Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Tonik nədir və Türkiyədən tonik çeşidlərinin sifarişi

Tonik nədir və Türkiyədən tonik çeşidlərinin sifarişi

11.01.2024

"Yayda üz dərisinə qulluq" bloqumuzu oxuyanlar az da olsa toniklər ilə tanışdırlar, artıq toniklərin cild baxımındakı vacib rolunu az-çox bilirsiniz. Bu bloqumuzda isə sizlər üçün sözün əsl mənasında qızıl xırdalamışıq. Üz təmizləmə prosesinin əvəzolunmaz, heç vaxt unudulmaması gərəkən mərhələlərindən biri olan toniklərdən istifadə artıq vərdişinizə çevriləcək. Hətta üz dərisinə olan faydalarını oxuduqca bu vaxta qədər istifadəsini gecikdirdiyinizə və ya ümumiyyətlə istifadə etmədiyinizə görə heyifislənəcəksiniz.

Bloqumuz bir neçə hissədən ibarətdir:

Tonik nədir?

Tonik nə zaman istifadə olunur?
Tonik hansı bölgələrə tətbiq olunur?
Tonik necə istifadə olunur?
Tonikin dəriyə faydaları nələrdir?
Tonikləri necə və nəyə əsasən seçmək lazımdır?
Tonik nədir?

Tonik nədir?

Sağlam, parlaq və gözəl dəriyə sahib olmaq üçün əlimizdən gələni edirik. Müxtəlif dəriyə qulluq məhsullarından tutmuş ən keyfiyyətli makiyaj vasitələrinə qədər bir çox şeydən istifadə edib dərimizin daha cavan qalmasını təmin etməyə çalışırıq. Bəs bilirik ki, ən əsas qulluq səhər və axşam üz dərimizi düzgün təmizləməkdir?
Tonik dərinin təmizlənməsində böyük rol oynayır, lakin təəssüf ki, hələ də bir çox qadının üz təmizləmə prosesində yer almır. Bəs tonik nədir deyə soruşsanız, cavabımız çox sadədir. Tonik su kimi görünən və su kimi davranan, lakin hidrogen və oksigendən daha artığı ilə zəngin olan mayedir.
Tarixən toniklər sabundan sonra üz dərisinin pH yəni, turşu və qələvi balansını qorumaq üçün istifadə olunmuşdur. Ancaq illər keçdikcə tərkibi daha da zənginləşdirilmiş və bloqumuzun digər bölməsində sadalayacağımız faydalarına görə dəriyə qulluq vasitəsinə çevrilmişdir.
Tonik nə zaman istifadə olunur?

Tonik nə zaman istifadə olunur?

Tonikin üz təmizləmə prosesinin son mərhələsi olduğunu qeyd etmişdik. Deməli, ilkin mərhələlər olaraq üz əvvəl makiyaj təmizləyici vasitə ilə silinir, sonra ilıq su ilə yuyulur. Bu prosesdən dərhal sonra nəmləndirici kreminizi və ya serumunuzu üzünüzə çəkməyə tələsməyin! Çünki üz təmizlənmə prosesi hələ bitməyib.
Beləliklə, üzünüzü yuduqdan dərhal sonra tonikdən istifadə etməyiniz vacibdir. Krandan istifadə etdiyimiz suyun tərkibində dərinin qıcıqlanmasına, dartılmasına səbəb olan pas, xlor və ya digər ziyanlı maddələr ola bilər, bu səbəblə üz ilıq su ilə yuyulduqdan dərhal sonra tonikdən istifadə məsləhət görülür.
Bundan əlavə tonik üz dərisi su ilə yuyulduqdan sonra dəridə qalan makiyaj, tonal kremi və kir qalıqlarını təmizləməyə kömək olur. Bu isə o deməkdir ki, toniksiz dəri hələ nəmləndirici kremə və ya seruma tam hazır deyil. Deməli, tonik mütləq şəkildə üz yumadan sonra və nəmləndiri krem və ya serumdan əvvəl üzə çəkilməlidir.
Tonik hansı bölgələrə tətbiq olunur?

Tonik hansı bölgələrə tətbiq olunur?

Üzümüzdə U-bölgə və T-bölgə adlanan nahiyələr var. U-bölgə dedikdə yanaqlar və çənə hissəsi nəzərdə tutulur. Bu hissələr adətən quruluğa, qıcıqlanmaya və dartılmaya daha çox meyillidir. T-bölgəsi dedikdə isə üzümüzün alın və burun hissəsi başa düşülür. Bu nahiyə digərinə nisbətən daha yağlı olur.
Tonikin istifadəsini U-bölgəsindən başlayaraq, T-bölgəsində davam etdirib və ən sonda boyun nahiyəmizi masaj edərək bitirmək lazımdır. U-bölgəsi daha quru olduğundan toniki ilk həmin nahiyəyə tətbiq edirik sonra üzün digər hissələrinə keçid edirik.  Əsas şərtlərdən biri isə boyun nahiyəsini unutmamaqdır.
Tonik necə istifadə olunur?

Tonik necə istifadə olunur?

Beləliklə, nədir, nə zaman və hansı nahiyələrdə istifadə olunur öyrəndik. Bəs toniki üz dərimizə necə, hansı yollarla tətbiq edək? Bu sualın bir neçə cavabı var və bu o deməkdir ki, hər kəs özünə rahat və uyğun üsulu seçərək toniki üzünə və boynuna tətbiq edə bilər.
Birinci üsul pambıq disklərdən istifadə etməkdir. Pambıq diskləri tonikdə isladaraq əvvəlki bölmədə qeyd etdiyimiz formada üzümüzə tətbiq edirik.
İkinci üsul təmiz barmaq uclarımızdan istifadə edərək toniki birbaşa masaj hərəkətləri ilə üzümüzə tətbiq etməkdir. Tonik dərinizə hopana qədər masaja davam etməniz məsləhətlidir.
Son üsul isə tonikin qablaşdırılmasından asılıdır. Sprey formasında qablaşdırılmış tonikləri çox rahatlıqla üzünüzə və boynunuza sıxa bilərsiniz. 
Tonikin dəriyə faydaları nələrdir?

Tonikin dəriyə faydaları nələrdir?

Yəqin ki, hər hansı bir məhsul haqqında oxuduqda hər bir məlumat maraqlı olsa da ən çox diqqəti cəlb edən və ən vacib nüanslardan biri məhsulun faydalarıdır. Cildə faydaları ilə zəngin toniklər başlıca olaraq bir neçə xüsusiyyəti özündə daşıyır.
a) PH balansını tənzimləyir:
Adətən krandan istifadə etdiyimiz su və ya sabunlar üzümüzün pH balansını pozur. Toniklər dərimizin turşuluq balansını tarazlaşdıraraq daha canlı və hamar bir görünüş yaratmasına imkan verir. Bundan əlavə vaxtından əvvəl qırışların əmələ gəlməsinin də qarşısını alır.
b) Məsamələri kiçildir:
Üzdə olan məsamələr kirin, yağın və toksinlərin daha rahat şəkildə dəriyə daxil olmasına imkan yaradır. Toniklər isə üzdəki məsamələri sıxlaşdıraraq bu prosesə mane olur. Beləliklə üz dəriniz həm də ətraf mühitin zərərli elementlərindən qorunur.
c) Sızanaqları azaldır:
Üzün yağlılığını və ölü hüceyrələrini aradan qaldıraraq ləkələrin və sızanaqların miqdarını azaltmağa kömək edir.
d) Dərini nəmləndirir və qidalandırır:
Bəzi toniklərin nəmləndirmə xüsusiyyətləri var. Toniklər dərini nəmləndirərək daha gənc görünməsinə səbəb olur. Bundan əlavə qidalandıraraq dərinin elastikliyini və hamarlığını artırır.
 Tonikləri necə və nəyə əsasən seçmək lazımdır?

Tonikləri necə və nəyə əsasən seçmək lazımdır?

Hər kəsin özünə xas cild tipi olduğunu bilirik. Və buna görə də bütün cild tiplərinin eyni məhsulu istifadə etməsi düzgün olmazdı. Toniklər də digər üz baxım məhsulları kimi müxtəlif cild tiplərinə uyğun olaraq, onların əsas xüsusiyyətləri, problemləri nəzərə alınaraq hazırlanır. Bu yazımızı oxuduqdan sonra öz dərinizə uyğun toniki rahatlıqla seçə biləcəksiniz.
Yağlı və sızanaqlı cildlər əsasən məsamələri təmizləyən, yağ balansını tənzimləyən maddələrlə zəngin toniklərdən istifadə etməlidir. Çay ağacı yağı, AHA və salisilik turşusu daxil olan toniklər yağlı və sınanaqlı dərilər üçün məsləhətlidir.
Quru dəri adlandırdığımız dəri tipinin əsas problemi quruluq, qabıqlanma olduğu üçün bu cildlər nəm dərəcəsini artıran, daxilində E vitamini, qızılgül suyu, hialuron turşusu olan toniklərə üstünlük verməlidirlər.
Həssas dərilər əsasən qıcıqlanmadan əziyyət çəkdiyi üçün sakitləşdirici xüsusiyyətlərə malik toniklər onlar üçün əvəzolunmazdır. Çobanyastığı ekstraktı və aloe vera ilə zəngin toniklər dərinin qıcıqlanmasını azaldacaq, canlanmasını təmin edəcəkdir.
Ümid edirik, bu yazımızı oxumaqla toniklər haqqında bir çox suallarınıza cavab tapdınız. Və ən əsası, tonikdən istifadənin cild baxım prosesində unudulmaması vacib mərhələ olduğunu öyrənmiş oldunuz. Artıq öz dərinizə uyğun tonik seçə bildiyinizə görə Türkiyənin onlayn alış-veriş saytlarından sizlər üçün bir araya yığdığımız toniklərdən cildinizə uyğun olanı sərfəli qiymətə Dynamix Express-ə daxil olub sifariş edə bilərsiniz!
ilə sifariş edə bilərsiniz!

Sizin üçün seçdiyimiz en yaxsi kosmetika firmalardan bəzi tonik məhsulları:

Yağlı dərilər üçün: The Purest Solutions Tonik
Quru dərilər üçün: Celenes Cloudberry Tonik
Hər dəri tipi üçün təmizləyivi: The Purest SolutionsTonik
Vitamilə bəsləmək üçün: Frudia green grape Pore Control Tonik
Qızılgüllü  təmizləyici tonik: Bee Beauty Organik Tonik