Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyənin onlayn mağazalarından sifariş

Türkiyənin onlayn mağazalarından sifariş

21.10.2020

Xarici saytlardan, əsasən də Türkiyənin onlayn mağazalarından sifarişlərin verilməsi və kargo şirkətləri ilə daşınma qaydaları bu xidmətləri istifadə etmək istəyən istehlakçılar üçün olduqca maraqlı mövzulardan birisidir. Əgər siz də xaricdən hər hansı bir məhsul sifariş etmək istəyir və müəyyən tərəddütlərə sahibsinizsə, xarici saytlardan sifariş qaydalarını ətraflı izah edən bu məqaləni sona qədər oxumağınızı tövsiyyə edirik. Bu məqalədə siz xaricdən sifarişlə bağlı bütün yararlı məlumatları əldə edəcəksiniz. Xarici saytlardan sifariş necə edilir? Ən çox hansı xarici (Türk) saytlardan istifadə olunur? Etibarlı və təhlükəsiz alışverişi necə etmək olar? Kargo şirkətlərinin xidmətlərindən necə istifadə edə bilərsiniz? Bütün bu sualların cavablarını məqaləmizdə tapa biləcəksiniz.

 

Türkiyədən hər hansı bir məhsul sifariş etmək istəyirsinizsə bunun 2 həlli var:

1.Öz kartınızla onlayn mağazalardan (markaların internet saytları, alış veriş saytları, sosial şəbəkələrdəki butik mağazalar) istədiyiniz məhsulun sifarişini həyata keçirirsiniz və daşınmasını kargo şirkətinə həvalə edirsiniz.

2.“Mənim üçün sifariş et” xidməti. Arzuladığınız məhsulun satışı həyata keçirilən saytdakı linkini Dynamex.az saytında “mənim üçün sifariş et” bölməsinə daxil olub, linki göstərilən xanaya yerləşdirirsiniz və əməkdaşlarımız sizin əvəzinizə sifarişi həyata keçirirlər. 

 

İndi isə bu üsüllardan necə istifadə etmək lazımdır onun izahına keçək:

“Mənim üçün sifariş et” xidmətindən istifadə etmədən sifarişləri həyata keçirmək üçün ilk öncə bildirək ki, onlayn ödəmələri gerçəkləşdirmək üçün bank kartına (debet kartı, kredit kartı vəya smart kart) sahib olmalısınız. Bu zaman həmin kartın “3D Secure” funksiyasının aktiv olmasına diqqət etməlisiniz çünki əksər onlayn mağazalar bu funksiyanı dəstəkləməyən bank kartlarından ödənişləri qəbul etmirlər eyni zaman bu funksiyanın tətbiqi onlayn mağazanın etibarlılığını göstərən parametrlərdəndir. Əgər bu funksiya kartınızda aktiv deyil isə o zaman ödəniş etmək istədiyiniz kartınızı aid olduğu bank ilə əlaqə saxlayıb bu funksiyanı aktivləşdirməlisiniz.Qeyd edək ki, maaş kartları, pensiya kartları kimi kartlarla da “3D secure” funksiya aktiv olduqda ödənişləri həyata keçirmək mümkündür.

 

Ödənişi həyata keçirmənin digər bir üsülu isə bir çox onlayn alış-veriş saytında qarşılaşılan “kapıda ödəmə” seçimidir ki, bizim vasitəmizlə ödənişinizi bu üsülla da həyata keçirə bilərsiniz. Bunun üçün isə saytımızda şəxsi hesabınızın Sifariş balansınızı (TL) artırmalısınız. Sifariş balansını isə E-manat termianalları vasitəsiylə, bank kartıyla vəya ofisimizə yaxınlaşaraq nağd qaydada artıra bilərsiniz. Beləliklə artıq hər hansı bir məhsul sifariş etmək istəyərkən ödənişini necə həyata keçirilə biləcəyi haqqında geniş məlumata sahib oldunuz.

 

Keçək prosesin davamına.

İlk olaraq onlayn alış veriş etmək istədiyiniz saytda və dynamex.az saytında qeydiyyatdan keçin. Qeydiyyatdan keçərkən yalnız ingilis sinvollarından istifadə etməyə diqqət göstərin. Daha sonra əldə etmək istədiyiniz məhsulu seçib, səbətə əlavə edirsiniz və çatdırılacaq ünvana bizim saytımızda, şəxsi hesabınızda yer alan, xaricdəki ünvanlarım bölməsindəki adresi qeyd edirsiniz. Bu zaman adres məlumatlarını düzgün qeyd edildiyinə xüsusi diqqət etmək tələb olunur. “Xaricdəki ünvanlarım” bölməsindəki “adres satrı”nın sonunda hər bir şəxsə aid müştəri kodu (D……, Dx…….,C……. ) qeyd edilir ki, alışveriş etdiyiniz onlayn mağazada bu kodu düzgün qeyd etməlisiniz və bu kodu hər bir şəxs yalnız özü istifadə etməlidir.  

 

Bəzi Türkiyə saytlarından alış-veriş etdiyiniz zaman "SMS Doğrulama" kodu tələb oluna bilər. "SMS Doğrulama" kodu çatdırılma məlumatlarını doldurduğunuz zaman ofisimizin qeyd edilən Türkiyə nömrəsinə göndərilir.Belə olduğu halda, "Başka kartla öde" bölməsinə klikləyə və kart məlumatlarınızı yenidən qeyd edərək prosesə davam edə bilərsiniz. Bu halda heç bir "SMS Doğrulama" kodu tələb olunmaya bilər.

 

Beləliklə ödəniş üsulunu seçdikdən və ünvan məlumatlarını düzgün şəkildə qeyd etdiyinizə əmin olduqdan sonra sifarişinizi tamamlaya bilərsiniz. İndiyə qədər gerçəkləşdirilən fəaliyyətlər arasında ən çox diqqət yetirməli olduğunuz addımlar, onlayn ödəniş həyata keçirərkən bank kartınızın “3D Secure” funksiyasının aktiv olduğuna əmin olmaq və ünvan məlumatlarını düzgün şəkildə (“adres satrında” müştəri kodunuzu düzgün qeyd etdiyinizə əmin olmalısınız) qeyd olunmasıdır.

 

Sifarişləriniz Türkiyə daxili kargoya verildikdən sonra isə saytımıza daxil olub bəyannamə doldurmalısınız. Bəyannamə bağlamalar qısa zamanda hesabınıza əlavə olunmasını və sürətli şəkildə çatdırılmasını üçün mütləqdir. Bəyannamə bağlama kargoya (Türkiyə daxili) verildikdən anbara təhvil verilənə qədər olan müddətdə doldurulmalıdır.

 

Bəs bəyannamə necə doldurulur? Müştəriləri ən çox maraqlandıran suallardan biri də budur.

beyanname-doldurmaq

İndi isə keçək Dynamex.az saytındaki şəxsi hesabınızda bağlamalarınızın necə bəyan edilməli olduğu qaydasına.

 

Sifariş etdiyiniz bağlama onlayn mağazadan xarici ölkə daxili kuryerə təhvil verildiyi zaman e-mail ünvanınıza bununla bağlı bildiriş daxil olacaqdır.  Bundan sonra sifariş etdiyiniz onlayn mağazaya daxil olub, sifarişlərim bölməsinə keçid edirsiniz. Sifarişin detallarını görmək üçün alış-veriş etdiyiniz onlayn mağazadan asılı olaraq SİFARİŞ DETAYI VƏ YA İNCELE yazılan bölməyə daxil olursunuz. Məhsul haqqında tam məlumatın ekran görüntüsünü götürüb, yəni “screenshot” edib yaddaşda saxlayırsınız. Yaddaşda saxladığınız fayl invoys kimi istifadə oluna bilər. 

 

Bəyannamə doldurulduğu zaman Tracking ID bölməsinə yazılması lazım olan kodu əldə etmək üçün onlayn mağazadan asılı olaraq KARGO TAKİP və ya KARGOM NEREDE? yazılan bölməyə keçid edirsiniz.Daha sonra Dynamex.az saytında hesabınıza daxil olun və “BƏYAN ET” bölməsinə keçid edərək açılan bəyannamə pəncərəsində TRACKİNG ID bölməsinə  “Trek nömrəsi”, “Gönderi numarası”, “Kargo takip numarası”, “Teslimat no” “barkod no”, Fatura no” birini daxil edin. Bildirək  ki, bu nömrələrin adları kuryer şirkətlərindən asılı olaraq dəyişir. Sizə bu nömrələrdən hansı təqdim olunubsa, onu daxil etməlisiniz.

 

Tracking ID hissəsinə hansı kod yazılmalıdır?

mng-kargo-aras-kargo-yurtici-kargo

Tracking ID xanasına bağlamaların  Türkiyə daxili kargo takip numaraları qeyd edilməlidir. Bu numaralar Türkiyə daxili kargo şirkətlərindən asılı olaraq fərqlilik təşkil edir. Aşağıdaki siyahıda isə hansı kargo şirkəti üçün hansı kod qeyd edilməlidir göstərilib.

  1. PTT Kargo - "Barkod numarası"

  2. MNG Kargo - "Fatura no"

  3. Aras Kargo- "Taşınma İrsaliye No"

  4. Surat Kargo - "Seri/Sıra Numarası"

  5. Yurtiçi kargo - "Gönderi Numarası"

  6. Trendyol Express - "Gönderi veya Teslimat Numarası"

 

Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. 

 

“İnvoys yüklə” hissəsinə satıcı mağaza tərəfindən verilən e-fatura daxil edilməlidir. Bəzi hallarda isə satıcı mağaza elektron faturanı göndərməyə bilər. Bu halda yuxarıda qeyd etdiyimiz kimi alış-veriş etdiyiniz onlayn mağazada, sifariş detayları hissəsində olan, məhsullar haqqında məlumatların “screenshot”-u yüklənməlidir. Daha sonra mağazanın adını,Kateqoriyasını və invoys qiymətini qeyd edirsiniz. Sizin sifariş etdiyiniz mağaza bizim siyahıda yoxdursa, mağazanın adını daxil edib “ENTER” düyməsini basırsınız. Hər hansı xüsusi qeydlərinizi isə qeyd bölməsinə daxil edə bilərsiniz. Bütün məlumatları düzgün şəkildə daxil etdikdən sonra isə “yadda saxla” düyməsini sıxaraq prosesi yekunlaşdıra bilərsiniz.

 

İndi isə keçək “Mənim üçün sifariş et” xidməti ilə sifariş qaydasına

sifaris-et-xidmeti

Bunun üçün dynamex.az saytında qeydiyyatdan keçin və hesabınıza daxil olun. Daha sonra “Sifariş et” düyməsinə klikləyərək açılan pəncərəyə almaq istədiyiniz məhsulun linkini,  məhsul haqqında detalları, məhsulun sayını, məhsulu əldə etmək üçün olan son qiyməti qeyd edirsiniz. Məhsulun ölçüsü və rəngi ilə bağlı məlumatlar qeyd bölməsinə əlavə edilməlidir.  Son qiymət məhsulun öz qiyməti ilə xarici ölkə daxili çatdırılma üçün nəzərdə tutulan cəmi ödənişdir yəni Türkiyə daxili kargo ödənişi də bu qiymətə daxildir. 

 

Sizin bu ödənişi məhsulu sifariş etdiyinzi saytda “Sepete Ekle” edib daha sonra “Siparişi Onayla” yazısına klik edib, görününən yekun məbləği bizim saytımızda mənim üçün sifariş et səhifəsində qeyd etməyiniz lazımdır. Başqa məhsullar da əlavə etmək istəyirsinizsə “yeni məhsul əlavə et” düyməsinə klikləyərək eyni prosesi təkrarlayın. “sifariş et” düyməsinə klikləyərək prosesi yekunlaşdırın. Proses yekunlaşdıqdan sonra məhsul “səbətim” bölməsinə düşəcəkdir. Sifarişin icra olunması üçün sifariş balansınızda vəsait olmalıdır.  Əgər balansınızda sifarişin icrası üçün kifayət qədər vəsait yoxdursa, o zaman sol menyudan balans bölməsinə keçid edin və boş xanada balansınızı artırmaq istədiyiniz məbləği qeyd edərək bank kartınız vasitəsilə balansınızı artırın. Sifariş balansınızı həmçinin “E-manat” terminalları vasitəsilə də artıra bilərsiniz.

 

“E-manat” terminalları vasitəsilə balansınızı artıra bilərsiniz. Bunun üçün “E-manat” terminalına yaxınlaşırsınız, “digər” bölməsinə daxil olaraq “Dynamex”-i seçirsiniz. Müştəri kodunuzu yığaraq “davam et” düyməsini sıxırsınız. İstədiyiniz məbləği daxil edib təsdiq edirsiniz. Əməliyyatı bitirdikdən sonra pul dərhal şəxsi kabinetdəki balansınızda görünəcək. Xahiş olunur vəsaitin hesabınızda əks olunduğundan əmin olana qədər qəbzi saxlayın.

 

Balansda kifayət qədər məbləğ olduqdan sonra “mənim üçün sifariş et” pəncərəsinə dönərək “səbətim” bölməsindəki məhsullar üçün ödəniş  edin.

Bütün bu mərhələlər tamamlandıqdan sonra sifarişiniz icra olunmaq üçün bizə göndəriləcək. Biz isə qısa zamanda sifarişinizi yerinə yetirəcəyik. Proses tamamlandıqdan sonra şəxsi hesabınızda Türkiyə sifarişlərim bölməsində sifarişin statusuna baxa bilərsiiz. Hər hansı səbəbdən sifariş iptal edildikdə bu sifarişin qarşısında qeyd edilir.

Sifariş etmək istədiyiniz məhsulun sayı limitli qaldıqda və sifarişinizin növbədən kənar həyata keçirilməsi üçün “təcili sifariş et” düyməsinə klik edə bilərsiniz.

 

Mənim üçün sifariş et xidmətinin bir çox üstünlüyü mövcuddur. Aşağıda istehlakçıların bu xidməti istifadə etmə səbəbləri sıralanıb:

1.Bu xidməti istifadə etdikdə alış veriş prosesində vaxtınıza qənaət etmiş olacaqsınız.

2.Mənim üçün sifariş et xidməti ilə edilən sifarişləri saytımızada bəyan etməyə ehtiyac yoxdur çünki əməkdaşlarımız bu prosesi də sizin əvəzinizə həyata keçirirlər.

3.Türkiyə saytlarından alışveriş zamanı bəzi saytlar Türkiyə nömrəsinə təsdiq kodu göndərirlər ki bəzən bu kodunu qeyd edə bilmədikdə sifariş tamamlanmır.

4. Bəzi Türk onlayn alışveriş saytları xarici bank kartlarının ödənişini qəbul etmirlər. Yəni Azərbaycan kartları ilə bu saytlarda ödəniş həyata keçirmək mümkün olmur. Bizim vasitəmizlə isə bu saytlardan da rahatlıqla istədiyiniz məhsulu əldə edə bilərsiniz.

5. Mənim üçün sifariş et xidmətindən yararlandıqda Trendyol.com saytından sifariş verilən zaman 30 TL və daha çox miqdarlarda olan sifarişlər üçün Türkiyə daxili kargo 0 TL hesablanır.

turkiye-magazalar-cedveli

Türkiyənin ən çox istifadə edilən və güvənli hesab edilən onlayn mağazaları isə aşağıdakılardır:

 

Bələliklə Türkiyədən sifariş üsülları və qaydaları ilə tanış oldunuz. Sifarişləriniz düzgün şəkildə həyata keçirildikdən sonra Azərbaycana göndərilir. Bağlamanızı dynamex.az saytında şəxsi hesabınızdan izləməyə bilərsiniz. Bağlamanızın statusu Bakı ofisi olduqda isə bağlamanız təhvil verilmək üçün hazırdır deməkdir. Bağlamanız Bakı ofisində olduqda eyni zamanda sizə bununla bağlı olaraq SMS bildirişi də göndərilir. Bağlamanız Bakı ofisində olduqda daşınma haqqını bir neçə üsülla ödəyə bilərsiniz.

online-odenis-usullari

1. Onlayn olaraq – Bağlamanızın daşınma haqqını saytımızdan onlayn olaraq ödəməniz mümkündür. Bunun üçün sadəcə bank kartına sahib olmağınız kifayətdir.

2. Nağd olaraq – Bağlamanız Bakı ofisimizdə olduqda onu təhvil alarkən daşınma haqqını nağd olaraq ödəyə bilərsiniz.

 

Bağlamanız Bakı ofisində olduqda Kuryer vasitəsiyə bağlamanızı qeyd edilən adresinizə çatdırılmasını da həyata keçirə bilərik.

Bölgələrdə yaşayan müştərilərimiz üçünsə poçt xidmətimiz aktivdir. Azərbaycanın bütün rayonlarına poçt göndərişinin həyata keçirilməsi mümkündür. Bu zaman isə sifarişlərin daşınma haqqı onlayn olaraq ödənilməlidir.

Qeyd edək ki Nazirlər Kabinetin 305 sayılı qərarına əsasən müştərilərin aylıq gömrük limiti 300 dollardır və müştərilər Smart Customs mobil tətbiqində bağlamalarını bəyan etməlidirlər. Müharibə şəraiti ilə əlaqədar internet istifadəsinin azaldılması ilə əlaqədar Smart Customs mobil tətbiqində bağlamaların bəyan edilməsi müvəqqəti olaraq dayandırılmışdır. Lakin bu xidmərin yenidən məcburi istifadəsinin istifadə ediləcəyini düşünərək bəyan qaydasını da diqqətinizə çatdırırıq.

 

Nazirlər Kabinetinin 305 sayılı qərarı 24.09.2020 tarixindən etibarən tətbiq edilməyə başlanacaq və bu qərarla bağlı bilməli olduğunuz 4 vacib nüansı nəzərinizə çatdırırıq.

smart-customs

1.Aylıq gömrük limit 1000 dollardan 300 dollara endirilib. Daşınma xərcləri də bu məbləğə daxildir.

2. Sifariş (bağlama) sayında limit tətbiq olunmayacaq.

3. Sifariş limiti son 30 gün üçün deyil , cari ay üçün tətbiq ediləcək və hər bir şəxsin gömrük limiti növbəti ay sıfırlanacaq.

4. Eyni vəya eyni cinsli məhsuldan 2 ədəddən çox sifariş edildikdə vergi rüsümü tətbiq olunacaq.

 

Eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar;

 

Eynicinsli mallar - bütün cəhətlərinə görə oxşar olmasa da, eyni funksiyaları yerinə yetirilməsini və kommersiya baxımından bir-biri ilə əvəz olunmasını mümkün edən oxşar xüsusiyyətləri və oxşar tərkib materialları olan mallar. Malların keyfiyyəti, bazardakı nüfuzu və əmtəə nişanının olması onların eynicinsliliyinin müəyyən edilməsi üçün nəzərə alınan amillərdəndir; (Məsələn: 2 köynək, 2 don və s. eyni cinsli məhsul sayılır, rəngindən və markasından asılı olmayaraq . Bu növdən 2 ədəddən çox məhsul olarsa, DGK tərəfindən saxlanılma ehtimalı yaranır. )

 

 

"Smart Customs" tətbiqinə daxil olaraq qeydiyyatdan keçin. Daha sonra "İstifadəçi Fin-i ilə" bölməsinə daxil olaraq Fin kodunuzu və təyin etdiyiniz şifrəni yazın.

"Sadələşdirilmiş bəyannamə-Elektron ticarət" bölməsindən "Yeni bəyannamə" səhifəsinə daxil olun.

Şəxsi məlumatlarınızı daxil edin.

Tracking ID xanasına mail-də sizə göndərilən və ya saytımızda bağlamanıza təyin edilən DT ilə başlayan izləmə nömrəsini daxil edin. Daşıyıcı şirkət xanasına Dynamex MMC seçərək "Göndərən ölkə" Türkiyə qeyd edin.

Satıcı xanasına məhsulu aldığınız mağazanı daxil edin.

Məhsulun daxil olduğu əsas və alt qrupu, dəyərini, valyutasını və ölçü vahidini daxil edin.

Bütün məlumatları daxil etdikdən sonra prosesi tamamlayın.