaları da araşdırmışıq, hansı kateqoriyaya aid məhsulu ən yaxşı hansı saytdan əldə etmək mümkün olduğunu bilmək üçün digər bir blogumuza klikləyərək məlumat ala bilərsiniz!
Və son olaraq, aşağıdakı videodan Versace brendinin 2020 yaz-yay moda nümayişini izləyə bilərsiniz, izlədikcə sadaladığımız trendlər artıq sizə tanış gələcək.
Bizdən hələki bu qədər, indi isə söz sizdədir. Bəs siz hansı trendi daha çox bəyəndiniz, hansını özünüzə yaraşdırırsınız? Cavablarınızı gözləyəcəyik, xanımlar!