Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Hansı idman geyim və alətləri sifariş edim?
08.06.2020İdman hər kəs üçün fərdi olan bir məşğuliyyətdir. Bir çoxlarımız idmanla məşğul olmadan həyatımızdan zövq ala bilmərik. Həm qış, həm də yay fəslində məşğul ola biləcəyimiz idman növləri var.
Bu bloqda əldə edəcəyiniz məlumatların köməyilə seçdiyiniz idman növündən asılı olaraq sizə hansı geyimlər və idman alətlərin lazım olduğunu öncə müəyyənləşdirə sonra isə məhsulu sifariş edə bilərsiniz.
Əsas mövzularımız:
• İdman geyimlərini seçərkən nələrə diqqət yetirilməlidir?
• Seçdiyimiz idman növünə uyğun ayaqqabı və ketlər hansılardır?
• İdman üçün lazım olan ləvazimatlar hansılardır?
• İdman zamanı lazım olan alətlər və avadanlıqlar. (velosiped,skeytbord,rol və s.)
İdman əhvalı yüksəldir, narahatlığı və gərginliyi aradan qaldırır. Həmçinin xroniki xəstəliklərin qarşısını alır. Müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır. İdmanla məşğul olan zaman insan kalori itirir ki, bu da artıq çəkilərdən xilas olmağa kömək edir. Basketbol, voleybol, futbol, badminton və s. kimi oyunlar komanda şəklində olan idman növünə aiddir. Fərdi şəkildə idman etməyi sevənlər yoqa, gimnastika, aerobika və pilateslə məşğul ola bilərlər. Bu və digər idman növləri barədə bloqumuzdakı punktlarda məlumat veriləcək. Elə isə davam edək.
İdman geyimlərini seçərkən nələrə diqqət yetirilməlidir?
Məşq geyimlərinizin bədən quruluşunuza və planlaşdırdığınız məşqə uyğun olması zəruridir. Unutmamaq lazımdır ki, geniş və rahat paltar geyinməlisiniz. Lakin qaçırsınızsa və ya velosiped sürürsinizsə, ayaqlarınıza dolaşa bilən geniş ayaqlı, boş şalvardan çəkinməlisiniz.
Yoga və ya pilates kimi fəaliyyətlər üçün dartılan, yəni elastik materialda olan geyimlər yaxşı olar.
Ümumiyyətlə, isə öz bədəninizə uyğun ölçülərdə geyinməli olduğunuzu unutmamalısınız.
İdman və atletika üçün hazırlanmış geyimlər pambıqdan, mikro fiber və sintetik nəfəs ala bilən parçadan hazırlanmalıdır. Geyim alarkən buna diqqət etməyiniz zəruridir. Çünki pambıq parçadan hazırlanan geyimlər məşq zamanı bədənizin rahat nəfəs almasına şərait yaradacaqdır.
Seçdiyimiz idman növünə uyğun ayaqqabı və ketlər hansılardır?
Müxtəlif idman fəaliyyətləri üçün uyğun idman ayaqqabısı geyinmək rahatlığı təmin edəcək və sizin performansınızı yaxşılaşdıracaq, ən əsası zədələrin qarşısını alacaqdır. Çünki idman zamanı edilən hərəkətlər ayaqlarınıza, ayaq biləklərinizə çox böyük təzyiq göstərə bilir. Məsələn, qaçış və atlama, bir insanın ayaqları üzərində bədən çəkisindən üç-beş dəfə çox olan bir təsir qüvvəsi yaradır. Bugünkü idman ayaqqabıları xüsusi fərqliliklə dizayn edilmişdir. Tövsiyə olunur ki, əgər siz həftədə iki dəfədən çox eyni idman növü ilə məşğul olursunuzsa, o idman üçün xüsusi hazırlanmış ayaqqabı – qaçış ayaqqabısı və ya gəzinti ayaqqabısı almalısınız.
Hazırda məşhur idman brendlərindən olan Nike, Adidas, Reebok, Speedo, Puma, Kappa və s. xüsusi idman ayaqqabıları istehsal edir. Bu ayaqqabılarda qaçış və ya atlama zamanı əzələ balansının qorunması üçün xüsusi yayılan rezin altlıqlardan istifadə edilir. Həmçinin bu ayaqqabılarda “motion control” adlanan sistem var və bu da hətta ağır çəkili insanlar məşq edərkən əzələ sabitliyini qorunmaqda onlara kömək olur.
İdman zamanı lazım olan alətlər və avadanlıqlar (velosiped,rol və s.)
Avandanlıqlardan istifadə edərək aktiv idman edə və həm fiziki görünüşünüzün, həm də sağlamlığınızın qayğısına qalmış olarsınız. Unutmaq lazim deyil ki, idmanla məşğul olmaq insanın immunitetini gücləndirir, tənəffüs sistemi problemlərini aradan qaldırmağa yardımçı olur, həmçinin bədəndəki aktiv enerjini faydalı resursa çevirir. Əgər insan bədəninin hər hansı hissəsində əzələlər düzgün paylanmayıbsa, idman bu balansı yaradır. Odur ki, çəkisindən və boy hündürlüyündən asılı olmayaraq hər kəs idman etməli və öz sağlamlığını qorumalıdır.
Funksiyasından və növündən asılı olaraq idman avadanlıqları müxtəlif olur. Ən çox istifadə olunan idman alətləri isə bunlardır:
• məşq qaçış velosipedləri (velotrenajor);
• kardio avadanlıqları;
• qaçış avadanlıqarı;
• avarçəkmə avadanlığı;
• simulyativ nərdivanlar;
Bodybuilding dediyimiz yəni sırf əzələ kütləsi üzərində işləyənlər üçün,
• qantellər;
• ştanqlar və digər ağırlıq qaldırma avadanlıqları;
• trampolinlər;
• atletik forma avadanlıqları.
Gimnastika, pilates, yoqa, alpinizm kimi həm fiziki, həm zehni rahatlıq bəxş edən idman növlərini seçənlər üçün;
• kampinq və alpinizm avadanlıqları;
• çənbərlər;
• pilates topları;
• yoqa aksessuarları.
Əyləncəni və fərqli yerlərə səfər edərək idman etməyi sevənlər üçün isə;
• müxtəlif idman oyunları üçün avadanlıqlar;
• velosipedlər
• skeytbordlar.
ən uyğun vasitələr hesab olunur.
Araşdırmalar göstərir ki, velosiped sürmək yüngül idman kimi görünsə də, bu idmanla məşğul olduqda insan bədəni saatda təxminən 400-1000 kalori yandırır. Bu isə həm kilo verməyə, həm də rahatlıqla qidaları qəbul etməyə imkan yaratmış olur.
Beləliklə, bloqumuzun sonuna gəldik. Ümidvarıq ki, artıq hansı idman növüylə məşğul olacağınızı, hansı geyimləri və alətləri əldə edəcəyinizi müəyyənləşdirdiniz.
Elə isə gücünüzü toplayın və məşqə başlayın!
Yorulmayasınız!