Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Sifarişdən öncə məhsulun çəkisini necə bilmək olar?

Sifarişdən öncə məhsulun çəkisini necə bilmək olar?

05.08.2020

Dəyərli izləyicilər, biz kuryer şirkəti olaraq bağlamaların yalnız çatdırılmasını həyata keçiririk. Bizim səlahiyyətimiz bağlama anbarımıza təhvil verildikdən sonra başlayır.

Bağlama yalnız anbarımıza təhvil verildikdən sonra yaranan suallarınızı cavablaya bilirik.


Təhvil verilənə qədər olan bütün proseslər satıcıdan asılıdır. Sifarişin qəbul olunması, bağlama kimi qablaşdırılması və anbara təhvil verilməsi yalnız sifariş olunan saytdan (satıcıdan) asılıdır. Biz məshulların necə qablaşdırılacağı barədə məlumata sahib deyilik.

Sifariş olunan məhsulun çəkisi məhsula və qablaşdırılmaya görə dəyişir. Şəkildəki hər iki ayaqqabı idman ayaqqabısıdır. Lakin hər ikisi fərqli modellər olduğu və fərqli qablaşdırıldığı üçün müxtəlif çəkidədir.


İdman ayaqqabısı olduğu üçün çəkisi mütləq 450-800 qram arası olacaq demək düzgün deyil.

Çox təəssüf ki, biz təxmini çəkini də deyə bilmirik. Bağlama təhvil alınıb, hesabınıza əlavə olunan zaman bağlamanın çəkisi və daşınma haqqı şəxsi hesabınızda “Bağlamalar” bölməsində əks olunur.
Bundan əvvəl təəssüf ki, biz sizə çəki barədə məlumat təqdim edə bilmirik.


Diqqətiniz üçün təşəkkürlər.