Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

"Smart Customs" Mobil Tətbiqi ilə Bəyan Etmə Müvəqqəti Olaraq Dayandırıldı

30.09.2020

Dəyərli müştərilər, 

Dövlət Gömrük Komitəsinin bildirişinə görə mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart customs” mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı “Smart Customs” mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, sifarişlərin əvvəlki qaydada çatdırılması həyata keçiriləcək.