Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Dynamex.az - Həcm çəkini 1 metrəyə qaldırdı!

Dynamex.az - Həcm çəkini 1 metrəyə qaldırdı!

31.08.2022

Hörmətli müştərilər, istəklərinizi nəzərə almağa davam edirik. 
Bu dəfəki şad xəbərimiz Həcm-çəki hesablaması ilə bağlıdır. 

Beləki, kampaniya çərçivəsində Türkiyə anbarımıza 
daxil olan bağlamalarda həcm çəkisinin 
hesablanmasını 1 metrə qaldırdıq! Bağlamanın hər hansı bir tərəfi ( Uzunluq, Hündürlük, En) 100 sm və ya 100 sm keçərsə, bu zaman bağlama həcmi çəki ilə hesablanacaq. Nəzərinizə çatdıraq ki, Amerika bağlamalarında isə uzunluğu  80 sm-dən yuxarı olduğu təqdirdə çatdırılma ödənişində həcm çəkisi də nəzərə alınır.

Qaydalara əsasən bağlamanın fiziki və həcm çəkisi ölçülür, kq olaraq hansı daha çox olarsa, çatdırılma ödənişi ona əsasən hesablanır.

Kampaniyamız 31 avqust tarixindən, 10 noyabr tarixinədək davam edəcək.