Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Türkiyədən onlayn sifariş etmək üçün alış-veriş saytları - [2021]

Türkiyədən onlayn sifariş etmək üçün alış-veriş saytları - [2021]

08.06.2020

Türkiyədən sifariş etmək zamanıdır.

 

Turkiyeden onlayn sifariş üçün ən ucuz və çox endirim edən onlayn alış-veriş saytları hansılardır? Bəs turkiyeden az bilinən, ancaq ucuz saytlar hansılardır? Və bu kimi suallara cavab axtarırsınızsa doğru yerdəsiniz, bu bloq tam sizin üçün yazılıb.

 

Turkiyeden sifaris | Trendyoldan sifaris qaydasi | Turkiye saytlarindan sifaris | Trendyoldan nece sifaris etmek olar | Trendyol Azerbaycan | Turkiyeden sifariş | Türkiyədən sifariş | Turkiyeden onlayn sifaris | Turkiyeden kosmetika sifarisi | Turkiyeden sifaris saytlari | Turkiyeden nece sifaris | Turkiyeden online sifaris

 

İnternetin gözəl xüsusiyyətlərindən biri də evdən çıxmadan onlayn alış-verişin mümkün olmasıdır. Çox yox, 10 il əvvəl belə bir şeyin ehtimalı fantastik gələ bilərdi, amma texnologiya dövrünün vazkeçilməzlərindən biri də onlayn alış-verişlərdir.

 

Ənənəvi mağazalardan fərqli olaraq onlayn ticarət saytları müştərilərinə bir çox kampaniya və endirim fürsətləri təklif edir. Vəziyyət belə olduğu halda alış-veriş platformalarının gündən-günə populyarlaşmağa başlamağı təsadüfi deyildi. Əsas sual isə odur ki, hansı saytdan nə almaq daha doğrudur?

 

Bu bloqumuzda sizin üçün bir çox fərqli kateqoriyadakı onlayn alış-veriş saytlarını detallı şəkildə analiz edib bir araya topladıq. İlk olaraq fərqli sayt kateqoriyalarını, daha sonra isə qısa və fərqləndirici xüsusiyyətlərini sizlərə təqdim edəcəyik. Elə isə başlayaq!

 

Onu da qeyd edim ki, Dynamic Express vasitəsilə bu saytların hər birindən istənilən məhsulu Türkiyədən onlayn sifariş edə bilərsiniz. Necə sifariş edilməsi ilə bağlı bu linkdən məlumat ala bilərsiniz.

 

Türkiyədən onlayn sifariş üçün alış-veriş saytları:


Morhipo

turkiyeden-sifaris-morhipo

Morhipo 2011-ci ildə Boyner Holding tərəfindən qurulmuş və illər keçdikcə müştərilərin rəğbətini qazanmağa nail olmuş onlayn alış-veriş saytıdır. Morhiponun brend markalara etdiyi %90-ə qədər endirimləri onu Türkiyənin ən çox izlənən moda saytlarından biri etdi. Morhiponun mobil tətbiqindən də istifadə edərək onlayn alış-verişinizi rahatlıqla edə bilərsiniz.

 

Trendyol sifariş

turkiyeden-sifaris-trendyol

Türkiyədən onlayn sifariş deyəndə ilk yada düşən saytlardan biri də, şüphəsiz ki, Trendyoldur.  Bu saytın hətta özünün “Milla by Trendyol” brendi də mövcuddur. Çox ucuz qiymətə zövqünüzü oxşayacayaq malları sifariş edə bilər, sürətli karqo funksiyası vasitəsilə onlara tez bir zamanda qovuşa bilərsiniz.

 

Tozlu sifariş

turkiyeden-sifaris-tozlu

Geyim kateqoriyasında alternativ saytlardan biri olan Tozlu.com 2011-ci ildə qurulub. Qapalı (Hicab) geyim kateqoriyasında çeşidliliyi ilə seçilən bu sayt müştərilərinə gündəlik özəl endirim təklifləri təqdim edərək Türkiyənin ən önəmli alış-veriş saytlarından biri olmağı bacarıb.

 

Sportive sifariş

turkiyeden-sifaris-sportive

Adından da göründüyü kimi idman malları satışında ixtisaslaşmış onlayn alış-veriş saytlarından biridir. Təkcə idman geyimləri deyil, fərqli idman növünə aid ləvazimatları buradan tapa bilərsiniz. Həmçinin Nike, Adidas, Puma, New Balance, Under Armour, Skechers, Slazenger kimi tanınmış brendlərin bir çox məhsullarını buradan sifariş verə bilərsiniz.

 

Boyner sifariş

turkiyeden-sifaris-boyner

Əsasən geyim üzərinə fokuslanmış  Boyner onlayn alış-veriş saytında parfümeriya və aksesuarlar da tapmaq olar. Rəqiblərindən ən böyük fərqi isə sayt içində outlet-in olmasıdır.

 

Türkiyənin ev ləvazimatları saytları:


Koçtaş sifariş

turkiyeden-sifaris-koctas

1996-ci ildən Türkiyə bazarında olan firma 2005-ci ildə ilk onlayn mağazasını açdı. Saysız ev dekorasiyası, mətbəx və bağ əşyaları tapa biləcəyiniz saytda  Avropanın öndə gedən markalarının məhsulları da mövcuddur.

 

Evidea  sifariş

evidea-dekor-turkiye

Evi üçün alış-veriş etməyi sevənlər, evinə dizaynerə ehtiyac duymadan hər zövqə uyğun dekorativ dəyər qatmaq istəyən şəxslər üçün Evidea onlayn mağazası vazkeçilməzdir. Ev dekoru ilə bağlı ən yeni trendləri bu onlayn alış-veriş saytı vasitəsilə izləyə bilərsiniz.

 

Bir çox məhsul kateqoriyasına sahib alış-veriş saytları:


n11  sifariş

n11-azerbaycan

Türkiyənin onlayn alış-veriş saytlarından biri də hər ilin 11-ci ayı 11-ci günündə təklif etdiyi böyük endirimlərlə müştərilərini sevindirən n11-dir. Bu onlayn mağazada siz məişət əşyalarından texnoloji cihazlara, geyimdən idman ləvazimatlarına qədər bir çox fərqli kateqoriyaya aid məhsulları tapa bilərsiniz.

 

Hepsiburada sifariş

hepsiburadan-azerbaycana-sifaris

İnternetdən alış-veriş mövzusunda ən köklü saytlardan biridir. 12,7 milyondan çox məhsul çeşidi ilə axtardığınız hər şeyi tapa bilərsiniz. Onu da qeyd edək ki, 2013-cü ildə Türkiyənin ən yaxşı onlayn alış-veriş saytı seçilərək müştərilərinin güvənini qazandı və qazanmağa davam edir.

 

Gittigidiyor sifariş

gittigidiyor-azerbaycana-sifaris

2001-ci ildən fəaliyyət göstərən və onlayn alış-veriş saytları arasında köklü olması ilə fərqlənən Gittigidiyor-un 23 milyondan artıq aktiv istifadəçisi var. Bir çox fərqli kateqoriyadan mallar tapa biləcəyiniz kimi ikinci əl məhsullara da burada rast gələ bilərsiniz. “Yıldız Fırsatları” kampaniyası sayəsində ütüdən çantaya qədər bir çox məhsulu ucuz qiymətə sifariş edə bilərsiniz.

 

 

Kitab alış-verişi üçün ideal saytlar:


Kitapyurdu sifariş

Fəlsəfə və psixologiyadan tutmuş biznes və şəxsi inkişafa qədər fərqli janrları əhatə edən, modern ədəbiyyatdan klassiklərə qədər uzanan kitab portfoliosu ilə sahəsində lider saytlardandır. Kitapyurdunda həmçinin jurnallar və dəftərxana ləvazimatları da tapa bilərsiniz.

 

D&R sifariş

d&r-kitab-sifarisi

Mahiyyət olaraq Kitapyurdu ilə eyni sektorda xidmət edən D&R onlayn kitab alış-veriş saytının əsas fərqləndirici xüsusiyyəti elektronika, hədiyyəlik əşyalar və idman ləvazimatlarının satışı ilə bağlıdır. Əlavə olaraq tez-tez keçirilən endirim kampaniyalarını da yaddan çıxarmamaqda fayda var.

 

 

Bonus alış-veriş saytları:


Akakçe sifariş

akakce-endirim-sayti

Yuxarıda qeyd etdiyimiz onlayn alış-veriş saytlarında çox vaxt tək ölçü qalan, tükənən məhsullara böyük endirimlər olur. O qısa vaxt ərzində bitən endirimləri qaçırmamaq üçün belə bir sayt yaradılıb. Ancaq endirimli məhsulların yerləşdiyi bu saytda Trendyol, n11 və s. kimi onlayn alış veriş mağazalarının kampaniyalarından tez bir şəkildə xəbər tuta, endirimli məhsulu hamıdan öncə sifariş edə bilərsiniz.


Son olaraq onu da qeyd edək ki, bu bloqumuzda brendlərin özünə aid saytlarını qeyd etməmişik çünki hər brendin saytını yerləşdirib məlumat verməyə nə bizim vaxtımız, nə sizin səbriniz çatar. Ona görə daha geniş məhsul portfoliosuna sahib və bir çox brendi özündə birləşdirən onlayn alış-veriş saytlarına yer vermişik.

 

Siz də bəyəndiyiniz alış-veriş saytını və səbəbini rəyə yazaraq başqa alıcılara tövsiyə vermiş olarsınız. Türkiyədən sifariş bu qədər asan!

 

türkiyədən sifariş | türkiyədən sifariş saytları | türkiyədən sifariş et | türkiyədən sifarişlər | türkiyə saytlarından sifariş

türkiyədən ətir sifarişi | türkiyədən dərman sifarişi | türkiyədən kitab sifarişi | türkiyədən mebel sifarişi | türkiyədən paltar sifarişi | türkiyədən azərbaycana sifariş | türkiyədən ayaqqabı sifarişi | türkiyədən kitab sifariş etmək | türkiyədən geyim sifarişi | türkiyədən maska sifarişi | türkiyədən mal sifarişi | türkiyədən onlayn sifariş | türkiyədən online sifariş

 

Türkiyədən sifariş