Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədən Kitab Sifarişi

Türkiyədən Kitab Sifarişi

06.03.2021

Türkiyədən Kitab Sifarişi

 

Müasir dünyamızda kitablara maraq olduqca çox olsa da kitab oxumağa ayrılan müddətlərin getdikcə azaldığını müşahidə edə bilirik. Bunun da əsas səbəbi internetin geniş yayılması və lazım olduqda istənilən məlumatın asanlıqla tapıla bilən olmasıdır. Lakin kitab oxumağın daha dərin biliklərə sahib olmaq və dünya görüşünü artırmaq cəhətdən əvəzsiz olduğu danılmaz bir gerçəkləkdir. Bir çox insan həm öz peşəsinə aid bilikləri artırmaq həm də eyni zamanda müxtəlif sahələrə aid biliklərə agah olmaq üçün daim kitab oxumağa üstünlük verirlər. Hazırda ölkəmizdə də bir çox kitab mağazası və çap mərkəzləri olsa da Türkiyənin bu sahədə təcrübəsi və Türkiyədəki çeşid bolluğu bir çoxlarını oradan kitab sifarişi etməyə sövq edən səbəblərdəndir.

 

Hədiyyə kimi kitab

 

Kitab bir çoxlarının hədiyyə kimi həm qəbul etməyi həm də verməyi çox sevdiyi bir əşyadır. Hədiyyə kimi verilən kitab maddi dəyərinin yanı sıra mənəvi dəyəri də böyükdür. Kitab illərcə saxlanılan və içərisindəkilər köhnəlməyən, zənginliyi vaxt keçdikcə artan bir vasitədir. Kitab hədiyyə kimi qarşınızdakı şəxsə dəyər ötürmək vəya dəyər qatmaq cəhətdən olduqca əhəmiyyətli bir hədiyyə olacaqdır.

 

Türkiyədən Kitab sifarişi üçün saytlar

 

Türkiyədən ən çox sifariş edilən məhsullar arasında kitablar da olduqca böyük  bir hissə təşkil etməkdədir. Bunun əsas səbəbləri isə Türkiyədə kitab çap edən mərkəzlərin sayının bizə nəzərən qat qat çox olması və geniş çeşit aralığına sahib olmasıdır. Eyni zamanda Türkiyədəki kitabların qiymət olaraq daha münasib olması da istifadəçilərimizin Türkiyədən kitab sifarişinə üstünlük vermələrinə səbəb ola bilir.

 

Türkiyənin aşağıda qeyd edilən onlayn mağazaları isə müştərilərin kitab sifarişi üçün ən çox seçdikləri mağazalardır.

Türkiyədən Kitab Sifarişi

Kİtapyurdu.com 

“Kitap Kurtlarının Sitesi” sloganı ilə tanınan Kitapyurdu Türkiyənin bu sahədə ən bilinən və ən çox istifadə edilən mağazalarından birisidir. Kitapyurdu Türkiyədə bu sahədə uzun illərdir fəaliyyət göstərir və müxtəlif sahə və janrlarda yüz minlərlə kitabın satışını həyata keçirir. Kitapyurdu mağazasında istifadəçilər istədikləri kitabları tapa bilər və alış veriş edərkən xallar toplaya bilər ki, bununla da daha sonra endirimlərdən və müxtəlf kampanyalardan yararlana bilərlər.

 

İdefix.com

İdefix 1999 cü ildə yaradılmış və satışa başlamış Türkiyənin ən böyük kitab mağazalarındandır. İdefix geniş məhsul növü çeşitliliyinə sahib olsa da əsas ixtisaslaşması kitab satışı üzrə olmuşdur. İdefix eyni zamanda qırılan meşələrin bərpası üçün hər il satılan kitablardan əldə etdiyi məbləğin bir hissəsini yaşıllaşdırma işlərinə ayırdığını bildirmişdir.

 

D&R 

D&R 1997-ci ildə fəaliyyətə başlamışdır. Hazırda isə Türkiyənin 48 şəhərində 200-dən çox mağazası mövcuddur. D&R mağazalarında incəsənət və eyləncə sahəsinə məxsus geniş məhsul çeşitliliyi mövcuddur. Bu marka Türkiyənin kitab satışı sektorunda ən güçlü markaları arasında ön sıralarda yer almaqdadır.

 

Nadirkitap.com

Nadir Kitap daha uyğun və sərfəli kitab əldə etmək istəyənlər üçün yaradılmış bir platformadır. 2006 cı ildən etibarən onlayn olaraq fəaliyyət göstərən Kitapyurdu kitab satıcıları ilə alıcıları eyni yerə toplayan bir saytdır.