Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

İdman geyimlərini onlayn sifariş edərkən nələrə diqqət etməliyik?

İdman geyimlərini onlayn sifariş edərkən nələrə diqqət etməliyik?

11.12.2020

Türkiyənin onlayn mağazalarından idman geyimlərinin və digər məhsulların sifarişi

Sağlam yaşamaq üçün idmanla məşğul olmaq əsas şərtlərdən biridir. İdmanla məşğul olanlar üçün isə əsas şərtlərdən biri rahatlıqdır. Sizin rahatlığınızı təmin edə biləcək geyimləri və digər idman məhsullarını isə Türkiyənin onlayn mağazalarından çox uyğun qiymətə əldə etməyiniz mümkündür. Əlbəttə bunun üçün bilməli və alış-veriş zamanı diqqət etməli olduğunuz bəzi nüanslar mövcuddur. Bu bloqumuzda sizə idman məhsulları alarkən nələrə diqqət yetirmək lazım olduğunu və eyni zamanda hansı onlayn mağazalardan nə tip məhsulların alışını həyata keçirə biləcəyinizlə bağlı ətraflı məlumat verməyə çalışacağıq. Ümid edirik ki, bu mövzuda özünüz üçün faydalı məlumatlar əldə edəcəksiniz.

 

İdman geyimləri seçərkən hansı nüanslara diqqət etmək lazımdır?

 

İdmanla məşğul olmaq sağlam həyat tərzi və gözəl bədən quruluşuna sahib olmaq üçün əsas prioritetlərdən olmalıdır ki, ölkəmizdə də insanların idmanla məşğul olma faizi heç də aşağı deyil, hətta demək olar ki, hər bir şəxs həyatının müəyyən dövrlərində aktiv olaraq hər hansı bir idman sahəsi ilə məşğul olmuşdur. İdmanın effektiv olması və arzulanan nəticələri verməsi üçünsə davamlı olaraq məşğul olmaq əsas şərtlərdəndir. Çox zaman isə insanların davamlı idmanla məşğul olmaları çox mümkün olmur. İdman mərkəzlərinin statistikaları isə qeydiyyatdan keçən şəxslərin əksəriyyətinin, əsasən, 1-2 ay mütamadi olaraq həmin mərkəzlərə gəldiklərini daha sonra isə tədricən idman fəaliyyətlərini azaltdıqlarını qeyd edirlər. Burada isə diqqət yetirməli olduğumuz əsas nüans insanların tədricən motivasiyalarını itirməsidir. İdmana başlamağı hədəfləyirsinizsə və motivasiyanızın növbəti zamanlarda itməməsini istəyirsinizsə, idman geyimlərini seçərkən daha diqqətli olmalısınız. Bu sahədəki mütəxəssislərin qeyd etdikləri əsas nüanslardan birisi geyim faktorudur. İdman geyimləri insanları idmanla məşğul olmağa təşviq edir. İdman geyimi seçərkən ilk olaraq diqqət etməli olduğunuz nüans geyimin rahatlığı faktorudur, çünki müxtəlif çətin və qarışıq görünən idman hərəkətlərini yerinə yetirərkən mümkün qədər rahat geyimdə olmaq əsas şərtdir, əks təqdirdə bu proses sizə böyük stress yaşada bilər.  İdman geyimi seçərkən xüsusilə də, fitneslə məşğul olan şəxslər geyimin onları fit göstərməsinə diqqət etməlidirlər. Çünki hər bir şəxs məşq sonrası özündəki dəyişiklikləri görmək və hiss etmək istəyir. Bu zaman sizi fit göstərməyən geyimlər sizin motivasiyanızı aşağı sala bilər. Bunlarla yanaşı idman geyiminin məşğul olduğunuz idman növünə uyğunluğuna da diqqət etməlisiniz. Məsələn, fitnes və bodibildinqlə məşğul olanlar üçün qolsuz vəya qısa qol futbolkalar daha uyğun ikən, velosiped sürmək üçün isə uzun qol üst geyimi və diz üstü şortlar sizin hərəkətiniz və havanın hərəkəti cəhətdən daha məqsədəuyğun hesab edilir.

 

idman-geyimleri-sifarisi-velosiped-fitnes

İdman geyimi seçərkən fərqli sahələrdəki geyimlərin bir-birinə bənzəməsi sizi çaşdıra bilər, lakin kiçik nüanslara qarşı diqqətli olmaq lazımdır. Məsələn, qaçış taytları ilə yoqa taytları görünüş olaraq oxşar olsa da, bəzi fərqlilikləri mövcuddur ki, bu da idmanla məşğul olan zaman sizin rahatlığınıza təsir edə biləcək fərqliliklərdir. Qaçış taytlarının beli daha sıx olur və adətən, belindəki ip ilə bu sıxlığı nizamlamaq imkanı verir. Eyni zamanda, qaçış üçün istehsal edilmiş taytlarda kiçik əşyaları saxlaya biləcək kiçik ciblər mövcud olur. Yoqa taytlarında isə bu kimi kiçik nüanslara yer verilmir.

 

İdman geyimi seçərkən eyni zamanda geyimin rahatlığına da diqqət yetirmək lazımdır. Geyimdə olan qalın tikişlər, narahat qolluqlar, hərəkət etdikdə yuxarı qalxan üst geyimləri, çox dar və hava daxil olmayan geyimlərə diqqət etmək lazımdır.

 

Səhərlər açıq havada qaçışa üstünlük verənlərin isə xüsusilə yansıdıcı effekt yaradan, zolaqları olan geyimlər seçməyi təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Aydınlatması kifayət qədər olmayan küçələrdə isə gecə və səhərlər avtomobil yolları yaxınlığında qaçarkən heç bir təhlükə yaranmaması üçün geyim seçimində bu faktoru da nəzərə almaları vacibdir.

Fəsillərə görə idman geyimi seçimi

İdman geyimlərini seçərkən geyimlərin fəsillərə uyğunluğuna da diqqət yetirmək lazımdır. Xüsusilə də açıq havada idmanla məşğul olmağı sevən şəxslər üçün bu faktorun əhəmiyyəti böyükdür. Bu seçim zamanı əsasən, geyimlərin istehsal olunduğu xammala diqqət yetirmək lazımdır, çünki hər bir materialın öz spesifik xüsusiyyətləri mövcuddur.

 

Pambıq istehsalı olan məhsullar qış ayları üçün çox uyğun hesab edilmir. Pambıq istehsalı olan məhsulllar qiymət olaraq uyğun olsalar da və istifadəsi rahat görünsə də, qışda bu materialdan olan məhsullar sizə problem yarada bilər. Pambıq materialdan olan məhsullar idman zamanı tərləyən bədəndən təri çəkməkdə kifayət qədər funksionallıq göstərə bilmir və bədəni yaş saxlayır.

 

Sintetik lifdən istehsal edilən məhsullar isə qış ayları üçün daha uyğun hesab edilir. Sintetikdən istehsal edilmiş geyimlər filterizasiya baxımından olduqca güclüdür. Hava axını yaratmaq üçün yüksək funksionallığa sahib olan bu geyimlər mayeni də içəri sızdırmır.

 

idman-geyimleri-sifarisi-pambiq-sintetiklif

 

Davamlı idmanla məşğul olmağı hədəfləyirsinizsə və bu yolda özünüzə limit qoymursunuzsa, yay aylarında sizi quru və sərin, qışda isə isti saxlayan, nəfəs ala bilən materiallardan istehsal olunmuş məhsulların istifadəsi məsləhət görülür.

Qışda idman üçün əvəzolunmaz məhsullar isə əlcək və papaqdır.

 

Hansı onlayn mağazalardan keyfiyyətli və sərfəli idman geyimləri əldə etmək mümkündür?

 

İdman geyimi əldə etməyi düşünürsünüzsə, deyə bilərik ki, Türkiyədəki onlayn mağazalarda bu məhsulların qiyməti bir xeyli sərfəlidir. Xüsusilə tanınmış idman markalarının məhsullarının satışını həyata keçirən onlayn mağazalarda bu məhsulları daha uyğun və sərfəli qiymətlərlə almağınız mümkündür.

 

İdman məhsulları sektorunda Türkiyədəki ən böyük mağaza Fransız markası olan Decathlondur. Bu brendin 1000-dən çox şəhərdə mağazaları vardır və bu sahədə lider markalardan biridir. İdman məhsulları və geyimləri almaq istəyirsinizsə, Decathlonun onlayn mağazasına baş çəkməyi şiddətlə tövsiyyə edə bilərik.

 

Bundan başqa Türkiyədən onlayn sifarişlərinizdə Sportive, Trendyol, HepsiburadaBoynerdən də arzuladığınız idman məhsullarını əldə edə bilərsiniz.

 

idman-geyimleri-sifarisi-trendyol-sportive-hepsiburada-boyner-decathlon

 
İdman geyimlərinin Azərbaycana çatdırılması

 

Onlayn sifariş edəcəyiniz idman məhsullarının seçimini tamamladıqdan sonra Dynamex vasitəsi ilə daşınmasını həyata keçirə bilərsiniz. Bunun üçün isə prosesi qısa olaraq Decathlon saytı nümunəsi ilə izah edirik:

 

1.İlk olaraq Dynamex.az saytında qeydiyyatdan keçirsiniz.

2.Daha sonra Decathlon saytında qeydiyyatdan keçirsiniz.

3. Decathlon saytında istədiyiniz məhsulları seçib səbətə əlavə edirsiniz.

4.”Səbəti onayla” bölməsinə klik edib prosesi davam etdirirsiniz.

5.Ünvan bölməsinə Dynamex’dəki şəxsi hesabınızda qeyd olunan xaricdəki ünvanlarım bölməsində əks etdirilən adresi daxil edirsiniz.

6.Bank kartı məlumatlarınızı ödəniş hissəsinə daxil edib prosesi tamamlayırsınız.

 

Sifarişiniz tamamlandıqdan və bağlamanız Türkiyə daxili karqoya verildikdən sonra saytımıza daxil olub bağlamanızı bəyan etməlisiniz. Bağlamanız Türkiyə anbarımıza daxil olduqdan sonra isə Dynamex olaraq növbəti reyslə Azərbaycana göndərilməsini təmin edəcəyik və beləliklə, siz tezliklə yeni idman geyimlərinizi əldə edib mütəmadi olaraq idmanla məşğul olmağa başlaya biləcəksiniz.