Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Onlayn sifariş zamanı idman ayaqqabılarımızı necə seçək?
18.12.2020İdman ayaqqabıları müştərilərimiz tərəfindən ən çox sifariş edilənlər siyahısında ən üst pillələrdə yer alan məhsullardandır. Bu ayaqqabılar həm rahatlığa önəm verən, həm də dəblə ayaqlaşmağı sevən şəxslər üçün əvəzolunmaz bir məhsuldur. Ancaq hər kəsin düzgün və keyfiyyətli idman ayaqqabısı seçməsi heç də mümkün olmur. Bazarda bu məhsullara olan yüksək tələbatdan dolayı bir çox yerdə bu məhsulların aşağı keyfiyyətli imitasiyaları yayılmışdır və bir çoxlarının qiyməti ucuz olduğu üçün bu tərz məhsulları seçdiyi məlumdur. Bəs özümüzə uyğun ən düzgün idman ayaqqabısını necə seçə bilərik?
Düzgün idman ayaqqabısı anlayışı insandan-insana fərqlənir. Onlayn sifariş zamanı seçim etmədən öncə hansı idman növü ilə məşğul olacağınızı, harada məşğul olacağınızı və təbii ki, ayaqqabı ölçünüzü necə düzgün təyin edəcəyinizi bilməlisiniz.
Qaçış və asta qaçış kimi idmanlarla məşğul olan şəxslər üçün düzgün ayaqqabı seçimi olduqca vacib bir məsələdir. Səhv seçilən idman ayaqqabısı sizin idman fəaliyyətinizi korlaya və etməli olduğunuz idman hərəkətlərini məhdudlaşdıra bilər. Oflayn alış-veriş edərkən mağazalarda bununla bağlı sizlərə kömək edən satış nümayəndələri fəaliyyət göstərsə də, onlayn alış-veriş zamanı müştərilərin qərar verməsi bir xeyli çətinləşir. Bu səbəbdən bu yazımızda sizə məşğul olduğunuz idman növünə uyğun olaraq onlayn ayaqqabı sifarişi edərkən nələrə diqqət etməli olduğunuz haqqında ətraflı məlumat verməyə çalışacağıq.
İdman ayaqqabısı seçərkən əsas nəzərə almalı olduğumuz nüanslardan biri ayaqqabının hansı məqsədlə əldə edilməsidir. Qaçış üçün istifadə etmək məqsədi ilə alacağınız ayaqqabılarda əsas nüans ayaqqabının yumşaqlığı ikən, yüngül qaçış üçün alacağınız ayaqqabılar daha sərt olmalıdır. Eyni zamanda dağçılıqla məşğul olan şəxslər üçün də daha sərt, daha möhkəm idman ayaqqabılarının istifadəsi məqsədəuyğun hesab edilir.
İdman ayaqqabısı seçərkən idman növündən ayaq quruluşunuza qədər bir çox nüansa fikir verməlisiniz. Seçdiyiniz idman növü ilə məşğul olacağınız səthdən asılı olaraq da bu ayaqqabıların seçim kriteriyalarında fərqliliklər yaşana bilir. Futbolla məşğul olmaq üçün əsasən səthi süni vəya təbii ot olan meydanlarda sizə sürət və funksionallıq cəhətdən üstünlük gətirəcək dabanı mismarlı olan ayaqqabıların seçilməsi məsləhətdir. Bu tərz ayaqqabılar sizin süni və təbii ot səthli meydançalarda daha möhkəm dayanmanıza səbəb olacaqdır. Eyni zamanda futbol üçün ayaqqabı seçərkən ayaqqabının möhkəmliyinə və hava axınını yaxşı keçirməsinə də diqqət yetirməyiniz tövsiyyə edilir.
Basketbol üçün ayaqqabı seçərkən də diqqətli olmaq və bir çox nüansa fikir vermək lazımdır. Basketbol, əsasən, qapalı meydanlarda və sürüşkən səthlərdə oynanıldığı və sürətli qaçış, tullanma kimi hərəkətlər çox istifadə edildiyi üçün zədələnmələrin çox yaşana bildiyi bir idman növüdür. Düzgün ayaqqabının seçilməsi isə sizi bu fəaliyyətlər zamanı ayaq və bilək zədələnmələrindən qorumada ən effektiv yollardandır. Basketbol üçün ayaqqabı seçərkən ayaq biləyini möhkəm sıxan ayaqqabıların seçilməsi zədələnmələri minumuma endirmədə faydalıdır. Əgər açıq havada basketbol oynamağı planlaşdırırsınızsa, dabanı daha sərt ayaqqabıların seçimi sizin üçün daha uyğun olacaqdır.
Özünüzə və məşğul olacağınız idman növünə uyğun idman ayaqqabısı seçdikdən sonra isə istədiyiniz məhsulları Türkiyə saytlarından sifariş edib bizim vasitəmizlə Azərbaycana çatdırılmasını həyata keçirə bilərsiniz. Qeyd edək ki, Türkiyə saytlarından məhsulların Azərbaycana ən sürətli və sərfəli şəkildə çatdırılmasını Dynamic Express vasitəsi ilə həyata keçirməyiniz mümkündür.