Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Gömrük tənzimləmələri barədə yenilik!
28.08.2020Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər.
Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.
300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Bağlama təyin olunmuş limiti aşdığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır.
Xahiş edirik, sifariş zamanı diqqətli olasınız!