Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türk markalarını tanıyaq!

Türk markalarını tanıyaq!

05.11.2020

Son günlərdə bəzi ölkələrin qardaş ölkə Türkiyənin məhsullarını boykot etməsinə qarşı olaraq bir çox müştəri Türkiyə markalarına dəstək nümayiş etdirməkdədir. Bu yazıda Türkiyənin qlobal və beynəlxalq markaları ilə yaxından tanış olacaqsınız. 

LC Waikiki

turk-brendleri-lcwaikiki

LC Waikiki Türkiyənin hazırda ən böyük geyim markalarının başında gəlməkdədir. Bu markanın əsası 1988 ci ildə Fransızlar tərəfindən qoyulsa da, 1997-ci ildən etibarən Türkiyə markası olmuşdur. 2009-cu ilə qədər Türkiyədə böyüyən bu marka, 2009-cu ildən etibarən isə xarici ölkələrdə də öz şöbəkəsini genişləndirməyə başlamışdır. 2011-ci ildən etibarən Türkiyədə geyim sektorunda lider marka vəziyyətinə yüksələn LC Waikiki xaricdə də sürətli bir inkişaf göstərərək 47 ölkədə 1000-dən çox mağaza şəbəkəsinə sahib olmuşdur. LC Waikiki hazırda Türkiyənin qlobal bazarda fəaliyyət göstərən ən dəyərli markalarından birisidir. 

 

Vestel

turk-brendleri-vestel

Vestel markası 1984-ci ildə Türkiyədə qurulmuşdur. Elektronika və ev əşyaları istehsal edən bu marka Türkiyədə və dünyada yerli istehsal olan məhsulları ilə tanınmaqdadır. Avropada elektronika xüsusilə televizor bazarında lider mövqelərdən birinə sahib bu marka Türkiyənin xaricdə ən çox tanınan markaları arasında isə ilk 10-luqda yer almaqdadır. Vestel markası məhsullarını əsasən Avropaya ixrac etməkdədir. Qeyd edək ki, 2014-cü ildən etibarən Venüs adında mobil telefonları istehsal edilməkdədir.

Mudo

turk-brendleri-mudo

Mudo 1964-cü ildə əsası qoyulan Türkiyənin hazır geyim, dekorasiya və mebel istehsal edən və xüsusi dizaynlarla öz alıcı kütləsinə sahib olan markadır. Mudo markası Türkiyədə moda sahəsinin inkişafında xüsusi rolu olan bir markadır və  “Mudo Collection” geyim markası ilə Türkiyədə xüsusiylə gənçlərin sevimlisi halına gəlmişdir. Mudo markası hazırda Türkiyədə və dünyada 125-dən çox mağazadan ibarət olan şəbəkəyə sahibdir.

 

Colins

turk-brendleri-colins

İlk olaraq “Kulis” adı ilə yaranan bu geyim markasının hədəfi xarici bazara çıxmaq olduğundan adını Colins olaraq dəyişdirmişdir. Əsasən gənçləri hədəfləyən bu marka,” jeans məhsulların istehsalı ilə müştərilərin sevimlisi halına gəlmişdir. Colins markası Rusiya bazarı başda olmaqla Ukrayna, Belarusiya kimi ölkələr də daxil olmaqla dünyanın 38 ölkəsində 600-dən çox mağazaya sahibdir. 

 

Mavi Jeans

turk-brendleri-mavi

“Mavi” markası 1991-ci ildə İstanbulda yaradılmışdır. Adından da bəlli olduğu kimi bu marka, jeans geyimləri istehsalında ixtisaslaşmışdır. 1996-cı ildə Türkiyə bazarında lider olan  marka, Almanya, ABŞ və Kanada kimi ölkələrdə də mağazalarını açıb, satışa başlamışdır. 2002-ci ildə “Time” jurnalı “Mavi Jeans” markasını Türkiyənin dünyaya açılan ilk markası olaraq tanıtdı. 2003-cü ildə Avropanın ən böyük dəb sərgisi olan “Bread & Butter”-a qəbul edilən ilk Türk markası olmuşdur.  Hazırda dünyanın 35 ölkəsində 390-dan çox mağazası ilə fəaliyyətini hər kəçən gün daha da artırmaqdadır.