Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Etibarnamə nədir və necə yazılır? – Dynamex.az

Etibarnamə nədir və necə yazılır? – Dynamex.az

03.04.2021

Eibarnamə nədir? Bağlamanı digər şəxs təhvil ala bilərmi? Elektron etibarnamə necə yazılır? Türkiyədən necə sifariş etmək olar?

 

Etibarnamə yazma qaydası | Etibarname nedir | Elektron etibarname telimat | Online etibarname | Asan etibarname | Turkiyeden sifaris

 

Etibarnamə nədir?

Etibarnamə hər hansı bir işin icrasını bir nəfərin başqa bir nəfərə etibar etdiyini bildirən sənəddir. Türkiyədən sifariş etdiyiniz bağlamanı asanlıqla yaxın tanışınız gəlib təhvil ala bilər.

 

Bağlamanı başqası mənim yerimə götürə bilərmi?

Müştərilərin məlumatları və bağlamaları bizim tərəfimizdən qorunduğu üçün faktiki olaraq mümkün deyil. Lakin siz yaxın tanışınızın adına etibarnamə yazaraq asanlıqla bağlamanızı başqasının təhvil almasına icazə verə bilərsiniz.  Bunun üçün siz karqo şirkətinin saytında həmin şəxsə onlayn qaydada etibarnamə yazmalısınız. Bu proses 2 dəqiqədən uzun çəkmir. Türkiyədən sifarişiniz anbarımıza çatdığı zaman həmin şəxs sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə bağlamanı təhvil ala bilər.

 

Elektron etibarnamə necə yazılır?

Etibarnamə yazılması 2 dəqiqədən uzun sürməyən sadə bir prosesdir. Bunun üçün dynamex.az saytında Hesabım bölməsinə daxil olun. Açılan səhifədə Etibarnamələr  bölməsinə klikləyin. “Yeni etibarnamə” yazısının üzərinə klikləyin və görünən xanaları aşağıdakı qaydada dolurun.

Etibarnaməni verəcəyiniz şəxsin:

  • Adı, soyadı
  • Ata adı
  • Telefon nömrəsi (işlək nömrə olması gərəkdir.)
  • Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi. Misal 1. AZE096000 (köhnə nəsil vəsiqə). Misal 2. AA1610000 (yeni nəsil vəsiqə).
  • Şəxsiyyət vəsiqəsinin FİN kodu - Şəxsiyyət vəsiqəsinin üzərindəki ən aşağıdakı son 1 reqemden əvvəlki 7 hərf və rəqəmlərdir. Yeni nəsil vəsiqələrdə ayrıca qeyd olunur.
  • Doğum tarixi
  • Qeyd – Bu hissədə əlavə bildirmək istədiyiniz qeydlərinizi yaza bilərsiniz.(istəyə bağlı)

Ən sonda “yadda saxla” deyərək etibarnaməni yarada bilərsiniz. Etiarnaməsini yaratdığınız şəxs Dynamex anbarına yaxınlaşa və bağlamanı asanlıqla təhvil ala bilər.

 

Türkiyədən necə sifariş edə bilərəm? – Türkiyədən sifariş

Son illərdə Azərbaycanda alış-verişi onlayn etməyə üstünlük verənlərin sayı bir neçə dəfə artıb. Daha çox Türkiyə saytlarına üstünlük verən dəyərli müştərilərimiz sifarişlərini Bakı və Gəncə anbarında təhvil ala bilirlər. Türkiyədən sifariş adlı məqaləmizdə sizə özəl sifariş taktikalarını qeyd etmişik.