Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Həftədə 7 gün uçuşla | Türkiyədən 13-15 dəfə göndəriş – Dynamex.az

Həftədə 7 gün uçuşla | Türkiyədən 13-15 dəfə göndəriş – Dynamex.az

29.01.2022

Dynamex şirkəti Türkiyədən Azərbaycana 7 gün uçuş və 13-15 göndəriş həyata keçirir. Siz Türkiyə saytlarından istədiyiniz məhsulu oturduğunuz yerdən, hər hansı mağazaya getmədən, onlayn sifariş edərək həm vaxta, həm büdcəyə qənaət edə bilərsiniz.

Nəyə görə Türkiyədən sifariş etmək sərfəlidir? Kargo neçə günə çatdırılır? Kargo şirkətinin neçə anbarı var? “Mənim üçün sifariş et” xidməti nəyə görə rahatdır? Daşınma qiymətləri necədir? Smart Customs bəyannamə necə yazılır? Smart Customs nömrəsiz qeydiyyat mümkündür?

Nəyə görə Türkiyədən sifariş etmək sərfəlidir?

İnternet mağazalarından edilən alış-verişlər müasir dövrün dadı-duzudur. Düşünsək ki, Türkiyədən alınan məhsullar maddi baxımdan qat-qat sərfəlidir, o zaman rahatlıqla deyə bilərik ki, Türkiyədən Azərbaycana onlayn sifariş sərfəlidir. Türkiyə mağazalarından alış-veriş etmək üçün Türkiyəyə səfər etməyə gərək yoxdur. Yük daşıma şirkəti sizin bağlamanızı ünvana birbaşa çatdırılma edərək gətirə bilər.

Kargo neçə günə gətirilir?

Tutaq ki, siz artıq hər hansı Türkiyə saytından öz geyiminizi, aksesuarınızı, ətirinizi, kosmetikanızı və ya digər kateqoriyada olan məhsulunuzu sifariş etmisiniz. Bu halda ilk öncə internet mağazanın məhsulu kargo şirkətinin Türkiyədəki anbarına çatdırılmasını gözləməlisiniz. Sizin bağlamanızı qəbul etdiyi zamandan etibarən kargo şirkəti 24 saat ərzində Azərbaycana gətirir. Hər hansı gecikmələri nəzərə alaraq bu müddət uzana bilər.

Ən sərfəli kargo Dynamex | Ən etibarlı kargo Dynamex | Ən sürətli kargo Dynamex | Dynamex – Tam Zamanında!

Kargo şirkətinin neçə anbarı var?

Təbriklər, siz artıq Türkiyədən sifariş etməklə bağlı bir xeyli məlumat toplamısınız. Siz hal-hazırda kargo şirkətinin Bakı (28 may, Yasamal, Xalqlar dostluğu, Əhmədli, Xırdalan, ), Gəncə. Sumqayıt, anbarından bağlamanızı təhvil ala bilərsiniz. Bakı şəhəri daxilində isə kuryer xidmətimizlə bağlamanızı filiala gəlmədən, qapınızda ala bilərsiniz.

“Mənim üçün sifariş et” xidməti nədir və nəyə görə sərfəlidir?

Saytımızda sizin üçün özəl hazırladığımız bu xidmət sayəsində sizin trendyol.com, hepsiburada.com və digər bütün Türkiyə saytlarında hesab yaratmağınıza və Türkiyə saytlarına ödəmə etməyinizə gərək yoxdur. Siz  sadəcə bəyəndiyiniz məhsulun linkini, faktiki qiymətini, ölçü və rəngini və bizim üçün qeydlərinizi yazıb, sifarişi bizə həvalə edirsiniz. Kargo şirkəti sizin əvəzinizə məhsulu al-gətir prinsipi ilə əsas anbara gətirir.

Xidmətin üstünlükləri: Ödənişsiz sığortalama, sərfəli İADE. 

Kargo qiymətləri nə qədərdir?

Daşınma xərcləri 1$-dan başlayır. Kargo qiymətləri səhifəmizə keçid edərək kargo tariflərimizlə tanış ola bilərsiniz.

Smart Customs bəyannamə necə yazılır?

Müasir dövrdə alış-verişlər etmək üçün internet mağazalar inkişaf etdiyi kimi, ölkəmizdəki gömrük də texnologiyasını inkişaf etdirməkdədir. Belə ki, siz Türkiyədən sifariş etdiyiniz hər bir bağlamanı gömrüyə aid olan Smart Customs tətbiqində bəyan etməlisiniz. Aşağıdakı videoda Smart customs bəyannamə necə yazılır, yeni bəyannamə necə əlavə edilir suallarına tam izahlı cavab mövcuddur.