Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Günəş kremi alanda nəyə diqqət etməliyik?

Günəş kremi alanda nəyə diqqət etməliyik?

18.07.2024

Yay mövsümü gəldi! Xoş günəş vannası qəbulundan həzz almağı səbirsizliklə gözləyirik. Lakin günəşin zərərli şüalarından qorunmaq günəş vannası qəbul etmək qədər vacibdir. Burada isə günəşdən qoruyucu vasitələr işə düşür. Bəs, günəş kremi alarkən nələrə diqqət etməliyik?

 

Günəşdən qoruyucu krem ​​seçərkən nəzərə alınmalı ən vacib amillər bunlardır:

 

1. Günəşdən qorunma faktoru (SPF): SPF günəş kreminin UVB şüalarını nə qədər yaxşı blok etdiyini göstərir. Dərinizin tipinə və günəşdə qalma müddətinə uyğun olaraq SPF seçmək vacibdir. Açıq dərili insanlar üçün ən azı 30, tünd dərili insanlar üçün isə ən az 15 SPF qoruyucu faktoru olan günəş kremi seçməlisiniz.
 
2. Geniş spektrlı qoruma: Günəş kremi həm UVA, həm də UVB şüalarından qorumalıdır. UVA şüaları dərinin yaşlanmasına və qırışların yaranmasına səbəb olur, UVB şüaları isə günəş yanığı və dəri xərçənginə səbəb ola bilər. Geniş spektrli qoruma təmin edən günəş kremləri hər iki şüa növünə qarşı qoruyur.
 
3. Dəri tipinə uyğun seçim: Günəş kremləri yağlı, quru, həssas və ya qarışıq dərilər üçün müxtəlif formulalarda istehsal olunur. Dərinizin tipinə uyğun olmayan günəş kremindən istifadə etmək dərinin qıcıqlanmasına və yağlanmasına səbəb ola bilər. Dərinizin yağlı olması günəşdən qoruyucu kremlərdən istifadə etməməyiniz demək deyil. Yağsız və ya gel formulalı günəş kremlərinə üstünlük verə bilərsiniz
 
4. Suya davamlılıq: Əgər gün ərzində su ilə təmasda çox olursunuzsa, suya davamlı günəş kremi seçmək vacibdir. Suya davamlı günəş kremləri su ilə təmasda belə dərini qorumağa davam edir . Suya davamlılıq dərəcəsi isə 40 dəqiqə və ya 80 dəqiqədir.
 
5. Tərkibi: Günəşdən qoruyucu vasitələrdə olan bəzi kimyəvi maddələr dərinin qıcıqlanmasına və allerqik reaksiyalara səbəb ola bilər. Xüsusilə həssas dərili insanlar tərkibində paraben və oksibenzon olmayan günəş kremlərinə üstünlük verməlidirlər.
 
6. İstifadə müddəti: Günəş kremlərinin də son istifadə tarixləri mövcuddur. İstifadə müddəti bitmiş günəş kremləri qoruma təmin edə bilməz. Günəş kremi alarkən son istifadə tarixini yoxlamağı unutmayın.
 

Həmçinin bilməniz gərəkənlər:

 

  • Günəş kremi küçəyə çıxmazdan 20 dəqiqə əvvəl çəkilməli və hər 2 saatdan bir təkrar çəkilməlidir.
  • Günəş kremini bol miqdarda sürün və bütün dərinizi örtdüyündən əmin olun.
  • Günəş kremini təkcə üzünüzə deyil, boynunuza, qulaqlarınıza, əllərinizə və ayaqlarınıza da sürməyi unutmayın.
  • Günəşli havada geniş kənarlı papaq və gün eynəyindən istifadə edin.
 
Günəşdən qoruyucu kremlərdən istifadə dəri xərçəngi riskini azaltmaqda ən mühüm amillərdən biridir. Düzgün günəş kremi seçərək, müntəzəm istifadə etməklə özünüzü günəşin zərərli şüalarından qoruya bilərsiniz.
Dynamexlə sifariş edin, sağlamlığınızın qeydinə qalın!
 
Dynamex ilə sifariş vermək üçün hesabınıza daxil olun və ya yeni profil yaradın.
Dynamic Express mobil tətbiqləri: Google PlayAppStore
Dynamex sizə xoş alış-veriş arzu edir!