Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Müştərilərimizin nəzərinə!!!

Müştərilərimizin nəzərinə!!!

25.12.2021

Hörmətli müştərilər, iş fəaliyyətimiz çərçivəsində bizi seçən müştərilərimiz üçün hər zaman üstün və keyfiyyətli xidmət göstərməyə çalışmışıq! Hər il Black Friday endirimlərinə özəl təəssüf ki, gecikmə halları müşahidə olunur. Müştərilərimiz hər il endirim aylarında bu kimi halların ola biləcəyinin artıq qaçınılmaz olduğu bilməlidirlər. Endirim aylarında Black Friday və TL məzənnəsinin düşməsi ilə əlaqədar olaraq bağlama çoxluğu müşahidə olunur. Xarici anbarımıza təslim olunan hər bir bağlama əməkdaşlarımız tərəfindən 7/24 olaraq sistemə əlavə edilir və hər bir bağlamaya reys təyin olunaraq göndərilir. Reyslərimizin göndərilməsində heç bir məhdudiyyət yoxdur və uçuşların planlanması öncədən alınır. Xarici anbarımıza naməlum şəkildə daxil olan bağlamalar araşdırılır və yaratdığınız bəyannamə əsasında araşdırılması müəyyən zaman alır. Hazırda bağlama sıxlığı SADƏCƏ 28 May filialında qeydə alınır. Anbardan bağlamaların təhvil alınmadığına görə digər reyslərin bağlamaları anbara yerləşmir və bu səbəbdən bağlamaların sistemə əlavə edilmə müddəti uzanır, lakin bağlamalarınızı daha tez təhvil almağınızın üçün əlimizdən gələni edir və bunun üçün gecə-gündüz fəaliyyət göstəririk!!!
Bəs yaşanan sıxlığın aradan qaldırılması üçün Dynamic Express olaraq nə etdik? Əlbəttəki müştəri məmnuniyyətini hər zaman öndə tutan Dynamic Express bağlamaları daha sürətli və rahat təhvil almağınız üçün 2 yeni İnşaatçılar və Xalqlar Dostluğu məntəgəsi və 1 yeni Xırdalan filialını istifadəyə verdik. Və bununla yetinməyib 6000 mindən çox müştərimizə ödənişsiz və endirimli kuryer kampaniyası qazandırdıq. Bağlamalarınızı daha tez təhvil almaq istəyirsinizsə, şəxsi hesabınızda filial bölməsindən sizə uyğun olan yeni filiallarımızı seçə bilərsiniz. Hər bir müştərimizə anlayışı və səbri üçün təşəkkür edirik!