Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Trendyol Elite nədir?

Trendyol Elite nədir?

04.12.2020

Türkiyədən sifariş etmək insanlara çox çətin proses kimi görünsə də, artıq Türkiyədən məhsul sifarişi hər kəs üçün əlçatandır. Dynamex vasitəsi ilə müştərilər həm mobil telefonlarla, həm də kompüterlərlə istənilən yerdən, həmçinin Türkiyədən sifarişləri gerçəkləşdirə bilirlər. Bu da o deməkdir ki, Türkiyədən Azərbaycana sifariş Dynamex istifadəçiləri üçün çox rahat bir prosesdir. Sifarişlərinizin Türkiyədən Azərbaycana çatdırılmasını isə ən sürətli və etibarlı karqo şirkəti olan Dynamex-ə etibar edə bilərsiniz.Türkiyədən sifarişlər üçün isə yüzlərlə onlayn mağaza və bu mağazaların bir yerdə cəmləşdiyi internet saytları mövcuddur.

Alışveriş statistikaları isə onlayn alışveriş edən Azərbaycanlı istehlakçıların ən çox istifadə etdikləri onlayn mağazaların cəmləşdiyi internet saytının Trendyol olduğunu göstərir. Trendyol onlayn sifarişlər sahəsində eyni zamanda Türkiyə bazarında da lider mövqedədir. Trendyolun onlayn alış-veriş sahəsində üstünlüklərinin və uğurunun arxasında isə bir neçə səbəb yatır, bunlar:

 

  • Sərfəli qiymətlər

  • Çeşid və məhsul bolluğu

  • Müştəri məmnuniyyəti

 

onlayn-alis-verisin-ustunlukleri

Trendyolun onlayn sifarişlər sahəsində liderliyə yüksəlməsində əsas səbəblərdən biri müştərilərinə qarşı olan yüksək diqqət sayəsində əldə etdiyi müştəri məmnuniyyəti faktorudur. Trendyol istifadəçilərinə rahat istifadə sərfəli qiymətlərlə geniş çeşiddə məhsul kategoriyaları təklifi ilə yanaşı daimi istifadəçilərinə xüsusi təkliflər, kampaniyalar da həyata keçirir. Trendyolun müştərilər üçün təklif etdiyi ən diqqətəlayiq proqramlardan biri isə Trendyol Elite proqramıdır.

Trendyol Elite nədir?

Onlayn alış-veriş üçün trendyol saytına üstünlük verirsinizsə, bu proqramla Trendyol daimi alıcılarına növbəti sifarişlər üçün əlavə motivasiya verir. Elite proqramı nəcə istifadə edilir, əsas üstünlükləri nələrdir kimi suallar sizə də maraqlıdırsa bloqumuzla sona qədər tanış olaraq bu suallara ətraflı cavab tapa bilərsiniz.

 

Necə Elite ola bilərəm?

 

Trendyol Elite, müəyyən standartlara cavab verən müştəriləri üçün əlavə kampaniyalar və endirimlər təşkil edir. Elite istifadəçi statusu almış müştərilər digər istifadəçilərə təklif edilən kampaniyalara əlavə olaraq əlavə endirim kuponları, promosyonlu kampaniyalar və müxtəlif endirimlər təklif olunur.

Trendyol Elite üzvü olmaq istifadəçilərə bir çox üstünlüklər verməkdədir. Elit statusu almaq üçün isə istifadəçilərin yerinə yetirməli olduqları bəzi şərtlər mövcuddur.Trendyolda Elit istifadəçi olmaq üçün isə 3 ay ərzində 30 və üzərində ümumi minumum məbləği 3000 TL olan məhsul sifariş etmək lazımdır.

Trendyol Elite proqramının üstünlükləri

Trendyol saytı bildiyimiz kimi bir çox markada və məhsullarda bolluca endirimlər həyata keçirərək istifadəçilərinin sevimlisinə çevrilmişdir. Lakin, daha çox onlayn sifariş edən istifadəçilərini mükafatlandırmaq üçün Elit proqramını yaratmış və bu statusdaki müştərilərinə daha çox üstünlük və endirimlər təklif edir. Elite proqramı istifadəçi olduqda, yəni Trendyol.com saytında Elite statusu aldıqda sizə xüsusi endirimlər və promosyonlar təqdim edir. Eyni zamanda Trendyol.com saytı Elite istifadəçilər üçün Türkiyə daxili kargonu da pulsuz edir (sifariş minimum 30 tl olduqda).  Beləliklə, Elit istifadəçisi olmağın aşağıdaki üstünlükləri vardır:

 

1. Endirim kuponları əldə edirsiniz

2. Xüsusi məhsullarda endirimlər əldə edirsiniz

3. Türkiyə daxili karqo pulsuz

 

trendyol-elite-ustunlukleri

Beləliklə, bu blogumuzda Trendyol Elite statusunun faydalarından bəhs etdik. Son olaraq, qeyd edək ki, Türkiyədən sifarişlərin Azərbaycana çatdırılmasında ən sürətli və sərfəli kargo şirkəti olan “Dynamex”-in sizə təklif etdiyi “mənim üçün sifariş et” xidmətindən yararlandıqda Trendyoldan verilən sifarişlərdə Türkiyə daxili kargo pulsuz həyata keçirilir (30 TL və üzəri sifarişlərdə).