Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Sevgililər günü üçün Türkiyədən hədiyyə sifarişi tövsiyyələri

Sevgililər günü üçün Türkiyədən hədiyyə sifarişi tövsiyyələri

23.01.2021

 

Hər kəsin, xüsusi ilə də gənçlərin səbrsizliklə gözlədikləri 14 fevral “sevgililər günü” münasibəti ilə Türkiyədən hədiyyələrin sifarişiçatdırılmasını Dynamex-lə həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə istədiyiniz hədiyyəni seçməyiniz və bizim Türkiyə ünvanımızı qeyd edərək sifarişi tamamlamanız kifayətdir. Bu gün üçün necə bir hədiyyə seçməkdə qərarsızsınızsa, nə seçəcəyinizi müəyyən etməmisinizsə bu blogda sizin ideal sevgililər günü hədiyyəsi seçmənizdə olduqca faydalı olacaq.Eyni zamanda Türkiyənin böyük onlayn mağazaları olan Trendyol, N11 və ən çox sifarişlərin həyata keçirildiyi Zara, H&M, LC Waikiki kimi markalardan məhsul nümunələri yer alacaq.

Hədiyyə seçərkən ilk olaraq diqqət edilməli olan nüans hədiyyə seçdiyiniz şəxsin istəklərini nəzərə almaqdır. Bu zaman hədiyyə alacağınız şəxsin nələri sevdiyi, hansı rənglərə üstünlük verdiyi, hansı markalara qarşı xüsusi marağı olduğunu, günlük hansı əşyaları istifadə etdiyini  müəyyən etmək lazımdır. Hədiyyə seçərkən eyni zamanda hədiyyə edəcəyinizin şəxsin işi, təhsili, hobbiləri kimi nüanslar da olduqca əhəmiyyətlidir, əgər bu tərz məlumatlara sahib deyilsənizsə sadəcə oxşar maraqlardan hərəkət edərək hədiyyə seçmənizi tövsiyyə edə bilərik. Düzgün hədiyyəni seçərkən isə aşağıdaki sualları cavablandırmağınız vacibdir:

Bu hədiyyə funksionaldırmı?

Bu hədiyyə hədiyyəni qəbul edəcək şəxsin maraqlarına və zövqünə uyğun gəlirmi?

Bu hədiyyə özündə xüsusi duyğular ehtiva edirmi?

Sevgililər günü üçün bəs hansı onlayn satıcı mağazalardan hansı məhsulları seçə bilərsiniz? Hansı tərz hədiyyələr sizin ehtiyacınızı qarşılaya bilər? İndi isə hədiyyə tövsiyyələrinə keçək.

            Sevgililər günü üçün hədiyyə seçərkən diqqət edilməli əsas nüanslardan birisi ailə vəziyyətinizdir. Yəni sevgili, nişanlı və evli olmağınızdan asılı olaraq alacağınızın hədiyyənin də növü və qiyməti dəyişə bilər. İlk olaraq başlayaq evli cütlüklər üçün olan hədiyyə tövsiyyələrindən.

Evli şəxslər üçün hədiyyə tövsiyyələri

            Evli cütlüklərin bir-birilərinə hədiyyələri daha çox ortaq yaşayış sahəsi ilə bağlı ola bilər. Eyni zamanda bu tərz hədiyyələr münasibətin möhkəmliyini və davamlılığını da əks etdirə bilər. Bu cəhətdən evli şəxslərin xanımları üçün bir dəstə gülün yanında onun günlük istifadə edə biləcəyi funksional bir hədiyyə alması olduqca incə bir hərəkət ola bilər. Bu əşyalar nümunə göstərmək lazım gələrsə mətbəx əşyaları, elektronika, dekorativ əşyalar vəya şəxsi baxım vasitələri ola bilər. Daha detallı məhsul nümunələri üçün isə aşağıdakılara baxa bilərsiniz.

Turkiyeden sevgililer gunu hediyye

Ev əşyaları üçün istifadə edilə biləcək saytlar:

www.koctas.com.tr

www.n11.com

www.tozlu.com

www.ikea.com.tr

 

Şəxsi baxım məhsulları üçün istifadə edilə biləcək saytlar:

www.sephora.com.tr

www.watsons.com.tr

www.gratis.com

 

Nişanlı cütlüklər üçün sevgililər günü hədiyyələri.

 

Əgər nişanlısınızsa və sevgililər günündə nişanlınıza hədiyyə almağı planlaşdırırsınızsa büdcənizi daha yüksək müəyyən etməlisiniz çünki bu mərhələdəki seçimlər sizin gələcəkdə də köməyinizə çata bilər. Belə zamanlarda nişanlı cütlüklər üçün əsas hədiyyə seçimi dəyərli aksesuarlar və cəvahiratlardır. Xanımlar üçün hədiyyə olaraq əsasən qızıl vəya gümüş materillardan hazırlanmış aksesuarlar ətirlər seçilə bilər. Bəylər üçün isə qol düymələri, saatlar, pul qabı və qalstuk tərzi hədiyyələr ideal seçim ola bilər. Aşağıda isə bu məhsul nümunələri və bu məhsulları əldə edə biləcəyiniz onlayn mağazalar qeyd edilib.

Turkiyeden sevgililer gunu hediyye

Turkiyeden sevgililer gunu hediyye

www.zenpirlanta.com

Mugo.com.tr

www.trendyol.com

www.perfumepoint.com.tr

www.xn--parfmania-t9a.com

 

Sevgililər üçün hədiyyə tövsiyyələri

            Sevgililər günündə sevgilisinə hədiyyə almaq istəyən evli və nişanlı olmayanların xaricindəkilər isə daha geniş bir hədiyyə seçimi imkanına sahibdirlər. Bu halda hədiyyə edəcəyiniz şəxsi yaxşı tanımağınız və nələrin onu xoşbəxt edəcəyinizi düşünməlisiniz. Gündəlik həyatda nələri istifadə etdiyini və ən əsası nələri istifadə etməyi sevmədiyini bilməlisiniz. Əks təqdirdə aldığınız hədiyyə hər hansı yerdə üzərini toz basmış vəziyyətdə qala bilər. İndi isə sizə nümunə məhsulları və saytları təqdim edirik.

Turkiyeden sevgililer gunu hediyye

Turkiyeden sevgililer gunu hediyye

www.zara.com

www.morhipo.com

Www2.hm.com

www.matmazel.com

www.koton.com

 

Türkiyədən sifariş və çatdırılma

Hədiyyə seçimini yekunlaşdırdıqdan sonra alışveriş etdiyiniz saytda ünvan bölməsinə Dynamic Express-in xaricdəki ünvanını qeyd etməyiniz və bağlamanızın Türkiyə daxili kargoya verildikdən sonra bəyan etməyiniz kifayətdir. Qeyd edək ki, Dynamic Express Türkiyədən sifarişlərin Azərbaycana çatdırılmasını ən sərfəli qiymətlərlə həyata keçirir. Daşıma tariflərimiz 1$-dan başlayır və maye məhsullarla adi məhsulların daşınma qiymətində fərq qoyulmur. Odur ki, Türkiyədən ətir və kosmetika kimi məhsulların ən uyğun qiymətlərlə Dynamex vasitəsiylə sifariş edə bilərsiniz. Xoş alışverişlər.