Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

H&M-dən Azərbaycana çatdırılma və sifariş – Dynamex.az

H&M-dən Azərbaycana çatdırılma və sifariş – Dynamex.az

07.04.2021

Türkiyədən Azərbaycana H&M məhsulları sifariş etmək mümkündürmü? Türkiyədən Azərbaycana H&M sifarişi nəyə görə sərfəlidir? Geyim markası H&M-dan necə sifariş etmək olar? hm.com-dan Azərbaycana ödəniş və çatdırılma şərtləri necədir?

 

H&M | H&M turkiyeden sifaris | H&M türkiye | H&M online alışveriş | H&M sifaris | H&M kargo | H&M Azerbaycan | H&M Azerbaijan | H&M Gence | H&M Baki | H&M catdirilma | H&M Dynamex.az

H&M paltar sifarisi | H&M endirim | H&M yay geyimleri | H&M boyuk beden geyim sifarisi |

 

H&M markası haqqında qısa məlumat

H&M 1947-ci ildə Erling Persson tərəfindən İsveçin Vasteras şəhərində qurulmuşdur. Firmanın ilk adı Hennes idi, bu da "qadınlara xitab" kimi bir məna daşıyırdı. Çünki o dövrdə marka yalnız qadın geyimləri satırdı. Bununla birlikdə, 1968-ci ildə markaya ov geyimləri satan Mauritz Widforss markası daxil edildi və markanın adı H&M olaraq dəyişdirildi. H&M bununla həm kişilər, həm də qadın geyimlərini satan bir geyim markası oldu və beləliklə şirkəti beynəlxalq bazara açdı.

 

Türkiyədən Azərbaycana H&M məhsulları sifariş etmək mümkündürmü?

H&M markasının dünyanın xeyli ölkəsində mağazası var. H&M markası hal-hazırda Azərbaycana birbaşa çatdırılma etmir. Lakin siz hər hansı ölkəyə səyahət etmədən istədiyiniz H&M məhsulunu kargo şirkəti vasitəsilə sifariş edə və qapıya çatdırılma xidmətimizdən yararlana bilərsiniz. Örnək məhsullar:

H&M gecelik | H&M elbise | H&M Sweatshirt’ler & Kapüşonlular | H&M Gömlekler & Bluzlar | H&M Ceket & Kaban | H&M Hırka & Kazak | H&M Pijama & Ev Giyim | H&M İç Çamaşırı | H&M Ayakkabı | H&M Aksesuar | H&M Spor Giyim | H&M Basic | H&M Ceket | H&M Pantolon | H&M Jean | H&M Tulum & Şort tulum | H&M Etek | H&M Şort | H&M Plaj kıyafetleri | H&M Çorap & Külotlu Çorap | H&M Hamile Giyim | H&M Büyük Beden. Siz  hm.com-dan istədiyiniz məhsulu sifariş edə bilərsiniz.

 

H&M məhsullarının Türkiyədən sifarişi nəyə görə sərfəlidir?

Hazırda H&M brendinin ölkəmizdə mağazası yoxdur. Əminliklə deyə bilərik ki, burada mağaza olsaydı belə qiymətlərdə ciddi fərq olduğunu görəcəkdiniz (digər brendlərdə olduğu kimi). Dünya brendi H&M məhsullarını Azərbaycana kargo şirkəti vasitəsilə sərfəli yolla gətirə bilərsiniz.

 

hm.com-dan sifariş qaydası

1-ci yol: “Mənim üçün sifariş et” xidməti

Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin və “Sifariş et” səhifəsinə keçid edərək aşağıdakı təlimatlar üzrə xanaları doldura bilərsiniz.

Məhsulun linki = hm.com saytında bəyəndiyiniz məhsulun keçid(URL) bağlantısı

Məhsulun sayı = bəyəndiyiniz H&M məhsulunun ədədi sayı

Məhsulun qiyməti = almaq istədiyiniz məhsulun hm.com-dakı qiyməti(Türk lirəsi olaraq qeyd olunur)

Türkiyə daxili karqo = bu xananı boş qoya bilərsiniz. Əgər siz yuxarıda məhsulun linkini yazmısınızsa, bu xananı doldurmaya bilərsiniz.

Məhsulun detalları = Bu hissəyə məhsulun rəngi, ölçüsü və ya xarakteriskalarını yaza bilərsiniz.(İstəyə bağlı)

Ən sonda “Sifariş et” düyməsinə klikləyirsiniz. Açılan pəncərədə hm.com-dan sizin üçün alacağımız məhsulların sıralamasını görəcəksiniz. Burada “İstifadəçi şərtləri” düyməsini işarələyir və daha sonra bütün məhsulları seçərək “Ödəniş et” düyməsinə klikləyirsiniz.

Açılan pəncərədə “Tek Çekim” bölməsini kliklədikdən sonra aşağıdakı təlimatlar üzrə xanaları doldurursunuz.

Kart üzerindeki Ad, Soyad =  Bank kartınızın ön hissəsində yazılan ad və soyad. Misal: HUSEYN SULEYMANOV

Kart Numarası = Ön hissədə qeyd olunan 16 rəqəmli hesab nömrəsi. Misal: 1234 5678 9101 1121

Kart Son Kullanma Tarihi = Ön hissədə qeyd olunan ay və tarix. Misal: 12/21

CVV Güvenlik Kodu = Bank kartınızın arxa hissəsində yazılan 3 rəqəmli kod.

Yuxarıdakı məlumatların yazılması uğurla tamamlandıqdan sonra sifarişiniz qeydə alınır və biz bağlamanı ən qısa zamanda Dynamex filialına gətiririk və bu barədə sizi məlumatlandırırıq.

 

2-ci yol: hm.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et

Əgər 1-ci yol ilə sifarişinizi tamamlamısınızsa, bu əməliyyata ehtiyacınız yoxdur.

Siz hm.com saytına daxil olaraq özünüzə hesab yaradırsınız. Hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Bundan sonra siz dynamex.az şəxsi hesabınızda aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.

Tracking İD = H&M-dən sizə təqdim olunan izləmə kodu

Mağazanın adı = H&M

Kateqoriya = hm.com-dan sifariş etdiyiniz məhsulun növü. Misal: Sütyen

İnvoys qiyməti = hm.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət

İnvoys yüklə = H&M-dən sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.

Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)

 

Bağlamanın düzgün bəyan olunması qaydası və bəyannamə ilə bağlı bütün suallarınıza cavabı aşağıdakı video təlimatda izahlı formada tapa bilərsiniz.