Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədən ev heyvanları üçün aksesuar sifarişi

05.10.2023

Ev heyvanları Haqqında

Ev heyvanları həyatımıza rəng qatan və bizə yoldaşlıq edən sadiq dostlarımızdır. Sevimlilərlə  ilə keçirilən hər an bizə xoşbəxtlik və sevgi qatır. Sadiq dostlarımız ilə vaxt keçirmək insanın stress hormonunu azaldır, təklikdən uzaqlaşdırır, daha məsuliyyətli və səbrli olmağına kömək edir.

Ev heyvanlarının saxlanılması qaydaları nələrdir? Heyvan aksesuarları seçərkən nələrə diqqət etmək lazımdır?

Ev heyvanları saxlama qaydalarının ən başlıcası məsuliyyətli olmaqdır. Onlara qidanın düzgün və vaxtında verilməsi, baxımlarının edilməsi və ehtiyaclarının qarşılanması çox önəmlidir. Burada ən önəmli olan nüanslardan biri də düzgün aksesuar seçimidir. Bu sevimlilər üçün aksesuar  seçərkən təhlükəsiz,keyfiyyətli və rahat olamasına diqqət etmək lazımdır. Aksesuar seçimləri arasında xaltalar, yaxalıqlar, qayışlar, çarpayılar, yemək və su qabları, itlər üçün ağızlıqlar, geyimlər, baxım məhsulları  böyük yer tutur. Bundan başqa oyun üçün oyuncaqlar da çox önəmlidir. Məsələn, pişiklər çox maraqlı heyvanlardır. Onları evdəki pərdələri və mebelləri cızmağı şox sevirlər. Ancaq bunun da çarəsi var. Onlar üçün interaktiv oyuncaqlar almaqla bu problemi aradan qaldırmaq olar.

Ev heyvanları üçün  aksesuarları evdən çölə çıxmadan Dynamex vasitəsiylə türkiyədən sifariş edə bilərsiniz.Siz sevimli dostlarınızla vaxtın necə keçdiyini bilmədən sifarişləriniz Dynamex ilə qapınızda olsun. Elə indi Dynamex ilə sifariş edin.

Dynamex-in sizə təqdim etdiyi aksesuar linkləri: