Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Statistik məlumatlar və növbəti kampaniyalarımız haqqında

Statistik məlumatlar və növbəti kampaniyalarımız haqqında

23.12.2020

Dəyərli müştərilər,

 

Nəzərinizə çatdırmaq istərdik ki, hazırda 6231 isifadəçinin bağlaması Bakı anbarımızdadır və bu barədə bağlama sahiblərinin hər birinə SMS bildiriş göndərilmişdir.

 

Lakin, pandemiya şəraiti və karantin rejiminin sərtləşdirilməsi səbəbilə bir çox müştərilər öz sifarişlərini təhvil ala bilmədikləri üçün Bakı ofisimizdə müəyyən qədər sıxlıq yaranıb.

 

Yaranmış vəziyyətlə əlaqədar bir çox yeniliklər və kampaniyalar keçirilir. Dünən keçirdiyimiz “1000 nəfərə Pulsuz Kuryer” kampaniyamızın nəticəsində isə sadəcə 513 müştərimiz sifariş vermişdir.

 

Növbəti günlərdə də sizləri düşünərək bir çox yeniliklər və kampaniyalarla xidmətinizdə olacayıq. Sizi kampaniyalarımızdan faydalanaraq bağlamalarınızı əldə etməyə və sistemdə növbədə gözləyən bağlamalar üçün yer açılmasında bizə yardımçı olmağa səsləyirik.