Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Türkiyədən ətir sifarişi üçün onlayn alış-veriş saytları
15.09.2020Türkiyədən ətir sifariş etmək üçün hələ də tərəddüd edirsiniz? Hansı saytlardan sifariş edəcəyinizi bilmirsiniz? Onlayn ətir alarkən zövqünüzə uyğun olanı seçməkdə çətinlik çəkirsiniz?
Bir çox insan ətirlərin qısa müddətli qalıcılığından və ya dəridə uzun müddət qalmamasından şikayət edir. Bloqun əvvəlində ətir istifadəsi ilə bağlı suallar və şikayətlər tərəfimizdən cavablandırılıb. Həmçinin sərfəli və keyfiyyətli ətirləri hansı alış-veriş saytlarından sifariş etmək olar sualı da artıq sizi narahat etməyəcək. İlk öncə ətir seçərkən nələrə diqqət edilməli olduğuna nəzər salaq. Bloqun sonunda isə ətir alış-verişi üçün Türkiyənin ən ideal onlayn saytaları sizin üçün sıralanıb.
Ətir seçərkən nələrə diqqət etmək lazımdır?
Eyni ilə sizə yaraşan paltar seçmək kimi doğru ətirlərin seçimi də vacibdir. Ətirlərin hər dəridə fərqli duruşu var. Geniş yayılmış bir fikir olan dəri rənginə görə ətir seçmək məfhumunu unudun.
Ətrin qalıcılığına təsir edən əsas nüans isə dəri tipidir. Əgər yağlı dəri tipinə sahibsinizsə ətirlərin qalıcılığı daha güçlü təsirə mailkdir. Quru tipli dərilər də isə ətirin qalıcılığı daha az olacaqdır.
Ətir seçməzdən əvvəl digər diqqət etməli olduğunuz nüans isə ətrin fəslə uyğun olmasıdır. Hansı ki, üzərində “winter” yazılı olan bir ətri sadəcə qış fəslində istifadə etmək arzu olunandır. Soyuq günlərdə isə yüngül ətirlərin qoxusunu hiss etmək çətinləşir. Buna görə də qış fəslində parfümerlər tərəfindən daha kəskin qoxulardan istifadə etmək tövsiyə olunur. İsti günlər də isə daha mülayim qoxulardan istifadə etmək arzu olunandır.
Eau de Toilette, Eau de Perfume və Eau de Cologne kimi ətrin müxtfəlif növlərinə diqqət yetirməyiniz məsləhətdir. Eau de Toilette aroma bazası 5-20 % təşkil edir, buna görə də qalıcılığı Eau de Perfume görə daha azdır. Eau de Cologne isə aroma bazası 5% dən azdır buna görə də kişilər üçün nəzərdə tutulur.
İndi isə ətirin 3 əsas istifadə qaydasına nəzər yetirək:
-
Təmiz dəriyə istifadə etmək. Ətri duşdan sonra tətbiq etsəniz qalıcılığı uzun müddətli olacaqdır.
-
Sadəcə bir ətir istifadə etməmək. Eyni ətirdən hər gün istifadə etsəniz o qoxunu hiss etməkdə çətinlik çəkəcəksiniz. Buna görə də birdən artıq ətirlərinizin olması məsləhətdir.
-
Ətri biləklərə və boyuna tətbiq etdikdən sonra yenidən biləyə sürtmək arzu olunmur. Əks halda qalıcılıığı qısa müddətli olacağdır.
Türkiyənin məşhur və ya az bilinən onlayn alış-veriş saytlarından müxtəlif ətirlərin sifarişi Dynamex.az vasitəsilə sərfəli qiymət və qısa müddətli çatdırılma ilə olduqca rahatdır.
Ətir sifarişi üçün onlayn alış-veriş saytları:
Sephora mağazasının Türkiyə filialından məşhur brend ətirlərinin sifarişinizi asanlıqla gerçəkləşdirə bilərsiniz. Sephora.com.tr linkinə keçid edərək “ürünler” olan bölmədə “parfüm” kateqoriyasından seçdiyiniz ətirləri Dynamex.az vasitəsi ilə sifariş verməyinizi tövsiyə edirik.
Perfumpoint.com saytı Türkiyənin az bilinən kosmetik mağazalarındandır. Burada ətirləri qadın, kişi və uşaqlar üçün olan alternativlərinə nəzər yetirə bilərsiniz. İstədiyiniz ətirləri görmək üçün “parfüm” kateqoriyasına klik etməyiniz kifayətdir.
Trendyoldan fərqli olaraq Watsons saytını sadəcə kosmetik məhsulları əhatə edir. Buradan zövqünuzü oxşayacaq ətir seçmək üçün “Parfüm ve deodorant” bölməsinə keçid edə bilərsiniz. Watsons.com.tr saytın linkinə keçid edərək seçdiyiniz məhsulları sifariş vermək mümkündür.
Trendyol.com onlayn alış-veriş saytı son zamanlarda Türkiyənin ən çox satış edən onlayn mağazalarından biridir. Burada geyim kateqoriyasından başqa fərqli brendlərin olduğu ətir kateqoriyası da mövcuddur. Siz həmin saytdan ətir sifariş etmək üçün “kozmetik & kişisel bakım” kateqoriyasından, “parfüm & deodorant” olan hissəyə keçərək istəyinizə görə və fərqli qiymətlərdə olan qoxuları rahatlıqla sifariş verə bilərsiniz.
Türkiyənin ən məşhur saytlarından biri olan hepsiburada.com təkcə geyim deyil, ətirlər də tapa bilərsiniz. “Kozmetik ve kişisel bakım” kateqoriyasını klik edərək “parfüm” bölümündə özünüzə uyğun ətir sifariş edə bilərsiniz.
Bu mağazada bir birindən gözəl ətirləri “parfüm” hissəsindən əldə edə bilərsiniz. N11.com saytı hər il noyabr ayının 11-i sizlər üçün böyük endirimlər tətbiq edir. Çox satanlar bölməsinə keçid edərək müştərilərin rəğbətini qazanmış ətirləri sifariş etmək mümkündür.
Adından da görüldüyü kimi bu saytda sadəcə ətir sifarişi qəbul edilir. Parfümania.com saytı bir çox ətir çeşidlərini bir yerə toplayan onlayn mağazadır. Zövqünüzə uyğun olan qoxuları istənilən qiymətə sifariş edə bilərsiniz.
Bloqumuzun sonunda ətir sifarişi zamanı yaranan suallarınıza cavab tapdığınıza ümid edirik. Bu yazını oxuduqdan sonra Türkiyənin onlayn ətir mağazaları ilə tanış olub, tam olaraq dəri tipinizə uyğun ətir sifarişini rahatlıqla yerinə yetirəcəksiniz. Bəs siz hansı onlayn mağazadan ətir sifariş vermisiniz?