Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədən Azərbaycana karqo

Türkiyədən Azərbaycana karqo

06.11.2020

Türkiyədən Azərbaycana Kargo 

Türkiyədən Azərbaycana kargo xidmətinin necə istifadə edildiyi istehlakçılar tərəfindən ən çox marağa səbəb olan mövzulardan biridir. Son illərdə artan elektron ticarət göstəriciləri istehlakçıların xarici ölkələrdən, xüsusi ilə də Türkiyənin onlayn  alış-veriş mağazalarından istifadəsi intensivliyinin artdığını göstərir. Bu isə xaricdən məhsulların sifarişinin və daşınmasının maddi cəhətdən sərfəli olması ilə əlaqədardır. Eyni zamanda onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğu kimi faktorlar da onlayn ticarətin inkişafını sürətləndirən səbəblərdəndir. Xaricdəki onlayn mağazalardan alış-veriş zamanı məhsulların daşınmasını isə karqo şirkətləri həyata keçirir. Bu səbəbdən, "Karqo xidmətlərindən necə istifadə etmək olar?",  "Yüklərin daşınması zamanı çətinliklərlə qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?" kimi suallar daima müştərin maraq dairəsində olan məsələlərdəndir. 

 

Türkiyədən alış-veriş 

Türkiyədən alış-veriş zamanı istehlakçıların ən çox sifariş etdikləri məhsullar arasında geyim əşyaları, çanta, ayaqqabı, ətir və kitab kimi məhsullar yer almaqdadır. Türkiyədən sifarişin ən böyük üstünlüyü isə ucuz və keyfiyyətli məhsulların daha asan tapılan olmasıdır. Xüsusilə də Trendyol.com, n11.com kimi alış-veriş saytlarının il ərzində bir çox endirim kampanyalarının həyata keçirməsi də istehlakçıları Türkiyədən alış-veriş etməyə sövq edən səbəblərdəndir. Dynamex vasitəsilə Türkiyə saytlarından sifariş üçün alış-veriş etdiyiniz onlayn mağazanın ünvan bölməsinə, Dynamex.az saytında şəxsi hesabınızda yer alan xaricdəki ünvanların bölməsindəki məlumatları daxil edirsiniz və sifarişiniz Türkiyə daxili karqoya verildikdən sonra saytımızda bağlamanızı bəyan edirsiniz. 

Türkiyədən sifarişlərin həyata keçirilməsinin Dynamex.az saytı vasitəsiylə isə çox rahat ikinci yolu da mövcuddur. Dynamex.az saytında yer alan "Mənim üçün sifariş et" xidməti ilə müştərilər arzuladıqları məhsulları çox rahatlıqla əldə edə bilirlər. Bunun üçün isə sadəcə seçdiyiniz məhsulun linkini saytımızda yer alan bölməyə daxil etməyiniz kifayətdir, beləliklə əməkdaşlarımız sizin yerinizə alış-veriş prosesini həyata keçirirlər. "Mənim üçün sifariş et" xidmətinin üstünlükləri isə aşağıdaki kimidir:

1.Alış-veriş prosesinə əlavə vaxt sərf etmirsiniz

2.Saytımızda məhsulları bəyan etməyə ehtiyac olmur, əməkdaşlarımız bu prossesi də özləri həyata keçirirlər.

3.H&M, Zara, Koton kimi sadəcə Türkiyə kartları ilə alış-verişin mümkün olduğu saytlardan sifarişlərin qəbulu.

 

Türkiyədən sifarişlərin daşınması

Türkiyədən sifarişlərin daşınmasını karqo şirkətləri həyata keçirir ki, bu sahədə də istehlakçılar keyfiyyətli xidmət əldə etməkdə çətinliklərlə qarşılaşırlar. Dynamic Express olaraq biz, müştərilərə ən sərfəli qiymətlərlə, ən keyfiyyətli xidməti göstərməyi özümüzə vəzifə olaraq qəbul etmişik. Dynamex.az ilə müştərilər 1 dollardan başlayan qiymətlərlə məhsulların daşınmasını həyata keçirə bilərlər. Eyni zamanda qeyd edək ki, digər karqo şirkətlərindən fərqli olaraq Dynamic Express maye məhsullar üçün xüsusi tarif tətbiq etmir və adi məhsul tarifi ilə bu məhsulların daşınmasını həyata keçirir. Eyni zamanda Türkiyədən sifarişlərin daşınması zamanı Dynamic Express müştərilərdən əlavə məbləğ tələb etmədən bağlamaların ödənişsiz sığortalanmasını həyata keçirir. Ödənişsiz sığorta şərtləri isə belədir.

Türkiyədən bir başa evlərə çatdırılma:

Türkiyədən sifariş prosesi yekunlaşdıqdan sonra bağlamalarınız ilk olaraq xarici anbarımıza, daha sonra isə Bakı ofisimizə daxil olur və bağlamalarınızı buradan gəlib, təhvil ala bilirsiniz. Eyni zamanda evinizi tərk etmədən, sadəcə kuryer xidmətimizdən yararlanaraq, bağlamanızın bir başa istənilən ünvana çatdırılmasını da həyata keçirə bilərsiniz. Azərbaycanın rayon və regionlarına isə bağlamaların poçtla göndərilməsi mümkündür. Müştərilərin rahatlığını düşünərək yaradılmış onlayn kuryer və onlayn poçt sifarişi xidmətlərimiz ilə bağlamalarınızın arzuladığınız ünvana çatdırılması həyata keçirilir.

 

Beləliklə hər bir şəxs ardıcıllıqla bu prosesləri həyata keçirərək Türkiyədən arzuladığı məhsulları əldə edə bilər. Xoş alış-verişlər.