Xəbərlər və yeniliklər
Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!
Walgreens.com-dan Azərbaycana sifariş və çatdırılma – Dynamex.az
05.07.2021Walgreens.com –dan sifariş etmək mümkündürmü? Walgreens Azərbaycana çatdırılma edirmi? Walgreens.com-dan nələr sifariş etmək olar? Walgreens.com-dan məhsulu kargo ilə Azərbaycana necə gətirmək olar?
Walgreens sifaris | Walgreens sifariş | Walgreens vitamin sifarişi | Walgreens dərman sifarişi | Walgreens amerikadan sifariş | Walgreens kosmetika sifarişi | Walgreens Azerbaycan | Walgreens Baki | Walgreens online alisveris | Walgreens makeup sifarisi | Walgreens orqanik
Walgreens haqqında
Amerikanın ən böyük aptek şəbəkələrindən biri olan Walgreens, pərakəndə və topdansatış apteklərində qlobal liderlərdən biridir. Bir əsr əvvəl, 1901-ci ildə qurulan Walgreens, zəngin və rəngarəng inkişaf və yeniliklərlə dolu zəngin tarixə malikdir. Dünyanın ilk şokolad səməli süd kokteylini icad etməkdən bu gün pərakəndə alış-verişdə ən populyar və inkişaf etmiş mobil tətbiqetmələrdən birinin yaradılmasına qədər özünü pərakəndə və dərman sənayesində liderə çevirmişdir.
Walgreens.com-dan bağlama neçə günə Azərbaycana gəlir?
Kargo şirkəti ilk öncə bağlamanı Amerika anbarında təhvil alır. Bağlama təhvil alındıqdan sonra Amerikadan Azərbaycana çatdırılmanı 6 iş günü ərzində edir. Hər zaman müştərilərini düşünən və sürətli, sərfəli çatdırılma edən kuryer şirkəti olmağı hədəfləyən “Dynamic Express”, həmişə “Tam Zamanında” sloganı müştərilərinə sevgiylə xidmət edir.
Walgreens.com-dan sifariş qaydası | Addım-addım təlimat
Walgreens.com-dan özün Sifariş et, Dynamex.az-da Bəyan et
Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçin. Əgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” bölməsinə daxil olun. “Xaricdəki ünvanlarım” bölməsində sizin üçün ABŞ ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq walgreens.com saytında qeydiyyatdan keçmək üçün “Register” keçidinə daxil olun. Açılan pəncərədə “Sign up” bölməsinə daxil olun və qeydiyyatdan keçin.
Walgreens.com saytında “Address book” səhifəsinə daxil olaraq Walgreens.com-un məhsulu kargo şirkətinə çatdıracağı ünvanı qeyd edirsiniz. Bu ünvanı sizin üçün “Xaricdəki ünvanlarım” səhifəsində qeyd etmişik.
Nəhayət, siz artıq qeydiyyatınızı tamamladınız. İndi isə bank kartınızı Walgreens hesabınıza əlavə edə bilərsiniz. Bunun üçün “Make payment” keçidinə daxil olun və ödəniş edəcəyiniz kart məlumatlarını bura daxil edin.
Təbriklər, artıq Walgreens və Dynamex hesablarınız hazırdır.
Alış-verişə başlamaq vaxtıdır.
Nəzərə alaq ki, siz Walgreens.com saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınızda və bağlamanı bəyan edək.
Bundan sonra siz dynamex.az şəxsi hesabınızda “Bəyan et” linkinə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.
Ölkə = ABŞ
Tracking İD = walgreens.com-dan sizə təqdim olunan izləmə kodu
Mağazanın adı = Walgreens
Kateqoriya = walgreens.com-dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Vitamin)
İnvoys qiyməti = walgreens.com-dan sizə göndərilən invoysda yazılan ümumi qiymət
İnvoys yüklə = walgreens.com-dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.
Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)