Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Məktəbə qayıdış

Məktəbə qayıdış

12.08.2024

Yeni təhsil dövrü başlayır və əlbəttə ki, bu maraqlı başlanğıcın əvəzsiz hissəsi: məktəb alış-verişidir! Rəngli karandaş və qələmlər, yeni qoxan dəftərlər, dəbli məktəb çantaları... Təsəvvür edin, bütün bu gözəllikləri bir araya gətirərək yeni dərs ilinə salam deyirsiniz!

 

Bəs bu il hansı saytlardan alış-veriş etməklə həm vaxta, həm də büdcəyə qənaət edə bilərik?

  • Trendyol: Paltardan dəftərxana ləvazimatlarına, texnoloji məhsullardan məişət əşyalarına qədər axtardığınız hər şeyi tapa biləcəyiniz Trendyol, geniş məhsul çeşidi və tez-tez təşkil etdiyi kampaniyalarla diqqət çəkir. Xüsusilə məktəb alış-verişi üçün tələbələrə xüsusi endirimlər təklif edə bilər.

  • HepsiburadaKitabdan dəftərxana ləvazimatlarına, elektron məhsullardan oyuncaqlara qədər bir çox fərqli kateqoriyada məhsul tapa biləcəyiniz Hepsiburada, sürətli göndərmə imkanları və etibarlı alış-veriş təcrübəsi ilə seçilir.

  • AmazonDünya nəhəngi Amazon,Türkiyədə də bir çox məhsulları ilə xidmət göstərir. Xüsusilə müxtəlif markaların məhsullarını bi arada tapmaq istəyənlər üçün idealdır.

  • AkakçeBir çox fərqli onlayn alış-veriş mağazalarının məhsullarını müqayisə etmək, ən yaxşı qiyməti tapmaq üçün Akakçedən istifadə edə bilərsiniz.

Məktəb üçün alış-veriş edərkən nələrə diqqət etməli?

  • Uşağınızın fikri önəmlidir: Alış-veriş edərkən uşağınızın fikrini soruşaraq, ortaq seçim qərarları ala və daha faydalı məhsullar seçə bilərsiniz.

  • Keyfiyyətli məhsullar seçin: Keyfiyyətli məhsulların, xüsusilə dəftərxana ləvazimatının keyfiyyətli məhsullardan ibatət olması uşağınızın daha səmərəli işləməsinə kömək edəcək.

  • Büdcənizi müəyyənləşdirin: Alış-verişə başlamazdan əvvəl büdcənizi müəyyən etmək, lazımsız xərclərin qarşısını alacaq.

  • Kampaniyaları izləyin: Onlayn alış-veriş saytları tez-tez endirimlər və kampaniyalar təşkil edir. Bu kampaniyaları izləməklə daha sərfəli qiymətlərlə alış-veriş edə bilərsiniz.

Məktəbə dönüş üçün ən yaxşı məhsullar:

 

‌1.Erqonomik bel çantası:

Niyə vacibdir: Ağır kitabları daşımaq uşaqların bel və onurğa sistemlərinə mənfi təsir göstərə bilər. Erqonomik bel çantaları yükün bərabər paylanmasını təmin edərək bel ağrısının qarşısını alır.

 

2.Rəngli qələm qabı:

Niyə vacibdir: Dərsdə qeydlər aparmaq, ev tapşırıqlarını yerinə yetirmək və yaradıcılığınızı ifadə etmək üçün rəngli karandaş və qələmlər önəmlidir.

Nə axtarmaq lazımdır: Müxtəlif rəngli qələmlər, silgilər, yonan və praktiki daşıma qabı.

 

3.Not dəftərləri və planlayıcı:

Niyə vacibdir: Sinif qeydlərini nizamlı saxlamaq və tapşırıqları yerinə yetirmək üçün müxtəlif ölçülü not dəftərlərinə və ya planlayıcıya ehtiyac olacaqdır.

Nə axtarmaq lazımdır: Müxtəlif ölçülü dəftərlər, rəngli səhifələr, həftəlik və aylıq planlaşdırma bölmələri.

 

4.Su qabı:

Niyə vacibdir: Gün ərzində kifayət qədər su içmək həm konsentrasiyanı artıracaq, həm də sağlamlıq üçün faydalı olacaq.

Nələrə diqqət etməli: Sızdırmaz və davamlı su qabı seçin.

 

5.Kiçik bir ilk yardım çantası:

Niyə vacibdir: Məktəbdə baş verə biləcək kiçik xəsarətlər üçün, uşağınızın sadə ilk yardım çantası olması yaxşı fikirdir.

Dynamex sizə məktəbə qayıdış mərhələsində xoş alış-veriş təcrübəsi və bol uğurlar arzu edir!

Sifariş səndən, çatdırılma bizdən.

Dynamex - Tam zamanında!

Dynamex ilə sifariş vermək üçün hesabınıza daxil olun və ya yeni profil yaradın.

Dynamic Express mobil tətbiqləri: Google PlayAppStore