Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Koton.com-dan Azerbaycana geyim sifarişi, karqo şirkəti – Dynamex.az
17.03.2021Türkiyə brendi Koton Azerbaycana çatdırılma edirmi? Koton.com-dan Azerbaycana necə sifariş etmək olar? Koton.com-dan Azərbaycana sifariş zamanı nələri nəzərə almaq lazımdır?
Koton Azerbaycan | Koton Azerbaijan | Koton Türkiye
Koton kişi geyimləri | Koton gündəlik geyimləri| Koton qadın geyimləri |Koton uşaq geyim l
Koton.com hekayəsi haqqında qısa məlumat
300-dən çoxu Türkiyədə olmaqla, dünyada 800-dən çox satış nöqtəsi olan və 500-dən artıq mağazası olan Koton, 2023-cü ilə qədər 5 qitədə ən zəngin və ən çox bəyənilən kolleksiyalarla sürətli bir moda markası olmağı hədəfləyir.
Yaradıcı və yenilikçi, müştəri və endirim yönümlü Koton, mövsüm trendlərini orijinal dizaynlarla gətirmək və uyğun yerlərdə cəlbedici qiymətlərlə satışa təqdim etmək siyasətini həyata keçirir. Koton.com Türkiyədə hər il 50-dən çox kolleksiyada təxminən 30.000 fərqli modeli bir araya gətirir.
Koton.com-dan Azerbaycana sifariş etmək mümkündürmü?
Koton markası hal-hazırda yalnız Türkiyə daxilində çatdırılma edir və Azərbaycana birbaşa çatdırılma etmir. Lakin siz Türkiyəyə səfər etməyinizə gərək qalmadan, karqo şirkətinin köməyi ilə birbaşa markadan sifariş edə və bağlamanızı Azərbaycanda təhvil ala bilərsiniz. Siz üst geyimlərinə uyğun köynək, jaket, şalvar, şort, iç geyimlərinə uyğun atlet, sütyen, bralet, külot, corab, qış fəslinə uyğun mont – kurtka, kaban – palto, uzun kurtka, qışlıq şərf, papaq, yay fəslinə uyğun yüngül geyimlər, çimərlik – plaj geyimləri daxil olmaqla, istədiyiniz aksesuarları və ətirləri Koton.com saytından Azərbaycana sifariş edə bilərsiniz.
Koton.com-dan Azərbaycana necə sifariş etmək olar?
Koton.com-dan sifariş qaydası
1-ci yol: “Mənim üçün sifariş et” xidməti
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin və “Sifariş et” səhifəsinə keçid edərək aşağıdakı təlimatlar üzrə xanaları doldura bilərsiniz.
Məhsulun linki = koton.com saytında bəyəndiyiniz məhsulun keçid(URL) bağlantısı
Məhsulun sayı = bəyəndiyiniz Koton məhsulunun ədədi sayı
Məhsulun qiyməti = almaq istədiyiniz məhsulun koton.com-dakı qiyməti(Türk lirəsi olaraq qeyd olunur)
Türkiyə daxili karqo = bu xananı boş qoya bilərsiniz. Əgər siz yuxarıda məhsulun linkini yazmısınızsa, bu xananı doldurmaya bilərsiniz.
Məhsulun detalları = Bu hissəyə Koton məhsulunun rəngi, ölçüsü və ya xarakteriskalarını yaza bilərsiniz.(İstəyə bağlı)
Ən sonda “Sifariş et” düyməsinə klikləyirsiniz. Açılan pəncərədə koton.com-dan sizin üçün alacağımız məhsulların sıralamasını görəcəksiniz. Burada “İstifadəçi şərtləri” düyməsini işarələyir və daha sonra bütün məhsulları seçərək “Ödəniş et” düyməsinə klikləyirsiniz.
Açılan pəncərədə “Tek Çekim” bölməsini kliklədikdən sonra aşağıdakı təlimatlar üzrə xanaları doldurursunuz.
Kart üzerindeki Ad, Soyad = Bank kartınızın ön hissəsində yazılan ad və soyad. Misal: HUSEYN SULEYMANOV
Kart Numarası = Ön hissədə qeyd olunan 16 rəqəmli hesab nömrəsi. Misal: 1234 5678 9101 1121
Kart Son Kullanma Tarihi = Ön hissədə qeyd olunan ay və tarix. Misal: 12/21
CVV Güvenlik Kodu = Bank kartınızın arxa hissəsində yazılan 3 rəqəmli kod.
Yuxarıdakı məlumatların yazılması uğurla tamamlandıqdan sonra sifarişiniz qeydə alınır və biz bağlamanı ən qısa zamanda Dynamex Dəmiryolu Vağzalı filialına gətiririk və bu barədə sizi məlumatlandırırıq.
2-ci yol: Koton.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Əgər 1-ci yol ilə sifarişinizi tamamlamısınızsa, bu əməliyyata ehtiyacınız yoxdur.
Siz koton.com saytına daxil olaraq özünüzə hesab yaradırsınız. Hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Bundan sonra siz dynamex.az şəxsi hesabınızda aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Tracking İD = Koton-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Koton
Kateqoriya = Koton.com-dan sifariş etdiyiniz məhsulun növü. Misal: Geyim
İnvoys qiyməti = Koton.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = Koton-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)
Bağlamanın düzgün bəyan olunması qaydası və bəyannamə ilə bağlı bütün suallarınıza cavabı aşağıdakı video təlimatda izahlı formada tapa bilərsiniz.