Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədən kitab sifarişi edə biləcəyiniz saytlar!

Türkiyədən kitab sifarişi edə biləcəyiniz saytlar!

28.09.2020

Türkiyədən kitab sifarişi edə biləcəyiniz bütün saytlar və məlumatlar bu bloqda!

Kitab oxumaq faydalı, bir o qədər də maraqlı hobbidir. Hobbi sözü bəlkə də, yerinə düşmədi. Çünki bir çoxları üçün kitab oxumaq həyat tərzidir və elə olması arzuolunandır.

Kitab almağın da bir sıra yolları var, məsələn: Bakıda yerləşən kitab mağazalardan, ya da ikinci əl satan mağazalardan daha ucuz qiymətə alına bilər. Hətta dostunuzdan götürüb uzun müddət qaytarmaya da bilərsiniz. Bir alternativ də var ki, həm rahat həm də ki sərfəlidir. Söhbət Türkiyədən Azərbaycana kitab sifarişindən gedir.

Biz bilirik ki, müştərilərimiz arasında daimi mütaliə edənlər çoxdur. Biz də sizi nəzərə alaraq Türkiyədən onlayn kitab sifarişi edə biləcəyiniz saytları bir araya topladıq. Elə isə başlayaq.

 

Türkiyədən kitab sifarişi üçün ən etibarlı saytlar:

 

Kitapyurdu

 

kitapyurdu-kitab-sifarisi

 

Türkiyənin ən məşhur onlayn kitab alış-verişi saytlarından biri olan Kitapyurdu, fərqli janrdakı kitablara tətbiq etdiyi endirimləri ilə müştərilərini məmnun etməyi bacarır. Əgər kitab seçimi zamanı qərarsız qalsanız, Kitapyurdunun istifadəçiləri köməyinizə çatacaq. Bol və spesifik kitab rəyləri tapacağınız nadir saytlardan biridir. Eyni zamanda hər alış-verişi etdiyiniz zaman xallar toplanır və həmin xallarla ödənişsiz kitablar əldə etmək mümkündür.

 

D&R

 

dr-kitab-sifarisi

 

Kitab və dəftərxana ləvazimatları deyəndə ilk ağla gələn saytlardan biri sözsüz ki, D&R-dır. Bu saytda texnoloji məhsullar, jurnallar, hədiyyəlik əşyalar və maraqlı məhsullar tapa bilərsiniz. Eyni zamanda yeni çıxan kitablara etdikləri endirimlərlə istifadəçiləri saytlarına cəlb etməyi bacarırlar.

Onu da qeyd edək ki, bu ayın 27-nə qədər məktəb ləvazimatlarına %30 endirim mövcuddur. Bu link vasitəsilə həmin endirimli məhsulları Dynamex vasitəsilə sifariş edə bilərsiniz. 

 

Idefix

 

idefix-kitab-sifarisi

 

Türkiyədən kitab sifarişi mövzsunda bloq yazırıqsa, Idefix-i vurğulamadan keçmək olmaz. Sayt, istədiyinizi kitabları rahat tapa bilməyiniz üçün dizayn olunub. Kitab setlərinə tətbiq etdiyi xüsusi endirimləri gözdən qaçırmamaqda fayda var. Saytda davam edən iri çaplı endirimlərlə buradan tanış ola bilərsiniz.

 

BKM Kitap

 

“Kitab əldə etməyin ən asan yolu” sloganı ilə irəliləyən Türkiyənin kitab sifarişi saytlarından biri olan BKM Kitab saytında bir çox yenilikləri ilə müştəriləri təəccübləndirməyi bacarır. Artıq siz sevdiyiniz kitabın qısa qol köynəklərini də bu sayt vasitəsilə türkiyədən sifariş etmək mümkündür. Köynəklərə bu link  vasitəsilə nəzər yetirə bilərsiniz.

 

Pandora

 

pandora-kitab-sifarisi

 

Pandora təkcə zinət əşyaları satılan deyil, əlavə olaraq Türkiyədən kitab sifarişi edə biləcəyiniz saytdır. Necə deyərlər, bu pandora başqa pandoradır. Universitet və ingiliscə kitablar kateqoriyasında da özünü təsdiqləmiş Pandora, endirim mövzusunda da cəsarətli davranmaqdan çəkinmir.

 

Babil

 

babil-kitab-sifarisi

 

Babil.com onlayn kitab sifarişi saytı da güvənilir saytlardan biridir. Hal-hazırda rəqəmsal marketinq kitablarına %50 endirimi ilə diqqəti çəkir.

 

Kitapsepeti

 

Gündəlik davam edən kampaniyaları və endirimləri kitabları çox sərfəli qiymətə əldə etməyinizə yol açacaq. Həmçinin kitapsepeti vasitəsilə seçilmiş kitabların karqo qiymətlərindən azad ola bilərsiniz.

Karqo ödənən kitablara bu link vasitəsilə keçid edə bilərsiniz.

 

Ucuzkitapal

 

ucuzkitapolsun-kitab-sifarisi

 

Saytdaki qiymətlər doğurdan da Türkiyədən kitab almaq həvəsini artıracaq dərəcədədir. Bu saytdan siz məşhur kitabları Dynamex vasitəsilə sifariş edin, qısa müddətdə kitabları oxumağın dadını çıxarın!

 

Hepsiburada

 

hepsiburada-kitab-sifarisi

 

Türkiyədən onlayn alış-veriş edirsinizsə Hepsiburada-ya mütləq rast gəlmisiniz. Bu saytda hər növ məhsulu endirimli şəkildə tapmaq mümkündür. Təbii ki, kitab alış-verişi da bu kateqoriyaya daxildir. Hepsiburadanın kitablarını bu link vasitəsilə əldə bilərsiniz.


Beləliklə bloqumuzun sonuna gəldik. Sizin üçün Türkiyənin 9 məşhur kitab sifarişi saytını bir araya topladıq. Hər bir saytın da fərqləndirici amillərini araşdırıb ortaya çıxarmağa çalışdıq ki, qərarsız qaldığınız zaman sizə seçimdə kömək edə bilək. 

Xoş mütaliələr!