Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
iHerb.com | Amerikadan onlayn vitamin sifarişi - Dynamex.az
05.06.2021Amerikadan vitamin sifarişi necə etmək olar? iHerb.com Azərbaycana çatdırılma edirmi? iHerb.com saytında qeydiyyatdan keçmək üçün nələr lazımdır? iHerb.com-dan Azərbaycana çatdırılma xərci nə qədərdir?
Dünyaca məşhur tibbi markalar birbaşa iHerb tərəfindən sizə təqdim olunur.
1996-ci ildə əsası qoyulan iHerb şirkəti təbii və orqanik məhsulları bütün dünyaya satış etməyi özünə məqsəd bilir. Üçüncü tərəf satıcıların saytda satış etmədiyini qeyd edən marka, bütün məhsulların birbaşa iHerb tərəfindən saxlanıldığına və göndərildiyinə əminliklə cavabdehdir.
Amerikadan vitamin sifarişi etmək mümkündürmü?
Tam əminliklə deyə bilərik ki, siz kargo şirkətinin yaxın köməkliyi vasitəsilə istədiyiniz saytdan, istədiyiniz vitamin məhsulunu sifariş edə bilərsiniz.
Bəs iHerb.com Azərbaycana çatdırılma edirmi?
Ümumi desək, Amerika saytları Azərbaycana birbaşa çatdırılma etmir. Bəzi saytlar etsə belə bu məbləğ məhsulun qiymətindən qat-qat baha olur. Lakin siz Amerikaya səfər etməyinizə gərək qalmadan, vaxtınıza və büdcənizə qənaət edərək istədiyiniz vitamin məhsulunu yerli kargo şirkəti vasitəsilə Amerikadan sifariş edə və məhsulunuzu Azərbaycanda əldə edə bilərsiniz.
iHerb.com-dan sifariş qaydası
Addım-addım təlimat: iHerb.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq iherb.com saytına daxil olun və yuxarı hissədə “Azerbaijan” ölkəsinin seçili olduğuna diqqət edin.
Nümunə:
Daha sonra qeydiyyatdan keçmək üçün iHerb qeydiyyat linkinə daxil olun. Açılan pəncərədə aşağıdakı təlimatlar üzrə xanaları doldurun.
Mobile Number = Sizin telefon nömrəniz. Misal: 551234567
Email = Aktiv e-poçt ünvanınız( məsələn: [email protected])
Country/Region = United States
Language = English
Daha sonra “Next” düyməsinə klik edin.
Password = Ən azı 6 xarakterdən ibarət gizli şifrə
Burada sadəcə “I represent that I am 18 years or older and agree to iHerb's Terms of Use and acknowledge I have read the Privacy Policy.” Xanasını işarələyin və “Create My Account” düyməsinə klik edin. Daha sonra nömrənizi 6 rəqəmli kod gələcəkdir. Onu da daxil edərək qeydiyyatınızı tamamlaya bilərsiniz.
iHerb saytında “My addresses” linkinə daxil olaraq iHerb.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nümunə:
Qeyd: Şəkildə “Huseyn Suleymanov” adı şərtidir. Sizə təqdim etdiyimiz ünvanda sizin adınız əks olunacaqdır.
Təbriklər, artıq iHerb və Dynamex hesablarınız hazırdır.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz iHerb.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda “Bəyan et” linkinə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = iHerb.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = iHerb
Kateqoriya = iHerb.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Vitamin)
İnvoys qiyməti = iHerb.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = iHerb.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)