Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədə endirim günləri və həmin günlərdən qazanclı çıxmağın 4 yolu

Türkiyədə endirim günləri və həmin günlərdən qazanclı çıxmağın 4 yolu

07.06.2020

İnternetin alış-veriş vərdişlərimizi dəyişdirdiyini desək yəqin ki, yanılmarıq. Bir çoxumuz artıq ehtiyaclarını internetdən qarşılayır, bir qismimiz isə “toxunmasam, gözümlə görməsəm, almaram” düşüncəsini müdafiə edir.

 

1-ci qrupa aid olanların bir sıra üstünlükləri var deyə bilərik. Onlar bir çox endirim kampaniyalarından yararlana bilir, lazım olan malı endirim günlərində internetdən tükənmədən ala bilir, Türkiyədəki malları ucuz qiymətə sifariş edib pullarının bir qismini ciblərində saxlaya bilirlər.

 

Ancaq insanların və şəxsən mənim ağlıma da belə bir sual gəlir ki, nə zaman, hansı məhsulları sifariş etməliyəm? Çünki endirim zamanı məhsulun normal qiymətindən baha satan bəzi işbazlar da ortaya çıxır ki, onlardan qorunmaq və cibinizi dolu saxlamaq üçün bu bloqu oxumağa davam etməyinizi şiddətlə tövsiyə edirəm.

 

Türkiyə saytlarında endirim günləri:

 

1) 11 Noyabr (11.11)

 

Turkiye-11.11

 

Hər şey 1990-cı illərdə sevgilisi olmayan 4 çinli tələbənin bir-birinə zarafat məqsədilə hədiyyə almaqları ilə başladı. Sırf həmin tarixin tənhalar günü olmasına səbəb isə yalnızlığı təmsil edən dörd bir ədədindən (11.11) ibarət olmasıdır. AliExpress (Daha doğrusu Jack Ma) isə öz növbəsində bu şansı öncədən görərək həmin günü beynəlxalq alış-veriş festivalına çevirdi.

 

Əsasən onlayn platformalarda fəaliyyət göstərən bir çox qlobal marka da bu festival çərçivəsində 50%, 70% və hətta 90%-ə qədər endirim kampaniyaları keçirir. Keçən il Türkiyənin tanınmış alış-veriş saytlarından olan Trendyol endirim günlərini 9,10 və 11 noyabr olmaqla 3 gün davam etdirdi.

 

N11 saytı da həmin tarixdə təşkil etdiyi nəhəng endirim kampaniyaları ilə seçilir.

 

 

2) Qara Cümə (Black Friday)

 

kara-cuma-sifaris

 

Qara cümə amerikalıların Thanksgiving günündən sonrakı gün üçün istifadə etdikləri addır. Tarixçəsi ilə bağlı tam dəqiq məlumat olmasa da, ilk dəfə 1961-ci ildə Amerikanın Filadelfiya şəhərində bayramdan sonra meydana gələn tıxac və sıxlıq üçün istifadə edildiyi güman olunur.

 

Endirimin başlama tarixi isə hər noyabrın 27-nə təsadüf edir. Səyahət biletlərindən məişət əşyalarına qədər əksər məhsullarda nəhəng endirimin şahidi ola bilərsiniz. Paltarlara olan endirimlər isə insanları ticarət mərkəzlərinə getməyə sövq edən əsas amillərdəndir.

 

Siz də Black Friday günü ticarət mərkəzlərindəki uzun sıralar və geyilməkdən süzülmüş paltarlardan Dynamic Express vasitəsilə qurtula bilərsiniz. Endirim günlərində gücləndirici iş rejimində işləyən komandamız sizlərin məhsullarınızı qısa müddətdə sifariş edərək stokda bitmə riskini azaltmış olacaq.

 

Həmin gün böyük endirimə gedəcək olan onlayn mağazalar listini bu bloqumuzdan oxuya bilərsiniz.

 
 

3) Kiber bazar ertəsi (Cyber Monday)

 

cyber-monday-sifaris

 

Nəhəng endirim günlərindən biri olan kiber bazar ertəsi ilk olaraq pərakəndə şirkətlərin satışlarını qaldırmaq üçün 2005-ci Ellen Davis və Scott Silverman tərəfindən ortaya atılmışdır. Həmin gün endirimlər ancaq alış-veriş platformaları üzərindən həyata keçiriləcəkdi. Məqsəd “Qara Cümə” ilə yarışmaq idi. Sırf bazar ertəsi olaraq seçilmə səbəbi isə insanların onlayn alış-verişlərini daha çox bazar ertəsi etmələləridir.

 

Günümüzdə daha da qloballaşaraq Black Friday və 11.11 kimi böyük alış-veriş festivallarından birinə çevrilmişdir.  Bu il isə kiber bazar ertəsi noyabrın 30-u keçiriləcək.

 

Adından da təxmin edəcəyiniz kimi həmin gün əsasən texnoloji avadanlıqlara: telefon, qulaqcıq, planşet, televizor, audio-video avadanlıqları və fotoaparatlara böyük endirim kampaniyaları tətbiq edilir. Ancaq endirimlərin limiti yoxdur, fərqli sahələrdə də endirimlərlə qarşılaşa bilərsiniz.

 

Türkiyədə də bir çox onlayn platformalar “Cyber Monday”-ə özəl kampaniyalar təşkil edirlər. Mediamarkt da həmin gün, demək olar ki, bütün texnologiya avadanlıqlarına şok endirimlər tətbiq edir. Hər endirimə “mən də varam” deyən Trendyol festivalın aktiv iştirakçılardan biridir.

 

GoDaddy DigitalOcean kimi domen və hostinq şirkətləri də böyük endirimləri ilə fərqlənirlər.

 

Endirim günləri, tarixçələri, ilin hansı vaxtına düşdükləri, hansı platformalarda daha böyük endirimlərin olacağını öyrəndik. İndi isə həmin dövrdə məhsulları normal qiymətindən baha almamağınız üçün bir sıra tövsiyələr verəcəyik. Cibini sevən, lakin aldanmağı sevməyənlər yaxın əyləşin, bundan sonrası məhz sizin üçündür.

 

1) Məhsulu öncədən izləyin 

Endirimdən bir neçə gün öncə almaq istədiyiniz malların siyahısını hazırlayın və qiymətlərini bir yerə qeyd edin. Çünki bəzi işbazlar alış-veriş günlərindən normal 200TL-lik məhsulu 1000TL-dən 300TL-yə düşmüş kimi qələmə verib müştərini aldada bilirlər. Ona görə də, məhsulun normal qiymətini əvvəlcədən bilmək neçə faiz endirim olduğunu görməyinizə kömək edəcək.

 

2) Fərqli satıcıları qarşılaşdırın 

Trendyol, Hepsiburada, n11 kimi saytlarda fərqli satıcılar mövcuddur. Bəzən eyni məhsulun sayt daxili fərqli qiymətlərə olması mümkündür. Məhsulun ən endirimli olanını seçməyiniz daha məsləhətlidir.  

 

3) Müxtəlif saytlarla qarşılaşdırın 

Yuxarıda qeyd etdiyimiz punktun bir fərqli forması isə, eyni məhsulun fərqli saytlarda qiymətinin qarşılaşdırılmasıdır. Məhsulun tam adını kopyalayaraq fərqli saytların axtarış hissəsindən tapa bilərsiniz.

Beləliklə, məhsulun qiymət qarşılaşdırmasını rahatlıqla edə bilərsiniz.

 

4) Telefonun bildirişlərini açıq qoyun 

Trendyol, Morhipo, Hepsiburada kimi saytlar endirim günləri istifadəçilərinə xəbər məqsədli bildirişlər göndərir. Bu üstünlükdən yararlanmaq üçün telefonda həmin tətbiqin bildirişlərini açıq qoymağı unutmayın.

 

Yuxarıda qeyd edilənləri yerinə yetirməklə alış-verişinizdən daha qazanclı şəkildə çıxa bilərsiniz. Sadəcə bir az araşdırma və səbr lazımdır. Təbii ki, endirim günlərini də qaçırmamaq önəmlidir.

 

Bizi oxuduğunuz üçün təşəkkürlər. Çox alış-veriş edən dostlarınız və yaxınlarınızla paylaşaraq onların da endirimlərdən daha qazanclı çıxmasında vasitəçi ola bilərsiniz.

 

Bəs sizin favorit endirim gününüz hansıdır?