Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

LC Waikiki.com-dan Azerbaycana geyim sifarişi – Dynamex.az

LC Waikiki.com-dan Azerbaycana geyim sifarişi – Dynamex.az

13.03.2021

 

LC WAIKIKI artıq trendyolda olmayacaq? LC Waikiki.com-dan Azərbaycana geyim sifarişi mümkündürmü? LC WAIKIKI Azerbaycana çatdırılma edirmi? LC Waikiki.com-dan sifarişimi ən tez necə ala bilərəm? Kargo şirkəti bağlamaları neçə günə gətirir? 

 

LC WAIKIKI Azerbaijan | LC WAIKIKI Kids | LC WAIKIKI Uşaq geyimleri | LC WAIKIKI Qadın geyimleri | LC WAIKIKI Kişi geyimleri | Köynək | Şalvar | Sviter | Cins | Paltar sifarisi | Geyim sifarisi | İdman paltarı | Tayt | Bluz | Tişört | Türkiyədən paltar sifarişi | LC WAIKIKI Azerbaycan | Turkiyeden Bakiya sifaris | Turkiyeden Genceye sifaris | Turkiyeden Azerbaycana sifaris | LC WAIKIKI Azerbaycana sifaris | lcwaikiki trendyol

 

LC Waikiki, 1988-ci ildə Fransada yaradılmış marka, 1997-ci ildən bəri türk markası olaraq fəaliyyətə başlayıb. Çox çeşiddə kombinləri ilə pərakəndə satışda üstün olan və bütün dünyada moda mərkəzinə çevrilən LC Waikiki, son illərdə “LC Waikiki Magazacılık” adı altında Türk markası olaraq böyük inkişafını davam etdirməkdədir. “Yaxşı geyinmək hər kəsin haqqı” fəlsəfəsi ilə bu gün 47 ölkədə 1000-dən çox mağazada uyğun qiymətə keyfiyyətli məhsullar təqdim edir. Müştərilərinə əl çatan modanın həzzini yaşatmaqda olan LC Waikiki markası günü-gündən əhatə dairəsini genişlətməkdədir.

 

LC WAIKIKI sifarişləri sadəcə lcwaikiki.com-da

 

LC WAIKIKI məhsullarını artıq trendyoldan sifariş edə bilməyəcəyik?

Yüz minlərlə məhsul çeşidi olan LC WAIKIKI markasının məhsullarını biz daha öncə də trendyol, hepsiburada və digər vasitəçi platformalar olmadan, lcwaikiki.com rəsmi saytından sifariş edə bilirdik. Bu qərar artıq rəsmiləşdi. LC WAIKIKI artıq yalnız rəsmi saytından edilən sifarişləri qəbul edəcək. Sizə təqdim etdiyimiz “Mənim Üçün Sifariş Et” xidmətində siz məhsulun trendyol`dakı linkini deyil, lcwaikiki.com`dakı linkini əlavə edəcəksiniz.

 

LC WAIKIKI.com-dan Azərbaycana onlayn paltar sifarişi mümkündürmü?

LC WAIKIKI markası hal-hazırda yalnız Türkiyə daxilində çatdırılma edir və Azərbaycana birbaşa çatdırılma etmir. Lakin siz Türkiyəyə səfər etməyinizə gərək qalmadan, karqo şirkətinin köməyi ilə birbaşa markadan sifariş edə və bağlamanızı Azərbaycanda təhvil ala bilərsiniz. Siz LC WAIKIKI.com saytından istədiyiniz geyim, aksesuar və ətirləri Azərbaycana sifariş edə bilərsiniz.

 

LC WAIKIKI.com-dan sifariş qaydası

1-ci yol: “Mənim üçün sifariş et” xidməti

Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin və “Sifariş et” səhifəsinə keçid edərək aşağıdakı təlimatlar üzrə xanaları doldura bilərsiniz.

Məhsulun linki = lcwaikiki.com saytında bəyəndiyiniz məhsulun keçid(URL) bağlantısı

Məhsulun sayı = bəyəndiyiniz LC WAIKIKI məhsulun ədədi sayı

Məhsulun qiyməti = almaq istədiyiniz məhsulun lcwaikiki.com-dakı qiyməti(Türk lirəsi olaraq qeyd olunur)

Türkiyə daxili karqo = bu xananı boş qoya bilərsiniz. Əgər siz yuxarıda məhsulun linkini yazmısınızsa, bu xananı doldurmaya bilərsiniz.

Məhsulun detalları = Bu hissəyə məhsulun rəngi, ölçüsü və ya xarakteriskalarını yaza bilərsiniz.(İstəyə bağlı)

Ən sonda “Sifariş et” düyməsinə klikləyirsiniz. Açılan pəncərədə lcwaikiki.com-dan sizin üçün alacağımız məhsulların sıralamasını görəcəksiniz. Burada “İstifadəçi şərtləri” düyməsini işarələyir və daha sonra bütün məhsulları seçərək “Ödəniş et” düyməsinə klikləyirsiniz.

Açılan pəncərədə “Tek Çekim” bölməsini kliklədikdən sonra aşağıdakı təlimatlar üzrə xanaları doldurursunuz.

Kart üzerindeki Ad, Soyad =  Bank kartınızın ön hissəsində yazılan ad və soyad. Misal: HUSEYN SULEYMANOV

Kart Numarası = Ön hissədə qeyd olunan 16 rəqəmli hesab nömrəsi. Misal: 1234 5678 9101 1121

Kart Son Kullanma Tarihi = Ön hissədə qeyd olunan ay və tarix. Misal: 12/21

CVV Güvenlik Kodu = Bank kartınızın arxa hissəsində yazılan 3 rəqəmli kod.

Yuxarıdakı məlumatların yazılması uğurla tamamlandıqdan sonra sifarişiniz qeydə alınır və biz bağlamanı ən qısa zamanda Dynamex Dəmiryolu Vağzalı filialına gətiririk və bu barədə sizi məlumatlandırırıq.

 

2-ci yol: LC WAIKIKI.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et

Əgər 1-ci yol ilə sifarişinizi tamamlamısınızsa, bu əməliyyata ehtiyacınız yoxdur.

Siz lcwaikiki.com saytına daxil olaraq özünüzə hesab yaradırsınız. Hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Bundan sonra siz dynamex.az şəxsi hesabınızda aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.

Tracking İD = LC WAIKIKI-dən sizə təqdim olunan izləmə kodu

Mağazanın adı = Lc Waikiki

Kateqoriya = Lcwaikiki.com-dan sifariş etdiyiniz məhsulun növü. Misal: Geyim

İnvoys qiyməti = Lcwaikiki.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət

İnvoys yüklə = LC WAIKIKI-dən sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.

Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)

 

Bağlamanın düzgün bəyan olunması qaydası və bəyannamə ilə bağlı bütün suallarınıza cavabı aşağıdakı video təlimatda izahlı formada tapa bilərsiniz.

 

 

Kargo şirkəti bağlamanı Türkiyədən-Azərbaycana neçə günə çatdırır?

LC WAIKIKI.com-dan Azərbaycana sifariş etdiyiniz bağlama ilk öncə kargo şirkətinin Türkiyə anbarına gətirilir. Göndərişi qəbul edən “Dynamex” kargo şirkəti bağlamanı 3 gün ərzində Azərbaycana gətirir. Hər hansı yubanmalar olarsa, bu müddət 5 günədək uzana bilər. Dynamex kargo şirkəti “Tam Zamanında” prinsipi ilə müştərilərinə sevgiylə xidmət edir. Yük daşıma şirkəti sizin bağlamanızı Azərbaycana gətirə bilər. Həmçinin sərfəli kuryer qiymətlərimizlə qapınıza çatdırılma da edə bilərik.