Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
“Smart Customs” tətbiqinin üstünlükləri
09.01.2021Hörmətli müştərilər, son dövrlərdə xaricdən onlayn sifariş edən müştərilərin sayının xeyli artmasını nəzərə alaraq “Smart Customs” tətbiqindən istifadənin sizə verdiyi üstünlüyü nəzərinizə çatdırmaq istərdik.
Belə ki, ay ərzində bütün bağlamalarınızı “Smart Customs” tətbiqində və ya e.customs.gov.az portalında bəyan etdikdə 300 dollar limitini keçən hissənin vergisini ödəyərək saxlanc haqqı olmadan, gömrük orqanlarına getmədən və ya broker xidmətindən istifadə etmədən bağlamalarınızı əldə etmək imkanına sahib olursunuz. Bunun üçün sadəcə göndərilən bütün bağlamalarınızı “Smart Customs”-da bəyan edərkən qeyd olunan vergi ödənişini edirsiniz və bizə məlumat verirsiniz. Qeyd edək ki, hər hansı bağlamanı bəyan etmədikdə tətbiqdə göstərilən limit aşımı, ödəniləcək vergi məbləği və realda qeydiyyata alınan məbləğ eyni olmur və bu uyğunsuzluq səbəbindən siz bu prosesi həyata keçirə bilmirsiniz.
Bəzi hallarda müştərilər sadəcə Dynamic Expressin saytında bəyannamə doldurduqlarında Smart Customs tətbiqindəki limit ilə vergi orqanlarıdaki limit eyni olmur. Bu səbəbdən müştərilərdən Smart Customs tətbiqində bəyannamə doldurmaları xahiş olunur. Smart Customs tətbiqində bəyannamə doldurduqda artıq müştərilərimiz 300 dollar limitini aşdıqda anında qeyd edilən vergi ödənişlərini həyata keçirib saxlanc haqqından (İlk gün 15 AZN, sonraki hər gün 2 AZN) azad ola bilərlər. Eyni zamanda bağlamaları təhvil almaq üçün gömrük orqanlarına yaxınlaşmağa və broker xidmətindən istifadəyə də ehtiyaç qalmır.