Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Hepsiburada Azərbaycana sifariş və çatdırılma – Dynamex.az

Hepsiburada Azərbaycana sifariş və çatdırılma – Dynamex.az

15.04.2021

Hepsiburada.com-dan Azərbaycana sifariş və çatdırılma mümkündürmü? Turkiyeden sifaris şərtləri necədir? Kargo şirkəti ilə bağlama neçə günə gəlir? Hepsiburada-dan sifariş nəyə görə sərfəlidir? Türkiyədən sifarişlərdə nələr vacibdir?

              

Hepsiburada sifaris | Hepsiburada catdirilma | Hepsiburada kargo | Hepsiburada sifariş | Hepsiburada Azerbaycan | Hepsiburada Baki | Hepsiburada karqo | Hepsiburada Gence | Hepsiburada turkiyeden sifaris | Hepsiburada Dynamex | Hepsiburada Azerbaycana sifaris

 

Hepsiburada.com, 1998-ci ildən bəri fəaliyyətdə olan və yalnız internet üzərindən xidmət göstərən bir alış-veriş saytıdır. 2011, 2012  və 2013-cü ildə Türkiyənin ən sevilən markası, 2013-cü ildə isə İlin E-Ticarət Saytı seçildi və aylıq 100 milyondan çox müştəri hepsiburada.com saytını ziyarət etdi. 2019-cu ildə Hepsiburada “Əfsanə Cümə” kampaniyası ilə 45 günlük satış dövriyyəsini cəmi bir gündə etdi və həmin gün hepsiburada.com onlayn alış-veriş saytı 20 milyon müştəri tərəfindən ziyarət edildi.

 

Hepsiburada.com-dan Azərbaycana sifariş və çatdırılma

Siz Türkiyənin olduqca məşhur və köklü tarixçəyə malik alış-veriş saytından istədiyiniz məhsulu Türkiyə daxilində sifariş edə bilərsiniz. Türkiyədən Azərbaycana sifariş etmək istəyirsinizsə, bunu kargo şirkəti ilə edə bilərsiniz. Siz Türkiyəyə səyahət etmədən, vaxta büdcənizə qənaət edərək hepsiburada.com saytından sifariş edə və bağlamanızı qapınıza qədər çatdırılma xidmətindən yararlana bilərsiniz.

 

Türkiyədən sifariş şərtləri necədir?

Hepsiburada.com alış-veriş saytından sifariş etmək istəyirsinizsə, kargo şirkətinə etibar edə bilərsiniz. Türkiyədən Azərbaycana sifariş üçün xüsusi bir şərt yoxdur. Bağlamanızın olduğunu dynamex.az saytında bəyan edərək bizə bildirməyiniz bizim üçün kifayət edir.

 

Kargo şirkəti sifarişi neçə günə gətirir?

Dynamex kargo şirkəti Türkiyədən sifarişləri 3 iş gününə Azərbaycana gətirir. Azərbaycan və Türkiyə gömrüklərində hər hansı gecikmə olarsa çatdırılma müddəti 5 iş gününədək uzana bilər. Dynamex kargo şirkəti sürətli çatdırılması, etibarlı logistikasısərfəli qiymətləri ilə seçilir və “Tam Zamanında” sloqanı ilə xidmət göstərir.

 

Hepsiburada.com-dan sifariş nəyə görə sərfəlidir?

Əgər siz bir dəfə belə olsun Türkiyədən məhsul sifariş etmisinizsə, qiymətlərin nə qədər sərfəli və məhsulların nə qədər keyfiyyətli olmasının şahidisiniz. Yüzlərlə Türkiyə brendini özündə birləşdirən hepsiburada.com alış-veriş saytı həmişə sizlərə sərfəli kampaniyalar təklif edir. Ən azından, hepsiburada.com saytında gördüyünüz hər hansı məhsulu yerli mağazalardakı qiyməti ilə müqayisə edin və təqribi karqo tarifini üzərinə gəlin. Bu müqayisədə nə qədər qazanclı çıxdığınızın şahidi oldunuzsa, o zaman alış-verişə başlamaq zamanıdır.

 

Hepsiburada.com saytından sifariş etmə qaydası

1-ci yol: “Mənim üçün sifariş et” xidməti

Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin və “Sifariş et” səhifəsinə keçid edərək aşağıdakı təlimatlar üzrə xanaları doldura bilərsiniz.

Məhsulun linki = hepsiburada.com saytında bəyəndiyiniz məhsulun keçid(URL) bağlantısı

Məhsulun sayı = bəyəndiyiniz məhsulunun ədədi sayı

Məhsulun qiyməti = almaq istədiyiniz məhsulun hepsiburada.com-dakı qiyməti(Türk lirəsi olaraq qeyd olunur)

Türkiyə daxili karqo = bu xananı boş qoya bilərsiniz. Əgər siz yuxarıda məhsulun linkini yazmısınızsa, bu xananı doldurmaya bilərsiniz.

Məhsulun detalları = Bu hissəyə məhsulun rəngi, ölçüsü və ya xarakteriskalarını yaza bilərsiniz.(İstəyə bağlı)

Ən sonda “Sifariş et” düyməsinə klikləyirsiniz. Açılan pəncərədə hepsiburada.com-dan sizin üçün alacağımız məhsulların sıralamasını görəcəksiniz. Burada “İstifadəçi şərtləri” düyməsini işarələyir və daha sonra bütün məhsulları seçərək “Ödəniş et” düyməsinə klikləyirsiniz.

Açılan pəncərədə “Tek Çekim” bölməsini kliklədikdən sonra aşağıdakı təlimatlar üzrə xanaları doldurursunuz.

Kart üzerindeki Ad, Soyad =  Bank kartınızın ön hissəsində yazılan ad və soyad. Misal: HUSEYN SULEYMANOV

Kart Numarası = Ön hissədə qeyd olunan 16 rəqəmli hesab nömrəsi. Misal: 1234 5678 9101 1121

Kart Son Kullanma Tarihi = Ön hissədə qeyd olunan ay və tarix. Misal: 12/21

CVV Güvenlik Kodu = Bank kartınızın arxa hissəsində yazılan 3 rəqəmli kod.

Yuxarıdakı məlumatların yazılması uğurla tamamlandıqdan sonra sifarişiniz qeydə alınır və biz bağlamanı ən qısa zamanda Dynamex filialına gətiririk və bu barədə sizi məlumatlandırırıq.

 

2-ci yol: hepsiburada.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et

Əgər 1-ci yol ilə sifarişinizi tamamlamısınızsa, bu əməliyyata ehtiyacınız yoxdur.

Siz hepsiburada.com saytına daxil olaraq özünüzə hesab yaradırsınız. Hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Bundan sonra siz dynamex.az şəxsi hesabınızda aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.

Tracking İD = hepsiburada.com-dan sizə təqdim olunan izləmə kodu

Mağazanın adı = hepsiburada.com

Kateqoriya = hepsiburada.com-dan sifariş etdiyiniz məhsulun növü. Misal: Külot

İnvoys qiyməti = hepsiburada.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət

İnvoys yüklə = hepsiburada.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.

Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)