Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Türkiyədən çanta sifarişi etmədən öncə nələri bilməliyik?
09.01.2021Çantalar hər zaman həm xanımların, həm də kişilərin tərzlərində sadəcə geyimlərini tamamlayan bir aksesuardan daha çox rol oynayıblar. İllər keçdikcə çanta trendləri dəyişsə də, Türkiyədən çanta sifarişi edən alıcılar müxtəlif onlayn alış-veriş saytlarından öz stillərinə və ehtiyaclarına uyğun çanta sifarişi edə bilirlər. Artıq anlaşıldığı kimi bu bloqumuzda Türkiyədən çanta sifarişinizi etmədən öncə nələrə diqqət etməli olduğunuz, ən çox istifadə olunan çanta modelləri və hansı etibarlı çanta sifarişi saytlarının mövcud olduğu haqqında danışacağıq.
Ümumiyyətlə, çantalar görünüşümüzdəki ən vacib aksesuarlardan biri hesab olunurlar. Çünki bəzən sadəcə bir çantanı dəyişməklə sadə gündəlik geyiminizi daha eleqant edə bilərsiniz. Əgər Türkiyədən çanta sifarişi edərkən yanlış seçim etsəniz, yeni çantanızın görünüşünüzü korlayaraq fikirlərin çantanın uyğunsuzluğuna cəlb olunmasına səbəb ola bilərsiniz və bunu heç vaxt istəməyəcəyinizə əminik. Bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün və Türkiyədən çanta sifarişi etmədən öncə öz ehtiyacınıza ən uyğun çantanı seçmək üçün bir neçə məqama diqqət etməlisiniz.
Öncəliklə Türkiyədən çanta sifarişi edərkən onun funksional olmasına xüsusi fikir verin. Bir misalla funksional dedikdə nəyi nəzərdə tutduğumuzu izah edək. Çox güman ki, hər bir xanıma bu ssenari tanışdır: Özünüz üçün böyük həcmli bir çanta almısınız və təbii ki, sizə lazım olan və olmayan bir çox şeyi özünüzlə götürmüsünüz. Telefonunuz və ya açarınız sizə lazım olduqda isə çantanın hər yerini axtarmağınıza baxmayaraq tapa bilməmisiniz. Bu halda, Türkiyədən çanta sifarişi edərkən çantanın müxtəlif ölçüdə bölmələrinin olmasına diqqət etməyiniz sizin işinizi xeyli asanlaşdıra bilər. Kiçik bölmələrə kosmetika, açar kimi kiçik əşyalarınızı, nisbətən böyük bölmələrə isə digər əşyalarınızı qoymaqla siz bu problemi həll etmiş olursunuz. Lakin, bank kartlarınızı və digər sənədlərinizi yerləşdirərkən çantanın çox işlətdiyiniz bölmələrinə qoymamağınız daha uyğun olacaqdır. Çünki, başqa əşyaları götürdükdə onlar xəbəriniz olmadan düşə və itə bilər.
Türkiyədən çanta sifarişi etmədən öncə cavab tapmalı olduğunuz növbəti suallar isə çantanı harada və nə məqsədlə istifadə edəcəyinizdir. Məsələn, gündəlik işə gedərkən sizə lazım ola biləcək əşyaları qoymaq üçün çanta alış-verişi etmək istəyirsinizsə, belə çantaları hər gün istifadə edəcəyiniz üçün sizə ən rahat olan və yüngül materialdan hazırlanmış modelləri seçməyə çalışın. Habelə, Türkiyədən çanta sifarişi edərkən nə çox böyük, nə də çox kiçik çanta seçimi etməyinizi tövsiyyə edərdik. Çünki, çox kiçik çantaya əşyalarınız yerləşməyəcək, çox böyük çantanı isə hər gün özünüzlə götürməkdə çətinlik çəkəcəksiniz.
Türkiyədən çanta sifarişi edərkən nəzərə almalı olduğunuz digər məqam çantanın hazırlandığı materialdır. Xüsusilə, gündəlik istifadə edəcəyiniz çantaları alarkən onlayn sifariş etdiyiniz məhsulun orijinal olub-olmamasına diqqət yetirməlisiniz. Çünki, müəyyən müddətdən sonra orijinal olmayan çantalar davamlı istifadə üçün yararlı olmur və hətta zəncirbəndi asanlıqla qırılır. Həmçinin, çantanın materialının sukeçirməz olması daha yaxşıdır. Deyək ki, qış üçün ayaqqabı sifarişi etmisiniz və yeni ayaqqabınıza uyğun çanta da sifariş etmək istəyirsiniz. Sukeçirməz materialdan ayaqqabı seçdiyiniz kimi bu xüsusiyyəti eynilə Türkiyədən çanta sifarişinizi edərkən də axtarmağınızı tövsiyyə edirik. Çünki, sukeçirən material çantanızdakı vacib sənədlərinizi islada bilər.
İndi isə Türkiyədən çanta sifarişi edənlərin rəğbətini qazanaraq bu kateqoriyada ön sıralarda mövqe tutan modellərə və bu çantaları ala biləcəyiniz etibarlı onlayn alış-veriş saytlarına nəzər yetirək:
Çiyin çantaları
Türkiyədən çanta sifarişi edən xanımların ən çox üstünlük verdiyi çanta çeşidlərindəndir. Demək olar ki, hər xanımın aksesuar qarderobunda bu çantanın hər hansı bir növündən mütləq görə bilərsiniz. Çünki, həm kiçik ölçülü, həm də böyük ölçülü növləri ilə müxtəlif stillərə sahib xanımlar istər gündəlik geyimlərində, istərsə də hər hansı şənliyə gedərkən bu çantalardan rahatlıqla istifadə edə bilirlər. Elə bu səbəbdən, məşhur brendlərin bir çoxunun kolleksiyalarında belə çanta modellərini görürük. Türkiyədən çanta sifarişi edərkən Zara, Derimod, Elle, Aldo və Koton kimi brendlərin saytlarına baş çəkərək belə çantaların geniş çeşidi arasından rahatlıqla seçim edə bilərsiniz.
İdman çantaları
İdmana başlamazdan öncə bizi düşündürən idman geyimləri sifarişində nələrə diqqət edəcəyimiz, idman ayaqqabılarımızı necə seçəcəyimiz və nəhayət, bunları özümüzlə götürəcəyimiz idman çantası sifarişi olur. İdman həvəskarlarının bir çoxu bu idman üçün edəcəyi alış-verişi Türkiyədən çanta sifarişi edərək tamamlamaq istəyirlər. Çünki, həm müxtəlif rəyləri oxuyaraq məhsulun uzun müddət istifadə edilə biləcəyindən əmin olurlar, həm də Adidas, Nike, Oysho, Puma və Hummel kimi məşhur brendlərin endirimlərindən yararlanmaq imkanına sahib olurlar.
Clutch çantalar
İstənilən stildə geyimlə istifadə edildikdə daha eleqant görüntü yaradan bu çantaları son dövrün trendlərində demək olar ki, hər il görürük. Bəziləri sadəcə əldə götürüldüyü üçün bu çantaları bəyənməsə də, Türkiyədən çanta sifarişində sırf bu növ çantaları axtaranlar da az deyil. Ən məşhur brendlər və geniş çeşidlə tanış olmaq üçün Vakko, Hotiç, Tergan və Yargıcı markalarının saytlarına göz gəzdirməyinizi tövsiyyə edirik.
Bel çantaları
Türkiyədən çanta sifarişi ilə bağlı danışarkən son illərin yeni trendi bel çantalarından da danışmadan keçə bilməzdik. Çox zaman evdən çıxarkən özümüzlə çantamıza yerləşməyəcək bir çox əşya götürməli oluruq. Məsələn, çətir, kiməsə aparacağımız hədiyyələr və s. Bu zaman çanta da “daşımaq” bizə sanki əlavə yük kimi gələ bilir. Bel çantaları isə bu problemə həll tapmaq məqsədilə istehsal olunub və son zamanlar xüsusilə məşhurlaşıb. Fərqli stillər üçün bu çanta modellərini Türkiyədən çanta sifarişi edə biləcəyiniz Pull&Bear, Bershka, Stradivarius, Levi’s və Mango kimi saytlardan əldə etməyiniz mümkündür.
Kompyuter çantaları
Müasir dövrdə artıq bir çoxumuz bütün işlərini kompyuter üzərindən görür. Təkcə işlərimizi deyil, alış-verişimizi də kompyuterlər vasitəsilə edirik. Bunun çoxsaylı üstünlüklərini sayaraq mövzumuzdan kənarlaşmaq niyyətində deyiləm. Lakin, Türkiyədən çanta sifarişi edənlərin kompyuterləri üçün də çanta alış-verişi etdiyini nəzərə alaraq bu modellər haqqında da qısaca məlumat vermək istərdik. Belə çantaların üstün cəhəti son dərəcə funksional istifadə oluna bilməsidir. Müxtəlif bölmələrinin olması həm kompyuterinizi, həm də digər əşyalarınızı qoymağa imkan verir. Beləliklə, kompyuterimiz üçün ayrı, digər əşyalarımız üçün ayrı çanta götürmək kimi problemlərimiz olmur. Əgər siz də kompyuterinizi tez-tez özünüzlə götürməli olursunuzsa, elektronika məhsulları satan saytlardan belə çantaları əldə edə bilərsiniz, bundan başqa hər zaman Türkiyədən çanta sifarişi edilən US Polo ASSN, Nine West, Benetton və Pierre Cardin kimi brendlərdən də bu çantaları ala bilərsiniz.
Kürək çantaları
Türkiyədən çanta sifarişi kateqoriyasında çiyin çantalarından sonra ən geniş növə sahib çanta növüdür. Belə ki, idmanın müxtəlif növləri üçün, həmçinin gündəlik geyimlə uyğunlaşdıra biləcəyiniz daha kiçik modellər mövcuddur. Əgər daha fərqli stildə kürək çantası modelləri axtarışındasınızsa, növbəti çanta alış-verişinizdə Deichmann, The North Face, LC Waikiki, Defacto və New Balance kimi tanınmış brendlərin saytlarına baş çəkməyinizi məsləhət görürük.
Beləliklə, Türkiyədən çanta sifarişi edənlərin sevimli çanta modelləri və onları təklif edən məşhur brendlərlə tanış olduq. Əgər siz çanta seçərkən müxtəlif markaların saytlarına nəzər yetirmək istəmirsinizsə və geyim, ayaqqabı və çanta sifarişlərinizi bir sayt üzərindən həyata keçirmək istəyirsinizsə, o zaman sadaladığımız markaların hamısının cəmləndiyi Trendyol, Hepsiburada, Boyner, Morhipo və Gittigidiyor kimi onlayn alış-veriş saytlarına baxaraq Türkiyədən çanta sifarişi edə bilərsiniz.
Hər birinizə xoş alış-verişlər!