Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Orijinal məhsulu saxtadan fərqləndirməyin 10 üsulu. Birinci hissə

Orijinal məhsulu saxtadan fərqləndirməyin 10 üsulu. Birinci hissə

13.11.2020

Dövrümüzdə əksər insanlar dəbi izləyir və muasir dəb dünyasının kriteriyalarına cavab vermək istəyirlər. Müxtəlif yaşlarda kişilər və qadınlar gözəl və zövqlə geyinməyə, trendlərə uyğunlaşmağa, dəbli aksessuarlar istifadə etməyə çalışırlar. Fərqli brendlərin geyimləri günümüzdə cəmiyyətin dəb kriteriyalarına cavab vermək üçün zəruri faktora çevrilib. Lakin, sözügedən mövzuda dəbin kriteriyalarına cavab vermək heç də göründüyü kimi asan deyil. Təəssüf ki, bir çox onlayn alış-veriş saytları, platformaları saxta məhsulları orijinal adı altında satır. Bunun üçün də, orijinal məhsullarla saxta məhsulları fərqləndirə bilmək hazırda həyatımızın önəmli faktorlarından birinə çevrilib.

 

Təbii ki, məhşur brendlərdən olan geyimlər adətən kifayət qədər baha olur. Bu səbəbdən zövqlə geyinmək istəyən bizlər, bəzən az məhşur markalar üz tutur bəzən isə bilərək saxta məhsullar istifadə edirik . Lakin, acınacaqlı haldır ki, bəzən biz orijinal bilib, baha qiymətə aldığımız geyimlərin, ayaqqabıların bir müddət sonra saxta olduğu ortaya çıxır. Bu kimi xoşagəlməz halların qarşısını almaq üçün bu, ikihissəli bloqumuzda sizə orijinal məhsulu saxta məhsuldan fərqləndirməyin 10 üsulu haqda danışacayıq. Əmin olun ki, geyim, ayaqqabı seçərkən aşağıdakı bəndləri xatırlasanız, orijinal məhsulla saxta məhsulu asanlıqla fərqləndirə biləcəksiniz.

1.Qiymətlər

Yadda saxlamalıyıq ki(təəssüf hissi ilə də olsa), brendlərdn olan orijinal məhsullar ucuz qiymətə olmur. Hətta endirim mövsümləri zamanı, endirimlərin 70%-ə çatdığı bir vaxtda Dior-dan olan gecə libasını və ya Christian Louboutin ayaqqabılarını ucuz qiymətə əldə edə bilmərik.

Bu onunla izah edilir ki, brendlər öz məhsullarını hazırlayarkən, bahalı, keyfiyyətli xammaldan istifadə edirlər. Həmçinin, məhsulun bu və ya digər brendə aid olması faktı da öz növbəsində məhsulun qiymətini artırır. Odur ki, orijinal brend məhsul almaq istəyirsinizsə, əliniz cibinizdə olmalıdır.

 

nike-original-vs-fake

 

2.Satış yeri

 

Orijinal məhsullar adi geyim mağazalarında, yeraltı keçidlərdə satılmır. Orijinal məhsulları siz yalnız firma mağazalarında əldə edə bilərsiniz. Online alış-veriş saytlarına gəldikdə isə, siz orijinal məhsulları yalnız markaların rəsmi saytlarında və Trendyol, n11, Morhipo kimi güvənli saytlarda əldə edə bilərsiniz. Onlayn alış-veriş platformasının etibarlı olub-olmadığını nece təyin etməli olduğunuz haqda növbəti bloqlarımızda ətraflı məlumat veriləcək.

 

online-shopping-original-vs-fake

3. Keyfiyyətli fitinqlər

Fitinqlər tez-tez saxta məhsulları biruzə verir. Bu ona görədir ki, markalar orijinal məhsullarının hazırlanmasında yalnız keyfiyyətli və davamlı materiallardan hazırlanmış düymələrdən, fermuarlardan, bağlayıcılardan, zəncirbəndlərdən istifadə edirlər. Saxta məsul istehsal edən firmalar isə, adətən bu fitinqlərə elə də diqqət yetirmirlər.

Bir məqama da diqqət yetirməliyik ki, bir çox markalar fitinqlərin də üzərində öz loqotiplərini çap edirlər.

 

michael-kors-original-vs-fake

 

4.Geyimin keyfiyyəti

 

Daha öncə də qeyd etdiyimiz kimi brendlər məhsulların istehsalında yalnız keyfiyyətli xammaldan istifadə edirlər. Bu sadəcə fitinqlərə deyil, elcə də geyimlərin hazırlandığı materiallara, saplara aiddir. Belə ki, brendlər, geyim dizaynerləri öz imiclərini qorumaq üçün sadəcə geyimin dizaynına, görnüşünə deyil, eləcə də onun hazırlanmasına, xammal seçiminə, geyimin uzunömürlülüyünə də çox diqqətlə yanaşırlar. Orijinal məhsullara toxunmaq xoş olmalıdır. Tikişlər isə bərabər, davamlı olmalıdır. Orijinal məhsullarda əyri tikişlər, keyfiyyətsiz bərkidilmiş elementlər, davamsız fitinqlər olmur.

 

sewing-original-vs-fake

 
5.Detallara fikir verin

 

Bütün brendlərin xüsusi özəllikləri var. İlk baxışdan bəzən onları görmək çətin olur, lakin, diqqət yetirdikdə, bu özəlliklərin köməyi ilə orijinal məhsulu saxtadan asanlıqla seçmək olur. Sizinlə bəzi belə sirrləri paylaşırıq:

Levi cinsləri - Şalvarların arxa cibinə diqqət edin. Hər arxa cibin üzərində aşağıya meyillənmiş, qartal dimdiyini xatırladan tikiş olur. Kəmər nəzərdə tutulan hissədə dərdiən və ya presslənmiş kağızdan düzbucaqlı yamaq olmalıdır. Fitinqlərə gəldikdə isə, tokanın daxili hissəsində məhsulun nömrəsi, pərçimin üzərində isə istehsalçı şirkət və modelin adı əks edilir.

Lacoste poloları - Bu brendin orijinal məhsullarında düymələr inciyə bənzər materialdan hazırlanır və hər birinin geyimə tikilmək üçün iki dəliyi olur. Yaşıl timsah emlembi isə polonun üzərinə  son dərəcə möhkəm toxunur. Orijinal məhsulun üzərində timsahın ağzı, dişləri, gözləri aydın seçilir. Timsah emblemi əyri iynə ilə tikildiyindən, əks tərəfdən görünməməlidir.

 

lacoste-original-vs-fake

 

Fred Perry poloları - Orijinal polonun üzərindəki emblemin konturları aydın əks etdirilməlidir və sol tərəfdə ürək səviyyəsində yerləşməlidir. Dəfnə çələnginin üzərində 16 və ya 30 yarpaq olmalıdır. Düymələr geyimlə eyni rəngdə, üzərlərində isə brendin adını əks elətdirən oyma olmalıdır. Polonun yaxasındakı xətlər isə, toxunduqda aydın hiss edilməlidir.

Timberland botları – Bu botların loqosuna diqqət yetirsək, görərik ki, orijinal məhsullarda loqo oyma şəklində olur. Saxtalarda isə loqo sadəcə yapışdırılır.

 

timberland-fake-vs-original

 

Ümid edirik orijinal və saxta məhsulları fərqləndirmək mövzusunda olan bloqumuzun ilk hissəsində sizə faydalı məlumatlar çatdıra bildik. Növbəti bloqlarımızda isə sizə digər üsullar haqda danışacayıq.