Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

eManat ilə ödəniş – Onlayn ödəmə - Dynamex.az

eManat ilə ödəniş – Onlayn ödəmə - Dynamex.az

22.03.2021

Türkiyədən sifarişlərdə ödənişi E-manat ilə ödəmək mümkündürmü? eManat ilə təmassız ödənişin üstünlükləri nələrdir? Dynamex hesabıma ödənişi eManat terminalları ilə necə ödəyə bilərəm?

 

eManat ile odeme | eManat terminal | eManat odenis qaydasi | eManat hesab artirmaq

 

Hazırda eManat ödəniş köşkləri şəbəkəsinə Bakı/Abşeron/Sumqayıtda 1 700-dən artıq, bütün ölkə ərazisində isə 2 500-dən artıq köşk daxildir.

 

eManat ilə ödəniş etmək mümkündürmü?

eManat ödəniş köşkləri vasitəsilə dynamex hesabınıza asanlıqla ödənişlər etmək mümkündür. Siz dynamex.az saytında karqo sifarişləri üçün balansınızı eManat terminalları vasitəsilə artıra bilərsiniz. Bununla Dynamex.az şirkəti müştərilərinə karqo sifarişləri üçün 360 dərəcəli ödəniş imkanları təqdim edir.

 

eManat ile təmassız ödənişin üstünlükləri nələrdir?

Günümüzdə təmassız ödəniş etməyin bir çox üstünlüyü vardır. Tutaq ki, siz Dynamex hesabınız ilə Türkiyədən məhsul sifariş etmək istəyirsiniz. Lakin sizin Dynamex hesabınızda kifayət qədər balansınız olmadığından, balansı artırmaq üçün Dynamex filialına yaxınlaşmalı və ya hesabı bank kartınız vasitəsilə artırmalısınız. Əgər sizin bank kartınız yoxdursa, mütləq şəkildə yol qət edərək filiala gəlməyinizə gərək yoxdur. Siz, vaxtınıza və əlavə yol xərclərinə qənaət edərək, yaxınlıqdakı eManat terminalına yaxınlaşa və oradan Dynamex hesabınıza birbaşa köçürmə edə bilərsiniz.

 

eManat ilə hesabın artırılması qaydası – Ödəniş təlimatı

Terminal ilə balans artırmaq

Siz eManat terminalı vasitəsilə dynamex.az balansınızı artıra bilərsiniz. Bunun üçün siz eManat terminalında ödənişinizi aşağıdakı təlimat üzrə edə bilərsiniz.

- Terminalda “Digər” bölməsinə daxil olun.

- Açılan pəncərədə “Dynamex” xanasını seçin.

- Burada müştəri kodunuzu yazın. (Müştəri kodunuzu görmək üçün bura klikləyin.)

- Məbləğ hissəsinə yükləmək istədiyiniz məbləği qeyd edin.

- Pulun balansa yüklənməsi üçün təsdiq edin. Əməliyyat bitdikdən sonra dərhal pul şəxsi kabinetinizdə görünəcəkdir.