Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Onlayn poçtla sifariş xidməti aktiv edildi!

Onlayn poçtla sifariş xidməti aktiv edildi!

25.12.2020

Hörmətli müştərilər,

 

Regionlarımızda yaşayan vətəndaşlarımızın bağlamalarının çatdırılmasını daha rahat şərtlərlə həyata keçirmək üçün poçt sifarişlərini onlayn etmə imkanı yaratdıq.

 

Belə ki, siz artıq Bakı anbarında olan bağlamalarınızı onlayn poçtla Azərbaycanın bütün bölgələrinə sifariş edə bilərsiniz. Bunun üçün Dynamex.az saytında şəxsi kabinetinizə daxil olaraq, "Azərpoçt sifarişi" bölməsinə keçid etməlisiniz. Daha sonra bağlamanı seçərək, müvafiq xanaları doldurursunuz və sifarişi tamamlayırsınız.

 

Xoş alış-verişlər.